• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Amerika Türk assosiasiyaları assambleyasının XXIV qurultayına


Hörmətli Qurultay nümayəndələri!
Sizi - Amerika Türk Assosiasiyaları Assambleyasının qurultayına toplanmış nümayəndələri və qonaqları  ürəkdən salamlayır, toplantının işinə uğurlar diləyirəm.
Qardaş Türkiyə Cumhuriyyətini və xalqını təmsil edən yüz minlərlə türk on illərdir ki,  dünyanın əksər dövlətlərində, o cümlədən Amerika Birləşmiş Ştatlarında yaşayır və fəaliyyət göstərir. Onların hamısını böyük Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cumhuriyyətinə, Türk xalqına məhəbbət, mədəniyyəti, dili, dini və digər mənəvi dəyərləri şərəflə qorumaq və yaşatmaq kimi türklüyü fərqləndirən ali məqsədlər, dönməz iradə birləşdirir. Bu insanlar yaşadıqları ölkələrin, vətəndaşı olduqları dövlətin iqtisadi, siyasi və sosial-mədəni həyatında fəal iştirak etməklə yanaşı, həm də öz tarixi vətənləri, böyük Türkiyə ilə əlaqələrini qoruyur, doğma yurdlarının təəssübünü çəkir, onun sevincini və kədərini daim bölüşürlər. Odur ki, Türkiyə dövləti bu gün beynəlxalq aləmdə özünün mövcud imkanları, qüdrəti ilə yanaşı, həm də güclü beynəlxalq diasporu, böyük və nüfuzlu türk icmaları ilə tanınır.
Qloballaşmanın getdikcə geniş vüsət aldığı müasir dünyamızda bir dövlətə və xalqa mənsub insanların bütün dünya ölkələrinə yayılması və məskunlaşması adi haldır. Lakin təcrübə göstərir ki,  bu insanlar arasında əlaqələr, öz tarixi Vətənləri ilə bağlılıq nə qədər sıx olursa, onlar bir o qədər güclü olur. Güclü birliyi olan xalqlar həm yaşadıqları ölkələrdə öz milli və vətəndaş haqlarını  daha dolğun qoruyur, həm də doğma Vətənlərinin üzləşdiyi problemləri beynəlxalq aləmdə həll etmək gücünə malik olur. Sevindirici haldır ki, Amerikada fəaliyyət göstərən Türk diasporu həm daxili birlik, həm də təşkilati cəhətdən böyük gücə malikdir.
Müstəqilllik əldə etdikdən sonra Azərbaycanda başda milli liderimiz Heydər Əliyev olmaqla bütün dünyada yaşayan, müxtəlif tellərlə ölkəmizlə bağlı olan insanları aramaq, təşkilatlandırmaq və birləşdirmək üçün səmərəli fəaliyyət göstərilmişdir. Bu işdə qardaş Türkiyəni təmsil edən insanlar, onlara məxsus icma və birliklər həmişə Azərbaycanın  yanında olmuş və öz dəstəyini bizdən əsirgəməmişlər. Onlar, xüsusən də ABŞ-da yaşayan türklər Azərbaycana daim sevgi nümayiş etdirmiş, onun problemləri ilə yaşamışlar.
Keçən on ildə həm Türkiyə, həm də Azərbaycanın dövlət rəhbərləri qarşılıqlı əlaqələrimizi güclənldirmək, xalqlarımızı daha da yaxınlaşdırmaq, bir-birinin uğurlarını və problemlərini bölüşmək üçün əllərindən gələni etmişlər. Sevindirici haldır ki, indi bu işlərə dövlət adamları, rəsmi strukturlarla yanaşı, hər iki xalqı xarici ölkələrdə təmsil edən diaspor nümayəndələri, qabaqcıl iş və düşüncə adamları, sadə vətəndaşlar da qoşulmuşlar.  Qurultayda nümayiş etdirilən  birlik bunu bir daha təsdiq edir. Düşünürəm ki, həm Türkiyəni, həm də Azərbaycanı təmsil edən insanlar bundan sonra da bir olacaq, birlikdə fəaliyyət göstərəcək, sevincimizi və kədərimizi birlikdə bölüşəcəklər. Böyük Atatürkün birlik ideyaları və Azərbaycanın ümumilli lideri Heydər Əliyevin «Bir millət iki dövlət» istəyi bizim fəaliyyətimizi hər zaman vahid istiqamətə yönəldəcəkdir.
Bir daha qurultay nümayəndələrini və ABŞ-ın bütün türksevərlərini təbrik edir, qəbul edəcəyiniz qərarların həyata keçirilməsində böyük uğurlar diləyirəm.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri 26 yanvar 2004-cü il
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved