• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


TBİLİSİDƏ HEYDƏR ƏLİYEV ADINA PARKIN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


- Hörmətli cənab Prezident!
Əziz dostlar!
Heydər Əliyev adına parkın yaradılması haqqında qərara görə, ilk növbədə, Gürcüstan Prezidenti Mixail Saakaşviliyə bütün Azərbaycan xalqı adından və şəxsən öz adımdan təşəkkür etmək istəyirəm. Bu qərar Azərbaycanda böyük minnətdarlıqla qarşılanmışdır. Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə Gürcüstanda ölkə rəhbərliyi tərəfindən göstərilən ehtiram bizə çox əziz və qiymətlidir. Bu, ölkələrimiz arasında və xalqlarımız arasında olan sarsılmaz əlaqələrə daha bir sübutdur.
Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində, Azərbaycanın iqtisadi cəhətdən müstəqil, siyasi cəhətdən azad dövlət kimi təşəkkül tapmasında müstəsna rol oynamışdır. Prezident kimi Azərbaycana başçılıq etdiyi on il ərzində o, beynəlxalq aləmdə də, iqtisadi, sosial məsələlərin həllində də, habelə ən yaxın qonşumuz, strateji tərəfdaşımızla - Gürcüstanla münasibətlərdə çox böyük uğurlar qazanmışdır.
Onun millətlərarası münasibətlərin inkişafı işindəki rolunu Azərbaycanda və Gürcüstanda çox yüksək qiymətləndirirlər. Buna görə də biz, Heydər Əliyevin adını daşıyacaq belə gözəl parkın yaradılması haqqında Gürcüstan rəhbərliyinin qərarını bir daha böyük minnətdarlıqla qarşılayırıq.
Bizim münasibətlərimiz, bünövrəsi Prezidentimiz Heydər Əliyev tərəfindən qoyulan təməl üzərində inkişaf edir və özü də uğurla inkişaf edir. Mənim Gürcüstana səfərim də buna daha bir sübutdur. Prezident Mixail Saakaşvilinin Azərbaycana çox uğurlu səfərini ölkəmizdə xatırlayırlar. İndi mən Gürcüstandayam. Biz bütün tədbirlərdə, imkan olan hər bir yerdə çox fəal ünsiyyətdə oluruq. Bizim dostluğumuz, şəxsi münasibətlərimiz bunun böyük rəhnidir ki, Gürcüstan və Azərbaycan əvvəlki kimi, yenə də həmişə bir-birinin yanında, həmişə birlikdə olacaq, həmişə bir-birinə kömək göstərəcək və ümumi məqsədə - mühüm məsələləri birlikdə həll edəcək azad, demokratik, iqtisadi cəhətdən güclü tərəfdaş dövlətlər yaratmaq məqsədinə doğru birlikdə irəliləyəcəklər.
Heydər Əliyevin xatirəsinə göstərilən belə səmimi ehtirama görə bir daha Prezidentə təşəkkür edirəm, bütün gürcü xalqına təşəkkür edirəm. Bu, həm Azərbaycan Prezidenti kimi, həm də Heydər Əliyevin oğlu kimi mənim üçün çox qiymətlidir.
Sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved