• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ "GƏNCLİK" KOMİSSİYASININ HESABATI


Komissiya 2007-ci il noyabr ayının 18-də İKT Gənclər Forumunun Baş katibi Elşad İsgəndərov və Gazi Üniversitesi müəllimi, Avrasiya Yazarlar Birliyi Başkanı, elmlər doktoru Yakup Deliömeroğlunun həmsədrliyi ilə işinə başlamış, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəisi İlqar Orucov və Hakan Yeniay komissiyanın katibləri seçilmişlər. Komissiyanın işində Türk dövlət və cəmiyyətlərindən 75 nümayəndə və 32 qonaq iştirak etmişdir.

Həmsədr E.İsgəndərovun açılış çıxışından sonra məruzəçilərin çıxışları dinlənilmişdir. Məruzələrdə Türkdilli ölkələrin gənclərlə iş sahəsində siyasətin  müxtəlif aspektləri, bu sahədə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf  etdirilməsi məsələlərindən bəhs edilmişdir.
Daha sonra komissiyanın işində iştirak edən nümayəndələr söz alaraq müzakirə olunan məsələlər, habelə cari mövzularla bağlı öz fikir və təkliflərini səsləndirmişlər.
Aparılmış müzakirələr, irəli sürülmüş rəy və təkliflər əsasında komissiya aşağıdakı qərarları qəbul etmişdir:

1. Türk dünyası gənclərini bir araya gətirə biləcək gənclik düşərgələrinin və ortaq idman olimpiyadalarının, musiqi və folklor tədbirlərinin təşkili, gənclərin milli-mənəvi dəyərlərə uyğun tərbiyə olunması məqsədilə Türkdilli dövlətlərin elm, təhsil, gənclərlə iş, idman və mədəniyyət sahələri üzrə dövlət qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi;
2. Türk gənclərinin beynəlxalq aləmdə umümi maraqlardan irəli gələn fəaliyyətin inkişaf etdirilməsi, bu məqsədlə BMT və digər beynəlxalq təşkilatlarda, xüsusilə Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu və Gənclər Sivilizasiyalararası Alyans uğrunda beynəlxalq hərəkatın dəstəklənməsi və əməkdaşlığın inkişaf etdirilməsi;
3. Dünya Türk Gənclər Birliyi tərəfindən həyata keçirilən gənc iş adamları, gənc alimləri, gənc yazarları, gənc sənətçiləri, həmçinin uşaq təşkilatlarını və s. əhatə edəcək layihələrin həyata keçirilməsi;
4. Ermənilərin 1915-ci il hadisələri ilə bağlı saxta soyqırımı iddialarının beynəlxalq miqyasda ifşa edilməsi məqsədilə xarici ölkələrdə yaşayan və təhsil alan türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatlarının səylərinin birləşdirilməsi;
5. Mustafa Kamal Atatürkün Türk gəncliyinə 1919-cu il 19 may tarixli müraciətinin 90-cı ildönümü münasibətilə 2009-cu ilin «Türk dünyası gəncliyi ili» kimi elan edilməsi;
6. Türk dünyası gəncliyinin narkotik maddələr aludəçiliyindən, alkoqolizmdən və digər zərərli vərdişlərdən qorunması məqsədilə ortaq mübarizə metodlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi;
7. Təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi, türk xalqlarının yaşadığı ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması;
8. Elm, mədəniyyət, idman, iqtisadiyyat və digər sahələrdə böyük uğurlar qazanmış Türk dünyasının görkəmli şəxsiyyətlərinin gənclər arasında təbliği istiqamətində tədbirlərin görülməsi;
9. TİKA-nın həyata keçirdiyi «Türkoloji» layihəsi çərçivəsində türkdilli ölkələrdən gəlmiş tələbələrə Türk mədəniyyəti, tarixi və Türk dili dərslərinin müddətli kurslar çərçivəsində tədrisi;  Türk xalqlarının ortaq əlifba və ədəbi dilinin inkişafı və kütləvi informasiya vasitələrində təbliğatların genişləndirilməsinə gənclərin cəlb edilməsi;
10. Türkdilli xalqların tanınmış rejissorları tərəfindən çəkilmiş bədii, sənədli və cizgi filmlərinin Türkdilli televiziyalarda mütəmadi nümayiş etdirilməsi, dövlət və özəl kinostudiyalar arasında əməkdaşlıq əlaqələrinin qurulması;
11. «Türk dünyası uşaq ədəbiyyatı» təsisatının yaradılması, Türk dünyasının uşaq ədəbiyyatı əsərlərinin bütün türkdilli xalqların dillərinə tərcümə edilməsi;
12. Qərbi Avropa ölkələrində Türk Mədəniyyət Mərkəzlərinin yaradılması;
13. Türk dünyası universitetlərinin tarix və arxeologiya fakültələri üçün Türkdilli xalqların mədəni irsini əks etdirən tarixi ərazilərə elmi ezamiyyətlərin təşkili;
14. Türkdilli dövlətlər arasında müəllim və tələbə mübadiləsinin artırılması, yüksək göstəricilər əldə etmiş gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsillərini davam etdirməsi üçün birgə layihələrin hazırlanması;
15. Türk xalqlarının ortaq tarixi köklərə və vahid etnik mənşəyə malik olduğunu əks etdirən «Ortaq Türk /tarixi»nin yazılması; 
16. Dünya Türk Gənclər Birliyi təşkilatının fəaliyyətinin genişləndirilməsi, türkdilli ölkələrdə bu qurumun nümayəndəliklərinin yaradılması;
17. Türkdilli dövlətlərin gənclərlə iş üzrə dövlət orqanlarının Əlaqələndirmə Şurasının yaradılması istiqamətində tədbirlərin görülməsi;
18. Xarici ölkələrdə təhsil alan türkdilli gənclərin problemlərinin həllində səylərin birləşdirilməsi, yüksək nəticələr əldə etmiş tələbələrə xüsusi təqaüdlərin ayrılması;
19. Xarici ölkələrdəki türkdilli gənclərin təsis etdiyi diaspor təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi və bu sahədə strateji proqramların hazırlanması;
20. Türkdilli gənclərin Türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı, türkdilli dövlətlərin strateji inkişaf istiqamətləri, beynəlxalq münasibətlər sistemində yeri və rolu barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsi, bu məqsədlə elmi-praktik konfransların, diskussiyaların, simpoziumların və digər maarifləndirici toplantıların təşkili.   
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved