• Soydaşımız Çexiya çempionu olubSoydaşımız Çexiya çempionu olub
  • Ümumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti veribÜmumrusiya Azərbaycanlıları Konqresi Rusiya Ali Məhkəməsinin qərarından apellyasiya şikayəti verib
  • Misir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıbMisir telekanalında Azərbaycan mətbəxi və mədəniyyəti ilə bağlı verliş yayımlanıb
  • Soydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edibSoydaşlarımız Kopenhagendə keçirilən İnteqrasiya Günündə iştirak edib
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilibBirləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin toplantısı keçirilib


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ NƏTİCƏLƏRİ


Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı ilk dəfə olaraq Türkiyədən kənardakeçirilirdi. Qurultayda əksər Türkdilli ölkələrin və xalqların nümayəndələrinin iştirakı, onun yüksək səviyyədə təşkili, Azərbaycan və Türkiyə Respublikaları Türk dünyasının birliyi, türkdilli xalqlar və dövlətlər arasında münasibətlərin inkişafı baxımından bir sıra əhəmiyyətli nəticələri olmuşdur:

  • Qurultayın ilk dəfə Türkiyədən kənarda və məhz Azərbaycan Respublikasında keçirilməsi ölkəmizin Türk dünyasında nüfuzunun artmasına töhfə verdi.
  • Azərbaycan Respublikası Prezidentinin Qurultayın yüksək səviyyədə təşkilinə verdiyi dəstək bütün türkdilli xalqlar və dövlətlər, habelə tədbirdə iştirak edən nümayəndə və qonaqlar tərəfindən yüksək qiymətləndirilmişdir.
  • Qurultayın qərarları Türk dünyasının birliyi ideyasının daha effektiv təbliğ olunması, xalqlarımız arasında dostluq və qardaşlıq ənənələrinin möhkəmlənməsinə əlavə stimul yaratdı.
  • Qurultayda Türk dünyasının bir sıra ortaq problemlərinin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Şimali Kipr, İraq türkmənləri və Ahıska türklərinin problemlərinə dair məsələlərin müzakirəsi Türkdilli ölkələrin bir-birlərinin problemlərinə həssas münasibətini ortaya qoydu və gələcəkdə bu sahədəki qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişafı üçün zəmin rolunu oynaya bilər.
  • Qurultada müzakiə edilmiş məsələlərlə bağlı qəbul olunmuş qərarlar Türkdilli xalqların problemlərinə baxışların bir-birindən fərqlənmədiyini nümayiş etdirdi.
  • Qurultayda irəli sürülmüş ideya və təkliflər gələcəkdə Türk dünyasının birliyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.
  • Qurultay bütün dünyaya Türkdilli xalqların Türk dünyası birliyinə verdiyi önəmi nümayiş etdirdi.
  • Qurultay regionla bağlı bütün qlobal layihələrin və burada baş verən ictimai siyasi proseslərin Türkdilli dövlətlər və xalqlar tərəfindən diqqətlə izlənildiyini, onların maraqlarına toxunan məsələlərə münasibətdə bəzi narahatlıqların mövcudluğunu göstərdi.
  • Azərbaycan diasporunun türkdilli xalqların diasporları ilə əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində yeni imkanlar açdı;
  • Türk dünyasının ümumi problemləri haqqında düna ictimaiyyətinin məlumatlandırılması istiqamətində səylərin birləşdirilməsi üçün zəmin yaratdı;
  • Türkdilli ölkələr arasında iqtisadiyyat, siyasət, mədəniyyət, ticarət və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi, xalqlarımız arasında qarşılıqlı inteqrasiya meyllərinin gücləndirilməsi üçün yeni perpektivlə\r açdı.
  • Qurultayda irəli sürülmüş Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşü Daimi Katibliyinin yaradılması ideyası Türk dünyası arasında dosluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, xalqlarımızın qədim tarixə malik çoxəsrlik qardaşlıq münasibətlərinin inkişafına təkan verəcəkdir.
  • Qurultayda irəli sürülmüş Ermənistanın təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının müdafiəsi məqsədilə Beynəlxalq Avropa İnsan Haqqları Məhkəməsində iddiaların qaldırılması ilə bağlı tövsiyə münaqişənin mahiyyəti barədə dünya ictimaiyyətində obyektiv təsəvvürlərin formalaşmasına xidmət edəcəkdir. 
  • Qurultay 1915-ci il hadisələri ilə bağlı «soyqırım» iddialarının ifşası istiqamətində Türk dövlət və cəmiyyətləri arasında əməkdaşlıq gücləndirilməsinə yönəlmiş önəmli tövsiyələrlə çıxış etdi. 
  • Ortaq əlifbanın, izahlı sözlük-məlumat kitabının, ortaq Türk tarixinin yazılması, Türk dünyasının Elmlər Akademiyasının, Mədəniyyət Mərkəzinin yaradılması və s. ilə bağlı təkliflər Türkdilli xalqlar arasında mədəni, mənəvi-psixoloji əlaqələrin inkişafına  dəstək vermək məqsədi daşıyır 
  • Qeyri-türk dövlətlərin ərazisində kompakt halda öz tarixi torpaqlarında yaşayan türk xalqlarının (Rusiya, Ukrayna, Moldova, Makedoniya, Bolqarıstan, İraq, Gürcüstan) Ana dilində ədəbiyyat və dərsliklərlə təmin edilməsinə, onların milli-mənəvi dəyərlərinin, mədəni irsinin qorunub saxlanılmasına yardım göstərilməsini Türkdilli ölkələrin hər birinin mənəvi borcu elan etdi.
  • Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması ideyasını bir daha gündəmə gətirdi və bunun sadəcə ideya olmadığın, onun həyata keçirilməsi üçün real imkanların mövcudluğunu nümayiş etdirdi. 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved