• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Dünya Azərbaycanlılarına


Əziz həmvətənlər!
Hörmətli soydaşlarımız!
Sizə, Azərbaycan xalqının ən mühüm bayramlarından biri olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət edirəm. Azərbaycan xalqının müstəqillik əldə etdiyi vaxtdan 31 dekabr bütün dünyada yaşayan soydaşlarımız tərəfindən hər il qeyd edilən ümummilli bir bayramdır. Onun əsas qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissi və ideyaları təşkil edir.
Dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin güclənməsi müstəqil dövlət quruculuğu dövründə mümkün olmuşdur. 31 dekabr ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən, o, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən dünya azərbaycanlılarının həmrəylik və milli birlik bayramı elan edilmiş, sonra isə bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Keçən dövrdə Heydər Əliyev bütün dünyada azərbaycanlıların milli birlik və həmrəylik hisslərinin güclənməsi, onların ümummilli ideyalar, Azərbaycan dövlətçiliyi ətrafında sıx birləşməsi üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşləri, 2001-ci ilin noyabrında Bakıda yüksək səviyyədə Dünya Azərbaycanlılarının I Qurultayını keçirməsi və sonrakı məqsədyönlü siyasəti dünya azərbaycanlılarının milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin artmasına, onların tarixi Vətənlə əlaqələrinin möhkəlmənməsinə güclü təkan vermişdir.
Azərbaycançılıq ideyasının birləşdirici dəyər kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında yayılması, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət-ənənələrimizin, tariximizin yaşadılması və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi. Düşünürəm ki, bütün dünyada yaşayan soydaşlarımızın mədəni-mənəvi birliyinin mühüm şərti olaraq bu ideya bu gün də, gələcəkdə də bizim siyasətimizin əsasını təşkil edəcəkdir.
Dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə, xalqımızın yeganə milli dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, bu əlaqələrin hüquqi və mədəni-mənəvi əsaslarının gücləndirilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, xalqının problemləri ilə yaşamalı, onların həlli üçün əlindən gələni etməlidir. Eyni zamanda, Azərbaycan hökuməti də dövlətin maddi və mənəvi imkanlarından bütün dünya azərbaycanlılarının bəhrələnməsinə şərait yaratmalı, onların milli və vətəndaş hüquqlarının qorunması üçün istifadə etməlidir.
Tarixi təcrübə sübut edir ki, dünyanın müxtəlif ölkələrində sıx icmalar şəklində yaşayan, öz milli-etnik mənsubiyyətini və xüsusiyyətlərini, mədəni-mənəvi dəyərlərini qoruyub saxlayan soydaşlar həm məskun olduqları ölkələrin və dövlətlərin iqtisadi, siyasi və sosial-mədəni həyatında fəal iştirak edir, həm də tarixi Vətəninin, ölkəmizin qayğısına qala bilir. Bu baxımdan Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada, Amerikada, Asiyada yaşayan çoxsaylı Azərbaycan icmalarının və cəmiyyətlərinin geniş imkanları, istifadə olunmamış potensialı mövcuddur və bu potensial ümummilli maraqlara xidmətə yönəldilməlidir.
Bu gün dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, onların ümummilli ideyalar ətrafında sıx birləşməsi üçün daha geniş imkanlar yaranmışdır. Son on ildə aparılan düzgün daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti güclənmiş, qlobal iqtisadi-enerji və nəqliyyat-kommunikasiya layihələrinin mərkəzinə, regional proseslərin həlledici faktoruna çevrilmişdir. Hazırda Azərbaycan dövləti dünya azərbaycanlılarının ümumbəşəri və milli-mədəni hüquqlarının, beynəlxalq konvensiyalarla təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün daha təsirli vasitələrə malikdir. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti və onun siyasi rəhbərliyi dünya azərbaycanlılarının Vətənə və xalqa mənsubluq hissini gücləndirmək, onların respublikamızın iqtisadi, mədəni həyatında, dövlət quruculuğunda hərtərəfli iştirakı üçün bütün zəruri tədbirləri görəcəkdir.
Dünya azərbaycanlılarının mütəşəkkilliyinin möhkəmlənməsi,
soydaşlarımızın milli birlik və həmrəyliyinin, sözün həqiqi mənasında, təmin edilməsi ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından biri idi. Xalqımız, bütün dünya azərbaycanlıları mərhum Prezidentimizin dünyasını dəyişməsindən sonra daha sıx birləşdi, onun müəyyən etdiyi strateji kursa, ideyalara sədaqət nümayiş etdirdi, onları həyata keçirib başa çatdırmaq əzmini bir daha təsdiq etdi.
Bu əziz bayram günündə sizi bir daha səmimi qəlbdən təbrik edir, hər birinizə sağlamlıq, firavanlıq, əmin-amanlıq və Vətənimizin tərəqqisi yolunda davamlı uğurlar arzulayıram.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2003-cü il
 

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved