• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM, ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT


ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının iştirakçıları noyabrın 17-də Şəhidlər xiyabanını ziyarət etmişlər.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsi ehtiramla yad edildi, onların məzarları üstünə gül-çiçək düzüldü.
Qurultay iştirakçıları adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyuldu.
Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə qurultay iştirakçılarına məlumat verildi. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən Şəhidlər xiyabanında əsaslı yenidənqurma işləri görülmüşdür.
X X X
Qurultay iştirakçıları həmin gün türk şəhidlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət etdilər. İştirakçılar adından abidənin önünə əklil qoyuldu, türk şəhidlərinin xatirəsi ehtiramla yad edildi.
Qonaqlara məlumat verildi ki, 1918-ci ildə Bakının bolşevik-erməni daşnak qoşunlarından azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş 1130 türk əsgəri burada dəfn olunmuşdur. Abidənin Şəhidlik kitabəsində qardaş Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuşdur. 2000-ci ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə abidənin açılış mərasimi olmuşdur. Azərbaycanın daha 5 bölgəsində şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılmışdır
 


ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
Noyabrın 17-də Bakıda Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı başlanmışdır.
Qurultay iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, türk dünyasının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdilər, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydular.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül düzüldü.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved