• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


PREZİDENT İLHAM ƏLİYEVİN DAŞKƏNDDƏ DAHİ AZƏRBAYCAN ŞAİRİ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİNİN TƏNTƏNƏLİ AÇILSIŞINDA ÇIXIŞI


Möhtərəm cənab prezident! Hörmətli xanımlar və cənablar!
Əziz bacılar və qardaşlar!
Bu gün həyatımızda çox əlamətdar hadisədir. Özbəkistanın paytaxtı Daşkənd şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılıb və biz bu abidənin açılış mərasimini keçiririk. Mən sizin hamınızı bu münasibətlə təbrik edirəm.
Dahi Nizaminin əsərləri ölməzdir, dəyərlidir və bütün nəsillər üçün əhəmiyyətlidir. Bu əsərlər bizim üçün və gələcək nəsillər üçün daim ilham mənbəyi olacaqdır. Nizaminin əsərləri Özbək və Azərbaycan xalqlarını bir-birinə daha da yaxınlaşdırır və bir-birinə daha sıx bağlayır.
Xalqlarımız əsrlər boyu bir yerdə olmuş, yaşamış və yaratmışlar. Onlar daim bir-birinə arxa olmuşlar. Bütün dövrlərdə Özbəkistanla Azərbaycan arasında qardaşlıq münasibətləri mövcud olmuşdur və biz çox xoşbəxtik ki, bu gün bu münasibətlər davam edir. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlərimiz sürətlə inkişaf etmişdir. Bu istiqamətdə ən böyük xidmət iki xalqın ümummilli liderləri İslam Kərimov və Heydər Əliyevə məxsusdur. Məhz bu liderlər öz xalqlarının müstəqilliyini əbədi və dönməz etmişlər, dövlətlərinin möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişlər.
Bu gün hörmətli İslam Abduqəniyeviç mənim haqqımda danışarkən dedi ki, o, Heydər Əliyevin oğludur. Həqiqətən, bu, mənim üçün ən böyük vəzifədir. Heydər Əliyevin oğlu olmaq mənim üçün böyük vəzifə və çox böyük şərəfdir. Əmin etmək istəyirəm ki, mən bu ada layiq olacağam, atamın yolu ilə gedəcəyəm, onun siyasətini davam etdirəcəyəm. Çalışacağam əlimdən gələni edim ki, xalqlarımız və ölkələrimiz bir-birinə daha yaxın olsunlar.
Bu gün Azərbaycan prezidenti kimi mənim Özbəkistana ilk dövlət səfərim başlanmışdır. Bu dəvətə və mənə göstərilən qonaqpərvərliyə, diqqətə görə Özbəkistan Respublikasının prezidenti hörmətli İslam Abduqəniyeviç Kərimova və bütün özbək xalqına öz dərin minnətdarlığımı bildirirəm.
Bu gün apardığımız söhbətlər, danışıqlar nəticəsində bir daha əmin oldum ki, ölkələrimiz gələcəkdə də daim birlikdə olacaq, xalqlarımız həmişə bir-birinə sıx bağlı olacaqlar. Bizim xoşbəxtliyimiz birlikdədir. Biz daim bir yerdə olmalıyıq, çünki taleyimiz, gələcəyimiz və niyyətimiz birdir. Niyyətdə ondan ibarətdir ki, Özbəkistan və Azərbaycan rahat, azad və firavan yaşasınlar, öz dövlət müstəqilliyini bundan sonra da möhkəmləndirsinlər və beləliklə, insanlarımız əmin olsunlar ki, onların gələcəyi etibarlı əllərdədir.
Bu gün mən öz çıxışlarımda da, ikitərəfli danışıqlar zamanı da bir neçə dəfə qeyd etmişəm ki, Özbəkistan xalqı ona ümummilli lideri İslam Abduqəniyeviç Kərimov kimi tanınmış dövlət xadimi rəhbərlik etdiyi üçün xoşbəxt və bəxtiyardır. Özbəkistan dövlət müstəqilliyini əldə etdikdən sonra məhz onun yorulmaz fəaliyyəti nəticəsində böyük uğurlara nail olmuşdur. Ölkənin iqtisadi potensialı güclənmiş, Özbəkistan dünya birliyində özünə layiq yerini tuta bilmişdir. Bu gün Özbəkistan bütün region üçün çox əhəmiyyətli bir ölkədir. Əlbəttə, gələcəkdə Özbəkistan-Azərbaycan münasibətləri də bizim hamımızın diqqət mərkəzində olmalıdır. Biz bu siyasəti davam etdirməliyik. Əminəm ki, xalqlarımız bundan böyük fayda görəcəklər.
Sizə onu da demək istəyirəm ki, yaxın zamanlarda Bakı şəhərində dahi özbək şairi Əlişir Nəvainin də abidəsi ucaldılacaqdır və əminəm ki, əziz dostumuz və qardaşımız İslam Abduqəniyeviç və sizlər, əziz bacılar və qardaşlar, bu mərasimdə iştirak edəcəksiniz.
Mənim Özbəkistana, özbək xalqına həmişə böyük hörmət və məhəbbətim olmuşdur. Düzdür, bu mənim Özbəkistana ilk səfərimdir. Ancaq Özbəkistan və özbək xalqı haqqında geniş məlumatım vardır. Mənim atam Prezident Heydər Əliyev dəfələrlə burada olmuş və öz fikirlərini və duyğularını mənimlə bölüşmüşdür. Əmin ola bilərsiniz ki, bu siyasət, yəni Azərbaycan-Özbəkistan münasibətlərinin daha da dərinləşdirilməsi, inkişafı istiqamətində aparılan siyasət bundan sonra da davam edəcəkdir və xalqlarımız gələcəkdə də birlikdə olacaqlar, bir nöqtəyə vuracaqlar, həmişə olduğu kimi, bir-birinə dayaq və arxa olacaqlar.
Azərbaycanın və Özbəkistanın dövlət himnləri səsləndikdən sonra Prezident İlham Əliyev və Prezident İslam Kərimov abidənin önünə əklil qoydular.
 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved