• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Türkiyə Azərbaycan dərnəkləri federasiyasının təsis konfansının iştirakçılarına


Əziz həmvətənlər! Hörmətli soydaşlar!
Sizi - Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransının iştirakçıları və qonaqlarını səmimiyyətlə salamlayır, toplantının işinə uğurlar diləyirəm.
Hazırda dünya azərbaycanlılarının birlik və həmrəyliyinin möhkəmləndirilməsində, onların azərbaycançılıq ideyaları, Azərbaycan dövləti ətrafında sıx birləşməsi işində mühüm bir mərhələ yaşanmaqdadır. Bu işdə müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin tarixi rolu xüsusi qeyd olunmalıdır. Onun rəhbərliyi ilə keçən illərdə dünya azərbaycanlılarının yüksək səviyyədə təşkilatlanması, bir-biri ilə və tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, yaşadıqları ölkələrin siyasi, iqtisadi və mədəni həyatında fəal iştirak etməsi üçün mühüm işlər görülmüşdür. Dövlət başçısı kimi xarici ölkələrə səfərləri zamanı Heydər Əliyev mütəmadi olaraq azərbaycanlı icmaları ilə görüşlər keçirir, diaspor təşkilatlarının qurulmasına kömək göstərir, fəaliyyəti üçün dəyərli tövsiyələr verirdi. 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, daha sonra Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması soydaşlarımızla işə güclü təkan oldu.
Ümummilli liderimizin əsasını qoyduğu böyük iş bu gün inamla davam etdirilir. Dövlətimiz xaricdəki azərbaycanlı icmalarının təşkilatlanması, onların birliyinin təmin edilməsi, doğma Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, güclü Azərbaycan lobbisinin formalaşdırılması, azərbaycanlıların beynəlxalq hüquq və konvensiyalarla təsbit olunmuş milli və vətəndaş haqlarının təmin olunması üçün zəruri tədbirlər görür və bu iş bundan sonra da davam etdiriləcəkdir. Eyni zamanda xaricdəki azərbaycanlılar da mühüm ictimai amilə çevrilərək, yaşadıqları ölkələrin siyasi, iqtisadi, ictimai və mədəni həyatında fəal iştirak etməlidirlər. Müxtəlif ölkələrdə yaşayan azərbaycanlı icma və cəmiyyətləri ümummilli məsələlərdə razılaşdırılmış mövqe nümayiş etdirməli, Azərbaycanın xeyrinə səmərəli və davamlı lobbiçilik fəaliyyətini genişləndirməlidir.
Azərbaycanlılar həmişə Türkiyənin siyasi və mədəni həyatında fəallığı ilə seçilmiş, bütün sahələrdə yüksək səviyyədə təmsil olunmuş, cəmiyyətə sıx inteqrasiya olunmuşlar. Dost və qardaş Azərbaycan və Türkiyə dövlətlərini və xalqlarını bütün sahələrdə eyni məqsədlər, ortaq mövqe birləşdirir. Strateji məqsədlərin ümumiliyi, eyni mədəni-mənəvi dəyərlər, üst-üstə düşən milli maraqlar bütün sahələrdə səmərəli əməkdaşlıq üçün gözəl zəmin yaradır. Bu mənada qardaş Türkiyədə yaşayan azərbaycanlıların, onların icma və cəmiyyətlərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan və türk xalqlarını bir-birindən heç vaxt ayırmayan, "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir", "bir millət, iki dövlət" söyləyən böyük öndərlər - Mustafa Kamal Atatürk və Heydər Əliyev hər iki xalq üçün vahid fəaliyyət istiqaməti müəyyən etmişlər. Türkiyə və Azərbaycan arasında rəsmi və ictimai əlaqələrin genişlənməsində, hər iki dövləti təmsil edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsində həm Azərbaycanın, həm də Türkiyə dövlətinin rəhbərləri xüsusi rol oynamışlar.
Bu gün təsis konfransına toplanmış Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasını qarşıda məsul və şərəfli işlər gözləyir. Bu ölkədə fəaliyyət göstərən azərbaycanlı təşkilatlarının zəngin ictimai-siyasi təcrübəsi vardır. Onlar iki xalqın birliyi üçün çox iş görmüşlər. Lakin qarşıda bu icmaları daha böyük işlər gözləyir. Azərbaycanlı cəmiyyətləri bundan sonra da iki qardaş xalqın daha da yaxınlaşması işinə fəal kömək göstərməli, Türkiyədə Azərbaycanı layiqincə təmsil və təbliğ etməli, ictimai, humanitar və elmi-mədəni əlaqələri inkişaf etdirməlidirlər. Bu sahədə onların istifadə olunmamış imkanları və geniş potensialı vardır.
Türk və azərbaycanlı icmaları istər Türkiyədə, istərsə də Avropa və Amerikada öz fəaliyyətlərini əlaqələndirməli, ortaq mövqedən çıxış etməlidirlər. Ayrıca qeyd etməliyəm ki, Türkiyəni təmsil edən təşkilatlar hər zaman və hər yerdə Azərbaycanın maraqlarını fəal müdafiə etmiş, onun təəssübünü çəkmiş, müxtəlif bədxah niyyətlərin qarşısının alınmasında mühüm rol oynamışlar. Heç şübhə etmirəm ki, bu fəaliyyət bundan sonra da davam etdiriləcəkdir.
Konfrans iştirakçılarını və qonaqları bir daha salamlayır, onun qəbul edəcəyi qərarların, qarşısına qoyduğu nəcib məqsədlərin həyata keçirilməsində uğurlar diləyirəm.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 may 2004-cü il.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved