• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


VARŞAVA ÜSYANI MUZEYİNİN HƏYƏTİNDƏ AZƏRBAYCANLI ZABİTLƏRİN XATİRƏ LÖVHƏSİNİN AÇILIŞ MƏRASİMİNDƏ AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI


Hörmətli cənab mer!
Hörmətli xanımlar və cənablar!
Bu gün çox əlamətdar bir gündür. Burada, Varşava Üsyanı Muzeyinin həyətində Azərbaycan vətəndaşlarının xatirəsinə həsr edilmiş bir lövhə açılır. Çox şadam ki, bu gözəl mərasimdə mən də iştirak edirəm.
İkinci Dünya müharibəsində Azərbaycandan 600 min insan iştirak edibdir. Onlardan 300 mini həlak olmuşdur. O cümlədən Polşanın azadlığı uğrunda döyüşlərdə də azərbaycanlılar həlak olmuşlar. Bir neçə aydan sonra biz İkinci Dünya müharibəsinin başa çatmasının və ümumi qələbəmizin ildönümünü qeyd edəcəyik. Bu qələbə bizim hamımızın qələbəsidir.
Bu gün Azərbaycan bütün müstəqil ölkələr kimi öz taleyini, öz müqəddəratını özü müəyyən edir. Müstəqillik hər bir xalq, hər bir millət üçün ən böyük sərvətdir, ən böyük nemətdir.
İndi ölkələrimiz arasında olan əlaqələr ən yüksək səviyyəyə çatıbdır və mənim Polşaya rəsmi səfərim bu istiqamətdə atılmış çox mühüm bir addımdır. Mən əminəm ki, bu səfərdən sonra iki ölkə arasında əlaqələr daha da inkişaf edəcək, bizim xalqlarımız bir-biri ilə daha sıx əməkdaşlıq edəcəklər.
Bizim xalqlarımızı, eyni zamanda müştərək tarix də birləşdirir. İkinci Dünya müharibəsindəki qələbə dünyanın bir çox xalqlarına azadlıq, müstəqillik bəxş etdi. Ancaq bizim müstəqilliyimiz, həqiqi mənada azadlığımız yalnız 1990-cı illərdə baş vermişdir. Polşa və Azərbaycan müstəqil ölkələr kimi bu dövr ərzində böyük uğurlar əldə etmiş, böyük qələbələr qazanmışlar. Mən əminəm ki, bundan sonra da Polşa və Azərbaycan dostluq, mehribanlıq münasibətlərini möhkəmləndirəcək və ölkələrimiz daha da sıx əməkdaşlıq edəcəkdir.
Mən hörmətli cənab merə bu lövhənin açılması ilə əlaqədar öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Varşava şəhərinin meri Lex Koçinski xatirə lövhəsinin üzərindəki ağ örtüyü götürdülər.
Azərbaycan Prezidenti İlham Əliyev Varşava üsyanı zamanı həlak olanların xatirəsini yad etmək üçün divardakı kiçik kilsə zənginin yanına yanan şam qoydu. Sonra Azərbaycan dövlətinin başçısı muzeylə tanış oldu.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved