• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


İLHAM ƏLİYEV VƏ MİXAİL SAAKAŞVİLİ MARNEULİ RAYONUNDA YAŞAYAN AZƏRBAYCANLILARLA GÖRÜŞLƏRİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


Əziz bacılar və qardaşlar!
Mən sizin hamınızı ürəkdən salamlayıram. Sizə öz dərin hörmət və məhəbbətimi bildirirəm.
Mən dünəndən Gürcüstandayam. Burada keçirdiyim bütün görüşlərdə, apardığım danışıqlarda bir daha əmin oldum ki, Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı yaşayır, möhkəmlənir və bizim xalqlarımızı bir-birinə daha da sıx bağlayır.
Gürcüstanda əziz dostum Prezident Saakaşvili tərəfindən mənə göstərilən bu xoş münasibətə, qonaqpərvərliyə görə, mən Prezidentə və bütün Gürcüstan xalqına öz minnətdarlığımı bildirirəm.
Dünən iki ölkə arasında çox önəmli, müxtəlif sahələri əhatə edən sənədlər imzalanmışdır. Əminəm ki, bu sənədlərin icrası nəticəsində ölkələrimiz bir-birinə daha da yaxın olacaqlar. Bilirsiniz ki, bir neçə ay bundan əvvəl Gürcüstan Prezidenti Azərbaycana səfər etmişdir. Həmin səfər çərçivəsində də çox əhəmiyyətli məsələlər müzakirə olunmuşdur. Mənim səfərim də iki ölkənin rəhbəri arasında olan dostluğun davamıdır. Bizim aramızda çox gözəl münasibətlər var. Bütün məsələlərdə - beynəlxalq, regional məsələlərdə, eyni zamanda, iki ölkə arasında olan münasibətlərdə bizim mövqeyimiz üst-üstə düşür. Heç kəs üçün sirr deyil ki, bu münasibətlərin yüksək səviyyəyə çatdırılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Bilirsiniz ki, bu gün Azərbaycanda böyük bayramdır. Bütün Azərbaycan xalqı Milli Qurtuluş gününü qeyd edir. Bu gün də Heydər Əliyevin adı ilə bağlıdır. Məhz iyunun 15-də onun Azərbaycanda hakimiyyətə qayıdışından sonra ölkəmiz dirçəlməyə başladı. Ölkə xaosdan, böhrandan çıxdı, inkişafa, tərəqqiyə doğru addımlar atmağa başladı. Son on il ərzində Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan inkişaf etdi, dünyada özünün layiqli yerini tuta bildi. İndi ölkəmiz bütün sahələrdə çox sürətlə inkişaf edir. Mən ümid edirəm ki, gələcəkdə də Azərbaycan inkişaf edəcək, zənginləşəcək, qüdrətli dövlətə çevriləcəkdir.
Biz, əziz dostum Mixail ilə bir məsələni dəfələrlə vurğulamışıq, fikrimizi bildirmişik: Gürcüstanın, Azərbaycanın xoşbəxt gələcəyi bizim birliyimizdədir. Bizim ölkələrimiz bir-biri ilə çox sıx bağlıdır. Biz istəyirik ki, bu əlaqələr daha da inkişaf etsin, genişlənsin. Fürsətdən istifadə edib bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Bu gün səhər Tbilisi şəhərinin ən gözəl, görkəmli yerlərindən birində Heydər Əliyevin adını daşıyan park açıldı. Biz bu parkın açılışında iştirak etdik. Eyni zamanda, Tbilisidə fəaliyyət göstərən, Azərbaycan Dram Teatrına da dövlət statusu verilibdir. Bütün bu addımlara görə mən əziz dostum Mixail Saakaşviliyə öz adımdan, sizin adınızdan, bütün Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Bizim xalqlarımız qardaş xalqlardır. Gürcülər, azərbaycanlılar bütün dövrlərdə sülh, əmin-amanlıq, dostluq şəraitində yaşamışlar. Çox şadıq ki, müstəqilliyimiz əldə olunandan sonra bu əlaqələr daha da genişlənibdir. Bu gün iki ölkənin rəhbərləri arasında olan bu dostluq münasibətləri bizim gələcəyimiz üçün gözəl zəmindir.
Əziz dostlar!
Əziz bacılar və qardaşlar!
Siz Gürcüstan vətəndaşlarısınız. Amma, eyni zamanda, azərbaycanlısınız. Ona görə siz iki ölkə arasında çox önəmli rol oynayırsınız. Mən buraya çox böyük heyətlə gəldim. Demək olar ki, bizim Nazirlər Kabinetinin yarısı bu gün mənimlə birlikdə buradadır. Mən istəyirəm ki, istər təhsil sahəsində, istər iqtisadiyyat sahəsində, istərsə də digər sahələrdə sizi maraqlandıran, sizi narahat edən bütün məsələlər öz həllini birgə tapsın. Siz Gürcüstan cəmiyyətinə daha fəal və sürətli şəkildə inteqrasiya olunmalısınız, daha da yüksək yerləri tutmalısınız. Mən çox şadam ki, ictimai-siyasi həyatda azərbaycanlıların fəaliyyəti çox yüksəkdir və bu, daha da yüksəlir. Mən bu gün çox şad və xoşbəxtəm ki, Azərbaycanın milli bayramını - Qurtuluş gününü burada sizinlə birlikdə qeyd edirəm.
Mən əminəm ki, bu səfərdən sonra iki ölkə arasında olan münasibətlər daha da dərinləşəcək, bütün sahələrdə əməkdaşlıq inkişaf edəcəkdir. Bizim qarşımızda duran ən böyük, ən nəhəng məsələlər Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin çəkilməsidir. Əminəm ki, bunlar vaxtında işə düşəcək və bizim xalqlarımıza xoşbəxtlik, rifah, firavanlıq gətirəcəkdir. Mən sizin hamınızı bir daha ürəkdən salamlayıram, sizin hamınızı bağrıma basıram, qucaqlayıram, öpürəm. Yaşasın Gürcüstan-Azərbaycan dostluğu, qardaşlığı! Gürcü-Azərbaycan xalqlarına eşq olsun!
Sonra Gürcüstan Prezidenti Mixail Saakaşvili də nitq söylədi.
Görüş başa çatdıqdan sonra Gürcüstan dövlətinin başçısı qafqazlılara xas qonaqpərvərliklə Azərbaycan Prezidentinə kəhər at bağışladı.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved