• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


İSTANBULDA HEYDƏR ƏLİYEV ADINA PARKIN VƏ ÜMUMMİLLİ LİDERİMİZİN BÜSTÜNÜN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


Hörmətli cənab vali!
Hörmətli Şişli bələdiyyəsinin başqanı!
Əziz dostlar, qardaşlar, xanımlar və cənablar!
Mən, ilk növbədə, sizin hamınızı ürəkdən salamlayıram. Sizi görməyimə çox şadam. Bu gün qeyd olundu ki, mən dövlət başçısı kimi İstanbula ilk səfərdəyəm. İstanbulda dəfələrlə olmuşam. Bu şəhəri çox sevirəm. Bu şəhər bizim hamımız üçün, həm Türkiyədə, həm də Azərbaycanda yaşayanlar üçün çox əziz, doğma şəhərdir. Mənim də həyatımın bir hissəsi İstanbulda keçmişdir. Ona görə mən İstanbulu çox yaxşı tanıyıram, gözəl xatirələrim var. Mən öz fikrimi demək istəyirəm və siz mənimlə razılaşarsınız ki, İstanbul dünyanın ən gözəl şəhəridir.
Əlbəttə, mənim üçün və bütün Azərbaycan xalqı üçün çox böyük şərəfdir ki, bu gün İstanbulda xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park açılır. Burada Heydər Əliyevin abidəsi ucaldılıb və sərgi təşkil edilibdir. Bütün bu işlərdə iştirak edən, bunları təşkil edən dostlarımıza, qardaşlarımıza öz dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm.
Heydər Əliyev, həqiqətən, Azərbaycan xalqının ümummilli lideri idi. Azərbaycanın ən çətin anlarında, ən çətin dövrlərində xalqla bir yerdə idi. Xalqı çətin vəziyyətdən irəli, tərəqqiyə, inkişafa aparırdı. Keçən əsrin 70-ci illərində Azərbaycan müstəqil dövlət deyildi, Sovet İttifaqı çərçivəsində bir respublika idi. Amma o illər ərzində Azərbaycanda böyük quruculuq işləri aparılmış, zavod və fabriklər tikilmişdir. Azərbaycan, demək olar ki, öz iqtisadi potensialını məhz o dövrlərdə, məhz 70-ci illərdə, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zaman yaratmışdır.
Azərbaycanın müstəqilliyinin ilk illəri çox ağır keçirdi. Ölkə böhran içində idi, vətəndaş müharibəsi, qardaş qırğını baş verirdi. Müharibədə Azərbaycan torpaqları işğal olunurdu. Ölkə iqtisadiyyatı çökmüşdü. Ümumiyyətlə, Azərbaycan və onun müstəqil gələcəyi çox böyük təhlükə altında idi. Məhz o zaman, 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev Azərbaycana rəhbərliyə qayıtmış və qısa müddət ərzində ölkəni böhran vəziyyətindən çıxarmışdır. Bundan sonra Azərbaycan sabitlik əldə etmiş və öz inkişaf yoluna qədəm qoymuşdur.
Bu gün müstəqil Azərbaycan dünya birliyinin layiqli üzvüdür. Azərbaycan beynəlxalq təşkilatlarda fəal iştirak edir. Ölkəmizin iştirakı ilə dünyada və bölgədə önəmli regional layihələr həyata keçirilir. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. Mən sizə deyə bilərəm ki, son yeddi il ərzində iqtisadiyyatımız 90 faiz artmışdır. Hər il iqtisadi artım 10 faizdən yuxarıdır. Bu siyasət bundan sonra da aparılacaqdır. Ölkəmizin çoxlu sosial problemləri öz həllini tapır. Bir sözlə, bu gün Azərbaycan inamla irəliyə, gələcəyə baxır.
Ölkəmizin iqtisadi, siyasi potensialı çox güclüdür. Siz bilirsiniz ki, Azərbaycanda həyata keçirilən böyük neft layihələri də Heydər Əliyevin neft strategiyası ilə bağlıdır. Məhz onun cəsarəti, uzaqgörənliyi və siyasi iradəsi 1994-cü ildə bu strategiyanın təməlini qoymuşdur. Baxmayaraq ki, o illərdə Azərbaycana bu məsələ ilə əlaqədar böyük təzyiqlər olmuşdur. Ölkə daxilində də buna müqavimət var idi. Xaricdə də bəzi dairələr açıq şəkildə bunun əleyhinə çıxırdı. Belə cəhdlər olurdu. Lakin bütün bunlara baxmayaraq, Heydər Əliyevin iradəsi və qətiyyəti nəticəsində bu layihələr həyata keçdi. Türkiyə və Azərbaycanı iqtisadi baxımdan daha da yaxınlaşdıran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi uğurla davam edir. Bu, bir daha onu göstərir ki, Heydər Əliyev ikitərəfli münasibətlərə, Türkiyə-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirdi. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası uğurla başa çatacaq və biz bu mərasimi qeyd edəcəyik.
Türkiyə-Azərbaycan əlaqələri Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. O, daim çalışırdı ki, Türkiyə ilə Azərbaycan arasında olan əlaqələr bütün sahələrdə güclənsin və inkişaf etsin. Məhz onun rəhbərliyi altında son 10 il ərzində iki qardaş ölkə arasındakı əlaqələr ən yüksək zirvəyə qalxmışdır. Bu gün bizi siyasi, iqtisadi, mədəni və digər sahələrdə möhkəm tellər bağlayır. Türkiyə və Azərbaycan beynəlxalq aləmdə bir mövqedən çıxış edir, daim bir-birinə dəstək olur. Əlbəttə ki, Azərbaycanın və Türkiyənin xoşbəxt gələcəyi bizim xalqlarımızın birliyindədir. Bu gözəl kəlam Azərbaycanda və Türkiyədə çox məşhurdur. Bu, həm həqiqəti, həm də Türkiyə ilə Azərbaycan arasında olan əlaqələri əks etdirir. Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu şüar bizim hamımız üçün örnəkdir. Bu şüar bizim siyasətimizin əsasıdır. Biz bu dostluğa, bu qardaşlığa sadiqik.
Mən çox şadam ki, ölkə başçısı kimi bu əlaqələrin inkişafına da öz töhfəmi verirəm. Sizə deyə bilərəm ki, keçən il Azərbaycanın Baş naziri vəzifəsinə təyin olunduqdan sonra mənim ilk xarici səfərim məhz Türkiyəyə olmuşdur. Mən Prezident seçiləndən sonra da Türkiyə-Azərbaycan əlaqələrinə çox böyük əhəmiyyət verirəm və Azərbaycanın müasir siyasətinin prioriteti hesab edirəm. Mən Prezident kimi də Türkiyəyə səfər etmişdim. Lakin əfsuslar olsun ki, o zaman vaxt çox məhdud idi və İstanbula gələ bilmədim. Bu gün çox xoşbəxtəm ki, İstanbuldayam, bu gözəl mərasimdə sizinlə birlikdəyəm.
Heydər Əliyevin xatirəsinə belə hörmətlə, belə məhəbbətlə yanaşdığınıza görə mən sizə bir daha öz dərin minnətdarlığımı bildirirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan bu siyasətə, Heydər Əliyev siyasətinə sadiq qalacaqdır. Bu siyasət bütün sahələrdə davam etdirilir. Mən bu siyasətə sadiqəm. Yalnız Heydər Əliyev siyasəti Azərbaycanı xoşbəxt gələcəyə apara bilər.
Mən bir daha qeyd etmək istəyirəm ki, Türkiyə-Azərbaycan münasibətləri çox güclüdür. Aramızda olan qardaşlıq, dostluq çox güclüdür və heç kim bu münasibətlərə təsir edə bilməz. Bu, bizim siyasətimizdir, biz də bunu aparacağıq.
Əziz dostlar, qardaşlar, bu gözəl parka Heydər Əliyevin adını verdiyinizə görə, burada bu gözəl abidəni yaratdığınıza görə mən sizə həm Heydər Əliyevin oğlu kimi, həm də Azərbaycan Prezidenti kimi bir daha öz minnətdarlığımı, təşəkkürümü bildirirəm.
Yaşasın əbədi, sarsılmaz Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı!
Sonra büstün uzərindəki örtük götürüldü.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, mərasim iştirakçıları "Əsrlərə bərabər bir ömür" adlı fotosərgi ilə tanış oldular. Sərgidə ümummilli liderimiz Heydər Əliyevin həyatının ən müxtəlif dövrlərindən bəhs edən fotoşəkillər nümayiş etdirilir. Burada dünyanın görkəmli dövlət xadimlərinin Azərbaycanın ümummilli lideri barədə fikirlərinə də geniş yer verilmişdir.
Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazdı:
"Bu gün Türkiyənin İstanbul şəhərində Heydər Əliyev adına parkın açılışında iştirak etməkdən böyük mutluluq və qürur hissi duyuram. Parkda ucaldılan Heydər Əliyevin abidəsi çox böyük ustalıqla işlənilib.
Türkiyə-Azərbaycan ilişkiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasətində ən önəmli yer tuturdu. Mən Azərbaycanın Cümhurbaşqanı kimi bu siyasətə sadiqəm. Türkiyə-Azərbaycan ilişkiləri daha da inkişaf edəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaqdır. Biz bir millət, iki dövlətik.
Yaşasın Türkiyə Azərbaycan dostluğu, qardaşlığı!

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved