• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


NAZİM İBRAHİMOVUN GIRIŞ SÖZÜ


Zati-aliləri möhtərəm cənab Prezident!
Zati-aliləri möhtərəm cənab Baş nazir!
Hörmətli qurultay iştirakçıları!
Əziz qonaqlar!
Təşkilat Komitəsi adından sizi - Türk dövlət və cəmiyyətlərinin XI dostluq və əməkdaşlıq qurultayının nümayəndələrini və qonaqlarını salamlayır, bu tarixi toplantının açılışı münasibətilə təbrik edirəm.
Qurultay türk dövlət və cəmiyyətləri üçün böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev türk dünyasının birliyini yüksək qiymətləndirərək demişdir: “Türk cümhuriyyətlərinin bir sırada inamlı addımları, türk dünyasının xoşbəxt sabahından soraq verir. Əminəm ki, türk xalqlarının qurultayları müqəddəs arzu və istəklərimizin həyata keçirilməsində mühüm rol oynayacaqdır”.
Hörmətli qurultay iştirakçıları!
Bu gün türk xalqları arasında birliyin və həmrəyliyin daha da möhkəmləndirilməsi qarşımızda dayanan vacib vəzifələrdəndir. Ömrünü türk dünyasının birliyinə həsr etmiş görkəmli ictimai-siyasi xadim İsmayıl bəy Qasprallının “Dildə, fikirdə, əməldə birlik” ideyası xalqlarımızın tərəqqi və rifahının başlıca düsturu olaraq, vahid amal uğrunda birgə fəaliyyətimizin əsasını təşkil edir. Bu məfkurə müasir dövrümüzdə yüz il bundan öncə olduğundan daha vacib, daha aktualdır.
Türkdilli xalqlar mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi dünyada özlərinin mübarizliyi, çalışqanlığı və intellekti sayəsində qazandıqları yüksək mövqelərini bundan sonra da qoruyub saxlamalı, möhkəmləndirməli, əldə etdikləri nailiyyətləri gələcək nəsillərə ötürməlidirlər. Bunun yolu isə birlikdən və əməkdaşlıqdan keçir. Son illərdə bu birliyin möhkəmləndirilməsinə yönəlmiş səylər gələcəyimizə nikbinliklə və böyük ümidlərlə baxmağa əsas verir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bu ilin mart ayında Bakı şəhərində keçirilmiş Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türkdilli xalqların birliyi ideyasının dövlətlərimizin xarici siyasətində nəinki prioritet istiqamətlərdən biri olmasının, eyni zamanda, öz tarixi vətənindən kənarda yaşayan milyonlarla türkəsilli soydaşımız üçün ən ali məqamlar sırasında dayanmasının təsdiqi olmuşdur.
Türk dövlət və cəmiyyətlərinin dostluq, qardaşlıq və əməkdaşlıq qurultayları 15 ildir ki, xalqlarımızın qarşılıqlı münasibətlərinin inkişafına öz töhfəsini verməkdədir. 1993-cü ildən etibarən keçirilən və yüksək məramlara xidmət edən bu tədbir cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Türkiyədən kənarda, məhz Azərbaycan Respublikasında təşkil olunur.
Möhtərəm cənab Prezident!
Zati-alinizin bu təşəbbüsü Azərbaycan dövlətinin türk dünyasının sarsılmaz birliyinə, xalqlarımız arasında səmimi dostluq, əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətin parlaq təzahürüdür. Bu bir daha sübut edir ki, ümummilli lider Heydər Əliyevin türkdilli xalqlar arasında birliyin gerçəkləşdirilməsinə yönəlmiş ideyaları Azərbaycan Respublikasında dövlət siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirən başlıca prinsiplərdən biri olaraq qalır və qalacaqdır.
Hörmətli qurultay iştirakçıları!
Əminik ki, türk dünyasının coğrafi mərkəzində yerləşən, qədim mədəniyyət mərkəzlərindən biri olan Bakı şəhərində keçirilən bu mötəbər tədbir xalqlarımızın birlik və qardaşlıq salnaməsində yeni bir səhifə açacaq, qarşılıqlı əlaqələrimizin möhkəmləndirilməsi, milli mədəniyyətlərin sıx inteqrasiyası və iqtisadi əməkdaşlığın inkişafında mühüm rol oynayacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Türkiyə Respublikasının Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın, Şimali Kipr türk xalqının lideri cənab Mehmet Əli Tələtin qurultayda iştirakı bu inamı daha da möhkəmləndirir, türk dünyasının birliyi naminə bütün imkan və bacarıqlarını səfərbər edənlərə yeni ruh verir.

Türkmənistanın Baş nazirinin müavini cənab Saparlıyevin tədbirdə iştirakı, habelə Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyasının Tatarıstan, Altay, Başqırdıstan və Çuvaşiya respublikalarının, Moldova Respublikasının Qaqauz Muxtar vilayətinin nümayəndə heyətlərinin qurultaya qatılması bu birliyin coğrafiyasının nə qədər geniş olduğunu göstərir.
Adından göründüyü kimi, məramı dostluq, qardaşlıq və əməkdaşlıq olan bu qurultayın işində dünyanın 30-dan çox ölkəsindən gəlmiş 800 nümayəndə və qonaq iştirak edir. Qurultay çərçivəsində türkdilli xalqlar arasında elm, texnika, mədəniyyət, təhsil, iqtisadiyyat, ticarət, turizm və maliyyə sahələrində əməkdaşlıq, ortaq mədəni irsimizini öyrənilməsi və təbliği, türk dünyası haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gənclərimizin milli ruhda və müasir tələblər səviyyəsində təlim-tərbiyəsi, qloballaşma prosesinin ölkələrimizin həyatına təsirinin ən müxtəlif aspektləri ilə bağlı taleyüklü məsələlər müzakirə ediləcəkdir.
Qurultayda türk dünyasını narahat edən bir sıra problemlər - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kiprin beynəlxalq təcriddən çıxarılması, İraq və Əfqanıstanda yaşayan türkdilli xalqların vəziyyəti, axıska türklərinin öz tarixi torpaqlarına qayıdışı ilə əlaqədar olan və qarşıya çıxan çətinliklərlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq, mühüm sənədlər qəbul ediləcəkdir.
Hörmətli qurultay iştirakçıları!
Hörmətli xanımlar və cənablar!
İnanırıq ki, Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dünyasının birliyinin inkişafına layiqli töhfələrini verəcək, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq, dünyanın siyasi xəritəsində türkdilli dövlətlərin mövqelərinin daha möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı açıq elan edilir. Təşəkkür edirəm.
X X X
Qurultayın Təşkilat Komitəsinin Türkiyə tərəfdən həmsədri, Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondunun İdarə heyətinin sədri ƏBDÜLXALIQ ÇAY çıxış edərək dedi:
-Hörmətli Azərbaycan Prezidenti cənab İlham Əliyev!
Hörmətli cənab Baş nazir Rəcəb Tayyib Ərdoğan!
Şimali Kipr türklərinin lideri hörmətli cənab Mehmet Əli Tələt!
Dünyanın 30-dan çox ölkəsinin türk dövlət və cəmiyyətlərindən zəhmət çəkərək gələn bütün qurultay iştirakçılarını böyük hörmət və ehtiramla salamlayıram.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved