• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


DAŞKƏNDDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT MƏRKƏZİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI


Əziz dostlar! Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı zamanı Özbəkistanın prezidenti hörmətli İslam Abduqəniyeviç Kərimov çıxış edərkən mən onun dediklərinin, demək olar ki, hamısını başa düşdüm. O, özbək dilində çıxış edirdi. Mən Azərbaycan dilində çıxış edərkən o da mənim dediklərimin hamısını başa düşürdü. Bu, bir daha göstərir ki, bizim xalqlarımız nə qədər yaxındır.
Bu imkandan istifadə edərək Azərbaycan dilinin özbəklər üçün ana dili qədər yaxın olduğunu və özbək dilinin azərbaycanlılar üçün doğma olduğunu nəzərə alaraq mən sizin qarşınızda Azərbaycan dilində çıxış etmək istərdim.
Hörmətli xanımlar və cənablar!
Əziz bacılar və qardaşlar!
Mənim Özbəkistana dövlət səfərimin ikinci günüdür. Bu səfər çox uğurlu keçir. Səfər çərçivəsində aparılmış ikitərəfli danışıqların nəticəsi olaraq iki ölkə bir-birinə daha da yaxın olmuşdur. Özbəkistanın prezidenti hörmətli cənab Kərimovla apardığımız söhbətlər əsnasında bir daha əmin olduq ki, bütün məsələlərdə - ikitərəfli əlaqələr, regional əməkdaşlıq sahəsində mövqelərimiz üst-üstə düşür.
Özbəkistan və Azərbaycan uzun illərdir ki, bir-birinə kömək edir, arxa və dayaq durur. Bu səmimi münasibətlərin əsasını xalqlarımızın ümummilli liderləri İslam Kərimov və Heydər Əliyev qoymuşlar. Azərbaycanın hazırkı prezidenti kimi mən bu siyasətə sadiqəm, onu davam etdirəcəyəm. Mənə göstərilən hörmət, ehtiram və diqqət bir daha əminlik hissi yaradır ki, xalqlarımız həmişə olduğu kimi, bundan sonra da uğurlara doğru çiyin-çiyinə addımlayacaqlar.
Bu gün Azərbaycanın və Özbəkistanın tarixində çox əlamətdar bir gündür. Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binasının açılışıdır.
Mədəniyyət Mərkəzi çoxdan fəaliyyət göstərirdi, lakin binası yox idi. Özbəkistanda yaşayan azərbaycanlıların və özbək qardaşlarımızın, digər mil-lətlərin nümayəndələrinin, Özbəkistan prezidenti cənab Kərimovun bilavasitə köməyi və dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin yeni binası tikilib istifadəyə verilir. Əminəm ki, mərkəzdə keçiriləcək tədbirlər, o cümlə-dən ana dilində aparılacaq tədris proqramları burada yaşayan azərbaycanlılara böyük fayda verəcəkdir.
Eyni zamanda, bizim özbək qardaşlarımız da bu mərkəzin əziz qonaqları olacaqlar.
Buradakı küçəyə Heydər Əliyevin adı verilmişdir. Bu qərara görə Azərbaycan Respublikasının prezidenti və Heydər Əliyevin oğlu kimi mən Özbəkistan prezidenti cənab Kərimova öz minnətdarlığımı bildirirəm.
Eyni zamanda, Mədəniyyət Mərkəzinin qarşısında Heydər Əliyevin abidə-si ucaldılmışdır.
Heydər Əliyevin müasir Azərbaycanın tarixində müstəsna xidmətləri vardır. 1993-cü ildə məhz onun hakimiyyətə təkrar qayıdışından sonra Azərbaycanda böhrana və xaosa son qoyuldu. Ölkəmiz o ağır sınaqlardan ləyaqətlə çıxa bildi. O vaxt ölkəmizdə vəziyyət çox ağır idi. Əgər Heydər Əliyevin qətiyyəti, iradəsi və cəsarəti olmasaydı, ölkəmizi böyük bəlalar gözləyə bilərdi.
Son on il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirmiş, iqtisadi potensialını gücləndirmişdir. Bu gün ölkəmiz dünyada öz layiqli yerini tuta bilmişdir və bütün sahələrdə sürətlə inkişaf edir. Əminəm ki, xalqımız bundan sonra sabitlik şəraitində, sülh və əmin-amanlıq şəraitində yaşayacaqdır. Azərbaycan xalqının ən böyük arzusu və istəyi ondan ibarətdir ki, ölkəmizdə sülh və sabitlik olsun, qayda-qanuna riayət edilsin, iqtisadi və sosial məsələlər öz həllini tapsın. Azərbaycan rəhbərliyi buna nail olmaq üçün əlindən gələni əsirgəməyəcəkdir.
Bu iki gün ərzində mən çox böyük hörmət, qonaqpərvərlik, diqqət gördüm. Bütün bunlara görə, ilk növbədə, Özbəkistan Respublikasının prezidenti, Azərbaycan xalqının əziz dostu İslam Abduqəniyeviç Kərimova bir daha öz minnətdarlığımı bildirmək istəyirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, bu səfərdən sonra ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətləri daha da güclənəcəkdir. Biz hamımız birlikdə yeni qələbələrə doğru addımlayacağıq.
Bir daha sizi təbrik edirəm. Cansağlığı, səadət və xoşbəxtlik arzulayıram.
Özbəkistanın Baş naziri Şavkat Mirziyayev açılış münasibətilə iştirakçıları təbrik etdi. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfərini çox yüksək qiymətləndirən Baş nazir bildirdi ki, bu gün Mərkəzin, eyni zamanda, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin büstünün açılışı və Mərkəzin yerləşdiyi küçəyə onun adının verilməsi xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafının bariz nümunəsidir.
Açılış mərasimindən sonra Prezident İlham Əliyev Mərkəzlə yaxından tanış oldu, ayrı-ayrı otaqları gəzdi, burada yaradılmış şəraitlə maraqlandı. Burada dövlətimizin başçısını milli geyimli azərbaycanlı və özbək uşaqlar mehribanlıqla salamladılar.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved