• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


ANKARADA HEYDƏR ƏLİYEV PARKININ TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏAZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


 

 - Hörmətli nazirlər!
 Hörmətli vali!
 Əziz xanımlar və cənablar!
 İlk növbədə, mən Türkiyə hökumətinə, Ətraf Mühitin Mühafizəsi və Meşə Təsərrüfatı nazirinə, bütün türk qardaşlarımıza öz dərin minnətdarlığımı və təşəkkürümü bildirmək istəyirəm ki, bu parka Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını vermisiniz. Bu, bir daha onu göstərir ki, Türkiyə və Azərbaycan xalqları, ölkələrimiz daim birlikdə olublar, bir-birinə yardım, kömək ediblər. Biz bu dəstəyi, Türkiyədən gələn məhəbbəti həmişə, bütün zamanlarda hiss edirdik. Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyədən gələn dəstək bizim rahat və təhlükəsiz şəraitdə yaşamağımıza böyük fayda veribdir.
Heydər Əliyev müasir Azərbaycanın qurucusudur. Müasir, müstəqil Azərbaycan onun əsəridir. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən sonra ölkəmizdə sabitlik bərpa olundu, hərc-mərcliyə, anarxiyaya son qoyuldu və ölkəmiz yavaş-yavaş inkişaf etməyə başladı.
1993-cü ildən 1996-cı ilə qədər Azərbaycanın tarixində çox çətin illər yaşanmışdır. O illər ərzində Azərbaycan böyük təhlükələrdən keçərək, öz dövlət müstəqilliyini möhkəmləndirmiş və beləliklə, ölkəmizin gələcək inkişafı üçün gözəl imkanlar əldə olunmuşdur. 1996-cı ildən başlayaraq, bu günə qədər ölkəmiz dinamik şəkildə inkişaf edir. Bizdə iqtisadi artım ildə 10 faiz həddindədir. Azərbaycanın dünyada mövqeləri möhkəmlənibdir, ölkəmiz dünya birliyində özünə layiq yerini tuta bilibdir. Ölkəmiz beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir. Azərbaycanın bütün sahələrinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Biz, ondan sonrakı rəhbərlər, bu gün Azərbaycana rəhbərlik edən şəxslər bütün zamanlarda onun siyasətinə sadiq olacağıq. Çünki bu siyasətin alternativi yoxdur. Azərbaycan xalqı bu siyasəti dəstəkləyir, bəyənir və bu siyasətə səs verir.
Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında da müstəsna rolu olmuşdur. Onun siyasətinin ən əsas istiqamətlərindən biri də o idi ki, Türkiyə ilə Azərbaycan arasında münasibətlər bütün sahələrdə inkişaf etsin. Biz bunun şahidiyik ki, bütün sahələrdə - siyasi, iqtisadi, mədəni sahələrdə ölkələrimiz çox güclü münasibətlər qurmuşlar və birlikdə mühüm işlərin öhdəsindən gəlirlər.
Heydər Əliyevin ifadəsi bu gün burada səsləndi: “Biz bir millət, iki dövlətik”. Bu, bir daha onu göstərir ki, o, Türkiyəyə, türk dünyasına nə qədər bağlı idi. Biz bu siyasətə sadiqik, bu siyasəti davam etdirəcəyik. Mənim Türkiyəyə indiki rəsmi səfərim də məhz bu siyasətin məntiqi nəticəsidir.
Dünən və bu gün keçirdiyim bütün görüşlərdə, apardığım bütün danışıqlarda bir daha əmin oldum ki, Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri davam edir, güclənir. Mən əminəm ki, bu səfərdən sonra bu münasibətlərə yeni təkan veriləcəkdir. Ölkələrimiz daha sıx işbirliyi, əməkdaşlıq edəcəklər. Bunu dəfələrlə bilidirmişəm və bir daha demək istəyirəm ki, bizim gücümüz bizim birliyimizdədir. Biz daim bir-birimizin yanında olmalıyıq və əminəm ki, olacağıq.
Heydər Əliyevi Türkiyəyə böyük tellər bağlayırdı. O, qəlbən Türkiyəyə, türk xalqına yaxın idi. Bizə də vəsiyyət etmişdir ki, bu siyasəti davam etdirək. Biz də bunu edirik. Əminəm ki, bundan sonra, - bütün zamanlarda, 50-100-200 ildən sonra, bütün əsrlərdə Türkiyə və Azərbaycan, iki qardaş ölkə daim bir-birinin yanında olacaqdır.
Bu parka Heydər Əliyevin adının verilməsi çox rəmzi xarakter daşıyır. Deməliyəm ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyev meşələrə, yaşıllığa daim böyük diqqət göstərmişdir. Onun təşəbbüsü ilə Azərbaycanın, bütün bölgələrində meşələr, parklar salınmışdır. Həmin parklar bu gün də Azərbaycanımızı gözəlləşdirir və onun adını daşıyır. O, bir dəfə çıxışları zamanı demişdir ki, ağacları kəsməyin, ağacları əkin, bilin ki, ağacları kəsəndə, elə bil, mənim qolumu kəsirsiniz. Bu gün bu parkı  görəndə mən düşünürəm ki, bir neçə il sonra bu fidanlar böyüyəcək, qollu-budaqlı olacaq, şəhərinizi gözəlləşdirəcəkdir. Beləliklə, Heydər Əliyevin xatirəsi burada da yaşayacaqdır.
Əziz qardaşlar, Azərbaycanın Prezidenti kimi, Heydər Əliyevin varisi kimi, davamçısı kimi mən sizə ürəkdən minnətdaram. Siz Heydər Əliyevin xatirəsinə böyük hörmət göstərirsiniz. Azərbaycanımıza böyük məhəbbət göstərirsiniz. Mənə, Azərbaycanın Prezidentinə, mənimlə Türkiyəyə rəsmi səfərə gəlmiş bütün nümayəndə heyətinin üzvlərinə böyük qonaqpərvərlik göstərirsiniz.
Mən sizin hamınızı bir daha salamlayır, Azərbaycan xalqının ən xoş arzularını çatdırıram. Əmin olduğumu bildirirəm ki, qardaş xalqlarımız,  ölkələrimiz bundan sonra da əl-ələ verib irəliyə doğru uğurla gedəcəklər. Təşəkkür edirəm.
(Dövlətimizin başçısının nitqi böyük diqqətlə dinlənildi və alqışlarla qarşılandı).
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva parkda xüsusi olaraq Azərbaycandan gətirilmiş ağac əkdilər.
Dövlətimizin başçısı mərasim iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved