• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ GÖRÜŞDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI


Mən Gürcüstana dövlət səfəri edirəm, səfərim çox uğurlu keçir. Azərbaycanın Prezidenti kimi bu, mənim Gürcüstana ilk səfərimdir. Dünən keçirdiyim bütün görüşlərdə, danışıqlarda bir daha əmin oldum ki, Gürcüstan-Azərbaycan dostluğu, birliyi əbədidir, sarsılmazdır. Gürcü, Azərbaycan xalqları həmişə dostluq şəraitində yaşamışlar, həmişə biri-birlərinə kömək etmişlər. Hesab edirəm ki, dünən keçirdiyim görüşlər bu istiqamətdə atılan böyük bir addımdır.
Bilirsiniz ki, bir müddət bundan əvvəl Gürcüstan Prezidenti Azərbaycanda rəsmi səfərdə olmuşdur və bu səfər də çox uğurlu keçmişdir. Müxtəlif sənədlər imzalanmışdır. Bu dəfə də mən böyük heyətlə Gürcüstana gəldim. Burada bizim nümayəndə heyətinin tərkibində nazirlər, komitə rəhbərləri, Milli Məclisin üzvləri təmsil olunurlar. Bu da çox əlamətdar bir haldır. Mən istəyirəm ki, bütün səviyyələrdə bizim insanlarımız, vəzifəli şəxslər biri-birləri ilə ünsiyyətdə olsunlar.
Əlbəttə ki, burada yaşayan azərbaycanlıların taleyi bizi çox maraqlandırır, biz bu məsələyə biganə qala bilmərik. Biz çox istəyirik ki, burada yaşayan azərbaycanlılar Gürcüstan cəmiyyətində daha da yüksək yerləri tuta bilsinlər.
Mən bu gün Borçalıya gedirəm və Gürcüstan Prezidenti ilə birlikdə orada olacaq, vəziyyətlə tanış olacağam. Eyni zamanda, orada yaşayan soydaşlarımızla da görüşlər olacaqdır. Bizim xoşbəxt gələcəyimiz, Gürcüstanın, Azərbaycanın gələcəyi bizim birliyimizdədir. Bilirsiniz ki, bizi birləşdirən böyük, nəhəng layihələr vardır. Böyük işlər var, bu işlər də uğurla davam edir. Azərbaycanın da, Gürcüstanın da öz dövlət müstəqilliyini daha da möhkəmləndirməsi istiqamətində bizim birliyimiz çox böyük amildir, böyük şərtdir. Ona görə də artıq deyə bilərəm ki, mənim səfərim çox uğurlu səfər olubdur. Bütün müzakirə etdiyimiz məsələlərdə bizdə fikir ayrılığı yoxdur, bir mövqedəyik. Əlbəttə ki, burada yaşayan azərbaycanlıların gələcəyi, onların taleyi müzakirə mövzusu olmuşdur. Təhsillə bağlı, mədəniyyətlə bağlı, ümumiyyətlə, azərbaycanlıların ictimai həyatda iştirakı ilə bağlı məsələlər müzakirə edilmişdir. Ümid edirəm ki, bu səfərdən sonra bizim ənənəvi dostluq, qardaşlıq münasibətlərimiz daha da inkişaf edəcəkdir.
Sağ olun, çox təşəkkür edirəm.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved