• Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib
  • Diaspor rəhbəri Misirin nüfuzlu  televiziya kanalının qonağı olub.Diaspor rəhbəri Misirin nüfuzlu televiziya kanalının qonağı olub.


RUSİYADA AZƏRBAYCAN İLİNİN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PRZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI


-Hörmətli Vladimir Vladimiroviç!
Hörmətli xanımlar və cənablar!
Əziz dostlar!
Bu gün Moskvada olmaq və Rusiyada Azərbaycan ilinin açılışında iştirak etmək mənə çox xoşdur. Əminəm ki, bu il çox uğurla keçəcəkdir. Moskvada da, Rusiya Federasiyasının digər şəhərlərində də çoxlu müxtəlif tədbirlər planlaşdırılmışdır. Şübhəm yoxdur ki, bu il ərzində rusiyalılar bugünkü Azərbaycanın nə ilə yaşadığından, necə inkişaf etdiyindən və nə kimi nailiyyətlərinin olduğundan daha yaxşı xəbər tutacaqlar.
Biz Rusiyada Azərbaycan ilinin keçirilməsinə böyük əhəmiyyət veririk. Əminəm ki, bu bir il ərzində ölkələrimiz və xalqlarımız daha da yaxın olacaq, ölkələrimiz arasında ikitərəfli münasibətlər daha da möhkəmlənəcəkdir. Bu münasibətlər indi də kifayət qədər yüksək səviyyədədir. Ölkələrimiz arasında çox fəal siyasi dialoq var. Biz regional məsələlərdə, regional inkişafda, regional təhlükəsizlikdə iştirak edirik, iqtisadi əlaqələr çox fəal inkişaf edir. Bu gün biz Vladimir Vladimiroviçlə ikitərəfli iqtisadi münasibətlərin vəziyyəti barədə fikir mübadiləsi apararkən böyük məmnunluqla qeyd etdik ki, cəmi bir ildə ölkələrimiz arasında əmtəə dövriyyəsi 50 faiz artmışdır. Əlbəttə, ötən ilin fevralında mənim Rusiyaya rəsmi səfərim zamanı biz əmtəə dövriyyəsini iki dəfə artırmağı qarşıya bir vəzifə kimi qoyduq. Lakin, görünür, güman etmirdik ki, bu, belə tez baş verəcəkdir. Bu sübut edir ki, çox böyük qarşılıqlı maraq, qarşılıqlı surətdə çox faydalı iqtisadi fəaliyyət və ticarət var.
Humanitar sahədə münasibətlərimiz həmişə yüksək səviyyədə olması ilə fərqlənmişdir və bu gün də belədir. Azərbaycanda rus mədəniyyətinə, rus dilinə həmişə çox qayğı ilə yanaşmışlar və yanaşırlar. Bu, həmişə belə olmuşdur və həmişə də ölkəmizi fərqləndirmişdir. Lakin çox xoşdur ki, ictimai formasiyadan asılı olmayaraq, istənilən şəraitdə mövcud olmuş bu gözəl ənənələr indi də yaşayır, inkişaf edir və möhkəmlənir. Mən hesab edirəm ki, ikitərəfli münasibətlərin bütün müsbət təcrübəsi bu əlaqələrin inkişafına gələcəkdə də xidmət edəcəkdir. Biz bunu çox istəyirik. Təsadüfi deyil ki, biz Rusiya ilə münasibətlərimizi strateji tərəfdaşlıq kimi qiymətləndiririk. Biz təkcə sözdə deyil, bəyanatlarda deyil, praktikada da, real işlərdə də tərəfdaşıq.
Arzu edirəm ki, Rusiyada Azərbaycan ili uğurla keçsin. Hesab edirəm ki, belə də olacaq və dediyim kimi, biz bir-birimizi daha yaxşı tanıyacaq, başa düşəcək və bir çox məsələləri birlikdə həll edəcəyik. Lakin eyni zamanda düşünürəm ki, 2005-ci il ərzində biz Azərbaycanda 2006-cı ildə olacaq Rusiya ilinin keçirilməsinə də fəal hazırlaşacağıq. Əlbəttə ki, ikitərəfli münasibətlərimiz yalnız Azərbaycan və Rusiya illəri çərçivəsindəki tədbirlərlə məhdudlaşmayacaqdır. Bu münasibətlər gələcəkdə də inkişaf edəcək, dərinləşəcək və yeni-yeni sahələri əhatə edəcəkdir.
Əziz dostlar, mən sizin hamınızı Azərbaycan xalqı və hökuməti adından ürəkdən salamlayıram. Rusiyaya, Rusiya xalqına sülh, firavanlıq və tərəqqi arzulayıram.
Diqqətinizə görə təşəkkür edirəm.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved