• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


QURULTAYIN RƏSMİ AÇILIŞ MƏRASİMİ


Qurultay çərçivəsində Türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, Türk dünyasının mədəni irsinin təbliği, Türk gəncliyinin qarşısında duran vəzifələr, onların milli ruhda tərbiyə olunması problemləri, müasir qloballaşma proseslərinin xalqlarımızın həyatına təsiri ilə bağlı məsələlər müzakirə edilmişdir. Qurultayda Türk dünyasını narahat edən bir sıra digər problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, Ahıska türklərinin öz tarixi torpaqlarına qayıdışı sahəsində mövcud olan çətinliklərlə də bağlı fikir mübadiləsi aparılmış, bir sıra mühüm sənədlər qəbul edilmişdir.
30 ölkədən 550 nəfər nümayəndə və qonağın dəvət olunduğu qurultayın işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk xalqının lideri, cümhurbaşqanı Mehmet Əli Tələt, Türkiyə Respublikasının 9-cu Prezidenti Süleyman Dəmirəl, habelə Türkdilli dövlətlərin yüksək dövlət və hökumət nümayəndələri iştirak etmişlər. 
Açılış mərasimində Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xıdır Saparlıyev, Qırğızıstanın təhsil və elm naziri Kanıbek Osmonaliyev, Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Askar Buribayev də çıxış edərək Qurultayın əhəmiyyəti barədə fikirlərini bölüşmüş, öz ölkələrinin rəhbərliyinin təbriklərini çatdırmışlar.

Noyabrın 17-də “Gülüstan” sarayında Türk dövlət və cəmiyyətlərinin XI dostluq və əməkdaşlıq qurultayının rəsmi açılış mərasimi olmuşdur.
 
Sarayın foyesində tarix boyu türkdilli xalqlara, o cümlədən azərbaycanlılara qarşı törədilmiş terrorlarını, soyqırım aktlarını, habelə Xocalı soyqırımını əks etdirən fotosərgi təşkil olunmuşdur.
Salona toplaşanlar Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın, Şimali Kipr türklərinin lideri Mehmet Əli Tələtin və digər türkdilli ölkələrin rəsmi şəxslərini hərarətli qarşıladılar.
İştirakçılar türk dünyasının görkəmli şəxsiyyətlərinin - Heydər Əliyev, Mustafa Kamal Atatürk, Əhməd Yəsəvi, Ərtoğrul Qazi, Əlişir Nəvai və Alparslan Türkeşin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Qurultayı Təşkilat Komitəsinin Azərbaycan tərəfdən həmsədri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri NAZİM İBRAHİMOV giriş sözü ilə açdı.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved