• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Erməni iddiaları və Azərbaycan gerçəkliyi ikinci beynəlxalq simpoziumun iştirakçılarına


Hörmətli simpozium iştirakçıları!
Sizi - "Erməni iddiaları və Azərbaycan gerçəkliyi" mövzusunda Bakıda keçirilən İkinci beynəlxalq simpoziumun iştirakçılarını ürəkdən salamlayır, hamınıza ən səmimi arzularımı yetirirəm.
Elmi toplantınız son dərəcə aktual bir məsələyə - ermənilərin son iki əsrdə Azərbaycana qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinə həsr olunmuşdur. On illərdir ki, Azərbaycan və Türkiyə dövlətləri ermənilərin siyasi-ideoloji təxribatları və əsassız ərazi iddiaları ilə üz-üzədir. Milli varlığımıza qarşı böyük bir cəbhədə elmi-ideoloji, siyasi-diplomatik və hərbi-strateji savaş meydanı açılmış, bir vaxtlar tarixi-etnik torpaqlarımızda bərqərar edilən hazırkı Ermənistan-Azərbaycan və Türkiyə əleyhinə olan beynəlxalq maraqların koordinasiya mərkəzinə çevrilmişdir.
Mürtəce erməni şovinizmi milli dövlətçiliyimizə, xalqımızın əmin-amanlığına, ərazi bütövlüyümüzə, ümumən bölgədə sülh işinə daim ciddi problemlər və təhlükələr yaratmışdır. Son iki əsrdə təkcə Qafqaz regionunda yüz minlərlə soydaşımız mərhələ-mərhələ həyata keçirilən soyqırımı, etnik təmizləmə və deportasiya siyasətinin qurbanı olmuş, tarixi-etnik torpaqlarımız ilhaq edilmişdir. Bu anti-bəşəri siyasətin 1988-ci ildən başlayan növbəti mərhələsinin hamımız canlı şahidləriyik. Azərbaycanın əzəli və ayrılmaz ərazisi Qarabağda davakar erməni separatizmi, torpaqlarımızın 20 faizinin işğal olunması, 1 milyondan artıq vətəndaşımızın dədə-baba yurdlarından didərgin salınması, kütləvi qətl və qırğınlar, terror aksiyaları, işğal edilmiş ərazilərimizdə misli görünməmiş erməni vandalizmi - bütün bunlar, təəssüflə qeyd edirəm ki, çağdaş dünyanın gözü qarşısında baş vermişdir. Hazırda Azərbaycanda erməni irticasından zərər çəkməyən ailə təsəvvür etmək qeyri-mümkündür.
Ermənilər tərəfindən məqsədyönlü şəkildə tariximiz, milli toponimlərimiz saxtalaşdırılaraq zaman-zaman maddi-mənəvi abidələrimizə, ərazilərimizə sahib çıxılmış, xalqımıza qarşı törədilən vəhşiliklər, soyqırım faktları ört-basdır edilmiş və bununla da dünya ictimai fikri çaşdırılmışdır. Bu işdə erməni təbliğat və iftira maşınının on illər boyu ardıcıl fəaliyyəti ilə yanaşı, şübhəsiz ki, beynəlxalq ekspansionist güclərin bölgədəki siyasi-strateji maraqları da mühüm rol oynamışdır.
Bizim tarixi ədalətin bərpası ilə bağlı tələblərimiz, obyektiv elmi-tarixi gerçəklik, mövcud beynəlxalq hüquq normaları bilərəkdən bu qərəzli maraqlara, erməni təəssübkeşliyinə qurban verilir. Bu gün dünyada "erməni soyqırımı" kimi açıq-aşkar bir yalan ayaq tutub yeriməkdə, türk düşmənlərinin əlində təsirli təzyiq və təhdid vasitəsinə çevrilməkdədir. Acınacaqlıdır ki, soyqırımına, deportasiya və etnik təmizləmə cinayətlərinə məruz qala-qala, bu gün "soyqırımı törədən xalq" kimi bu siyasi böhtanı üzərimizdən atmaq və tarixi-siyasi gerçəkliyi dünyaya sübut etmək zərurəti ilə qarşılaşmışıq.
Hörmətli simpozium iştirakçıları!
Çağdaş dünyada gedən qlobal proseslər, milli kimliyimizi hədəf almış anti-türk maraqlar və işdə üzdəniraq erməni amili bizlərdən ayıq-sayıq olmağı, tarixi-siyasi gedişatı düzgün qiymətləndirməyi, türk dünyasının, xüsusən də Azərbaycan və Türkiyə dövlətlərinin milli-mənəvi və elmi potensialını, siyasi-diplomatik imkanlarını səfərbər etməyi tələb edir. Yalnız birgə əməkdaşlıq əlaqələrimizi gücləndirməklə yüz illik mənfur təcrübəyə malik erməni təbliğatını və qərəzli türk düşmənçiliyini durdura, dünyanı öz haqq işimizə inandıra bilərik.
Türkiyə və Azərbaycan alimlərinin, tarixçilərin, siyasətşünas və politoloqların, ziyalıların Ankarada və Bakıda bir araya gəlməsini ürəkdən təqdir edir, məcburən cəlb edildiyimiz bu problemin həlli yolunda mühüm addım kimi dəyərləndirirəm. Əmin olduğumu bildirirəm ki, toplantınız erməni-türk münasibətlərini obyektiv araşdırmalara cəlb etməklə bu münasibətlərin əsil mahiyyətinin açılmasında öz sanballı sözünü deyəcək, eyni zamanda, Qarabağ münaqişəsi, uydurma "erməni soyqırımı" barədə elmi-tarixi gerçəkliyin dünya ictimaiyyətinə çatdırılması işində ciddi dönüş yaradacaqdır.
Bu yolda hər birinizə möhkəm cansağlığı, sarsılmaz iradə və uğurlar arzulayıram.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 may 2005-ci il.
 
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved