• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


BUXARESTDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN BÜSTÜNÜN AÇILIŞINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ


Hörmətli cənab Prezident İon İliyesku!  Hörmətli xanımlar və cənablar!  Əziz dostlar!  Xalqımızın ümummilli lideri Heydər Əliyevin Rumıniya torpağında, Rumıniyanın paytaxtı olan Buxarest şəhərində büstünün ucaldılmasına görə bütün rumın xalqına və ilk növbədə, Prezident cənab İliyeskuya öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.  Azərbaycanın ümummilli lideri Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət etmişdir. O, Azərbaycanda hakimiyyətə gələndə ölkəmiz çox çətin dövr yaşayırdı. Ölkə siyasi cəhətdən təcrid olunmuş vəziyyətdə idi, iqtisadiyyat tamamilə dağılmışdı və total böhran yaşanırdı. Ermənistanın Azərbaycana təcavüzü davam edirdi və torpaqlarımız işğal altına düşürdü. Məhz Heydər Əliyevin cəsarəti, qətiyyəti, uzaqgörənliyi nəticəsində ölkəmiz bu çətin vəziyyətdən çıxa bildi və bu gün Azərbaycan çox dinamik şəkildə inkişaf edir. Onun səyləri nəticəsində müharibə dayandırıldı, ölkədə vətəndaş müharibəsinə son qoyuldu, sülh və əmin-amanlıq yarandı. Azərbaycan beynəlxalq aləmdə özünəlayiq yerini tuta bildi, Avropa, Avroatlantik strukturlarına inteqrasiya etməyə başladı.   Bu gün Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə regionda irimiqyaslı layihələr həyata keçirilir. Bu layihələrin təşəbbüskarı da məhz Prezident Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə başlanmış iqtisadi islahatlar ölkəmizi iqtisadi cəhətdən gücləndirdi və deyə bilərəm ki, son səkkiz il ərzində Azərbaycanın ümumi daxili məhsulu yüz faiz artmışdır. Bu meyillər indi də davam edir.   Heydər Əliyevin neft strategiyası nəticəsində ölkəmizə milyardlarla dollar sərmayə qoyulubdur və bu gün adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan bölgədə lider dövlətdir. Aparılmış iqtisadi islahatlar bizə imkan verdi ki, ölkədə mövcud olan çoxlu sosial problemlər öz həllini tapsın. Heydər Əliyevin təşəbbüsü ilə, ilk növbədə,  Azərbaycanda ən çətin vəziyyətdə yaşayan qaçqın və köçkünlər üçün yeni layihələr həyata keçirilməyə başlandı. Onlar üçün yeni qəsəbələr, şəhərciklər salındı. Yenə də qeyd etməliyəm ki, bu gün bütün başqa sahələrdə olduğu kimi, bu sahədə də siyasət davam etdirilir və biz bundan sonra da bu məsələ ilə ciddi məşğul olacağıq.  Bir sözlə, bütün sahələrdə - beynəlxalq, siyasi, iqtisadi, sosial, regional istiqamətlərdə Heydər Əliyevin siyasi xətti ölkəmizi yeni mərhələyə gətirib çıxarmış, Azərbaycanı möhkəmləndirmiş, beynəlxalq aləmdə onun mövqelərini gücləndirmiş və iqtisadi potensialını artırmışdır. Bu gün Azərbaycan müasir, dinamik inkişaf edən ölkədir. Biz bu gün də ölkəmizdə bu siyasəti davam etdiririk.  Heydər Əliyevin Rumıniyaya və rumın xalqına xüsusi münasibəti var idi. Burada qeyd olundu ki, Azərbaycanın Şərqi Avropada ilk səfirliyi Rumıniyada açılmışdır. Prezident Heydər Əliyevin Rumıniyaya və Prezident İon İliyeskunun Azərbaycana etdikləri səfərlər iki ölkə arasında olan əlaqələri daha da gücləndirmişdir. Bu gün ölkələrimiz arasında çox gözəl münasibətlər mövcuddur. Onu da demək istəyirəm ki, Prezident Heydər Əliyevlə Prezident İon İliyeskunu çox güclü dostluq telləri bağlayırdı. Bu iki lider həm öz ölkələri üçün, həm də regionun inkişafı üçün çox böyük işlər görmüşlər. Onların öz ölkələrinin inkişafında müstəsna xidmətləri vardır. Ölkəmizdə bütün başqa sahələrdə olduğu kimi, Rumıniya-Azərbaycan münasibətlərində də bu gözəl ənənələr yaşayır, Heydər Əliyev siyasəti davam etdirilir. Mənim Rumıniyaya səfərim buna gözəl sübutdur. Fürsətdən istifadə edərək, mənə və nümayəndə heyətimizə göstərilmiş gözəl münasibətə, qonaqpərvərliyə görə hörmətli cənab Prezident İon İliyeskuya bir daha öz təşəkkürümü bildirirəm.  Əziz dostlar, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünün ucaldılması münasibətilə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Büstün qoyulmasında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirirəm. Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün rumın xalqına, Prezident İon İliyeskuya bir daha həm Azərbaycan Respublikasının Prezidenti kimi, həm də Heydər Əliyevin oğlu kimi öz təşəkkürümü bildirirəm.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved