• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


KİYEVDƏ AZƏRBAYCANIN ÜMUMMİLLİ LİDERİ HEYDƏR ƏLİYEVİN ABİDƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


Çox hörmətli Leonid Daniloviç!
Çox hörmətli Lyudmila Nikolayevna!
Əziz dostlar!
İlk növbədə, Kiyevdə Heydər Əliyevə abidə qoyulması qərarına görə mən Ukrayna Prezidenti, çox hörmətli Leonid Daniloviç Kuçmaya özümün dərin minnətdarlığımı bildirmək istərdim. Bu qərar bütün Azərbaycan xalqı tərəfindən son dərəcə minnətdarlıqla qarşılanmışdır. Çünki Heydər Əliyev Azərbaycanın ümummilli lideridir.
Heydər Əliyev həmişə - sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə də, müstəqil Azərbaycana başçılıq etdiyi illərdə də öz xalqına, Azərbaycanın milli mənafeyinə xidmət etmişdir. Təsadüfi deyil ki, 1970-80-ci illərdə, onun 13 ildən artıq rəhbərliyi dövründə Azərbaycanda güclü iqtisadi potensial və sənaye potensialı yaradılmışdır. İndi bu potensial ölkəmizin iqtisadi təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edir.
Azərbaycan müstəqil dövlət olduqdan sonra istər daxili səbəblər üzündən, istərsə də xarici təcavüz nəticəsində son dərəcə mürəkkəb çətinliklərlə qarşılaşdıqda, xalq öz liderini yenidən ölkəyə başçılıq etməyə çağırdı. Azərbaycanda hamı qəti əmindir və bilir ki, əgər o ağır günlərdə Heydər Əliyev Bakıya qayıdıb Azərbaycana başçılıq etməsəydi, ölkəni çox ağır nəticələrə gətirib çıxara biləcək dağılma, parçalanma təhlükəsi gözləyirdi.
O illər-1993-2003-cü illər Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi dövrü oldu. Azərbaycan beynəlxalq birlikdə layiqli yerini tutdu, mühüm beynəlxalq təşkilatların üzvü oldu. İqtisadiyyat möhkəmləndi, iqtisadi potensial artdı. Heydər Əliyevin təşəbbüsü ilə başlanan neft strategiyası uğurla həyata keçirilir. Azərbaycan öz əhalisinin sosial məsələlərini həll edir.
Əlbəttə ki, bütün bunlarda əsas xidmət Azərbaycanın ümummilli liderinə məxsusdur.
Lideri itirmək xalq üçün həmişə böyük faciədir. Heydər Əliyevin yaxın və köhnə dostu Leonid Daniloviç Kuçmanın onunla vidalaşmaqdan ötrü matəm mərasimində iştirak etməsi bizim hamımız üçün, ilk növbədə, mənim üçün böyük təsəlli oldu.
Leonid Daniloviçlə Heydər Əliyevi çox yaxın dostluq telləri bağlayırdı. Zəmanəmizin bu iki görkəmli siyasətçisi, öz xalqlarının və ölkələrinin liderləri xarici təzyiqi və daxili çətinlikləri aradan qaldıraraq, öz ölkələrini böhrandan çıxardı, müstəqilliyini möhkəmləndirdi, iqtisadi potensialı gücləndirdi. Onları həm də sırf insani münasibətlər, dostluq münasibətləri yaxınlaşdırırdı. Bu, mənə çox yaxşı məlum idi. Atamın Leonid Daniloviçlə görüşlərindən, səmimi söhbətlərindən danışması çox yaxşı yadımdadır. Onlar bir-birinə, həqiqətən, ən səmimi hisslər, dostluq hissləri bəsləyirdilər.
Əlbəttə, bu şəxsi bağlılıq, qardaşlıq münasibətləri Ukrayna ilə Azərbaycanın strateji tərəfdaş olmasına çox kömək etmişdir. Ukraynaya indiki dövlət səfərim bunu bir daha təsdiqlədi. Ölkələrimiz arasında heç bir problem yoxdur, ikitərəfli əməkdaşlıq, regional əməkdaşlıq məsələlərində bizim aramızda tam qarşılıqlı anlaşma, mühüm dünya proseslərinə eyni mövqedən yanaşma, habelə əlaqələrimizi möhkəmlətmək və inkişaf etdirməkdə ümumi qarşılıqlı istək var.
Ukraynada yaşayan azərbaycanlılara mehriban, səmimi münasibətə görə Ukrayna Prezidentinə çox minnətdaram. Bu gün mən Azərbaycan diasporunun nümayəndələri ilə görüşdüm və bir daha yəqin etmək mənə olduqca xoş idi ki, rəhbərliyin onlara münasibəti çox müsbətdir, onlar burada özlərini evdəki kimi hiss edirlər. Onu da bilin ki, Azərbaycanda da Ukraynaya, ukraynalılara xüsusi məhəbbət hissləri bəsləyirlər. Bakı Slavyan Universitetində Ukrayna dili fakültəsinin olması, Ukrayna dilinin öyrənilməsi, - yeri gəlmişkən, Ukrayna dilinin öyrənilməsinə böyük maraq göstərilir, - sözlərimi bir daha təsdiq edir.
Əlbəttə, bir daha qeyd etməyə bilmərəm ki, iki liderin bu proseslərə - xalqlarımızın yaxınlaşması proseslərinə töhfəsi həlledici olmuşdur.
Bu gün Kiyevdə Heydər Əliyevə abidə qoyulması qardaşlığımızın, dostluğumuzun daha bir rəmzidir. Bu, münasibətlərimizin bir çox onilliklər və əsrlər ərzində davam və inkişaf edəcəyinin, indiki kimi sarsılmaz, möhkəm olacağının, dostluq və qardaşlıq münasibətləri olacağının daha bir rəmzidir.
Azərbaycanın yeni Prezidenti kimi mən bu siyasəti, ölkələrimizin və xalqlarımızın yaxınlaşması yolunu davam etdirmək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Mənə göstərilən qonaqpərvərlik, səmimiyyətə, mehribanlığa görə bütün Ukrayna xalqına da təşəkkür etmək istəyirəm. İnanın ki, bu iki gündə mən özümü evimdəki kimi hiss etdim. Mən Prezident Leonid Daniloviçə çox minnətdaram. Bizim müzakirə etdiyimiz bir çox problemlər barəsində ətraflı söhbətimiz oldu. Bir daha yəqin etdik ki, biz birlikdəyik, ölkələrimizin inkişafı yolunda, tərəqqi yolunda çiyin-çiyinə irəliləyirik.
Diqqətinizə görə təşəkkür edirəm.
Abidənin önünə Ukrayna və Azərbaycan prezidentləri, müxtəlif ölkələrin Kiyevdəki səfirlikləri adından əklillər, gül dəstələri qoyuldu.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved