• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ "İQTİSADİYYAT, MALİYYƏ, TİCARƏT VƏ TURİZM" KOMİSSİYASININ HESABATI


 

Komissiya 2007-ci il noyabr ayının 18-də akademik Ziyad Səmədzadənin və Çankaya Unversitetinin professoru, iqtisad elmləri doktoru Emin Çarıqçının həmsədrliyi ilə işinə başlamış, Ankara Universitetinin elmlər doktoru Tuğrul Veli,  iqtisad elmləri namizədi  Arzu İsmayılova komissiyanın katibi seçilmişlər. Komissiyayanın işində Türk dövlət və cəmiyyətlərindən  35  nümayəndə və  21  qonaq iştirak etmişdir.
Komissiyanın iclasında Türkdilli ölkələrdən gəlmiş 9 nümayəndə məruzə ilə çıxış etmiş, 6 nəfər nümayəndənin məruzəsi isə yazılı şəkildə təqdim edilmiş, 22 iştirakçı isə söz alaraq məruzələrlə bağlı öz fikirlərini bildirmişlər.
Məruzəçilər türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın indiki səviyyəsi və gələcək pespektivləri ilə bağlı fikirlərini bildirmiş, enerji, nəqliyyat, turizm, sənaye və s/. sahələlərdə əlaqələrin daha da genişləndirilməsinə ciddi ehtiyac duyulduğunu vurğulamışlar. Məruzələrdə həmçinin türkdilli ölkələrin iş adamları arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, türkdilli xalqların yaşadığı bölgələrə sərmayə yatırımı ilə bağlı məsələlərə də toxunulmuşdur.
Daha sonra komissiyanın işində iştirak edən nümayəndələr söz alaraq, müzakirə olunan məsələlər, habelə cari mövzularla bağlı öz fikir və təkliflərini səsləndirmişlər.

Aparılmış müzakirələr, irəli sürülmüş rəy və təkliflər əsasında komissiya aşağıdakı qərarları qəbul etmişdir:

1. Türkdilli dövlətlərin regional və qlobal inteqrasiya proseslərinə qoşulması, eyni zamanda ölkələrin iqtisadi təhlükəsizliyini təmin etmək məqsədilə yaxın və uzaq gələcəyə hədəflənmiş məqsədli strateji proqramların, Türk dövlətləri arasında strateji əməkdaşlıq modelinin hazırlanması istiqamətində görülən işlərin genişləndirilməsi, dayanıqlı və keyfiyyətli inkişafa nail olunması;
2. Türkdilli ölkələr arasında qarşılıqlı mal və ticarət dövriyyəsinin artırılması, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, hər bir ölkədə milli iqtisadiyyatın inkişafına xidmət edən idxalın və ixracın strukturunun təkmilləşdirilməsi;
3. Xarici  sərmayələrin iqtisadi inkişafda əhəmiyyətini nəzərə alaraq türkdilli ölkələrdə sərmayə yatırımına əlverişli şəraitin yaradılması, türkdilli ölkələr arasında qarşılıqlı olaraq daxili bazara giriş qaydalarının sadələşdirilməsi, sahibkarlıq fəaliyyətində bürokratik əngəllərin aradan qaldırılması məqsədilə tədbirlərin görülməsi; iş adamları arasında işgüzar əlaqələrin inkişafı istiqamətində səylərin artırılması, birgə iqtisadi forumların təşkili, dünya miqyasında tanınmış türkdilli iş adamları haqqında məlumat bazasının formalaşdırılması;
4. Türkdilli ölkələrin ərazisində xüsusi iqtisadi zonaların və texnoparkların  yaradılması;
5. Türk dövlət və cəmiyyətlərində sənaye-ticarət palataları və digər qurumlar arasında əməkdaşlığın inkişaf etdirilməsi, türk dünya bankının yaradılması;
6. Türkiyə Cümhuriyyətinin qonşu ölkələrlə iqtisadi əməkdaşlıq təcrübəsi əsasında Türkdilli ölkələrin ortaq regional əməkdaşlıq proqramlarının hazırlanması, sosial inkişaf məsəsələləri, yoxsuluğun aradan qaldırılması, iqtisadiyyatda şəffaflığın təmin olunması ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi, qarşlıqlı təcrübə mübadiləsinin aparılması;
7. Türkdilli ölkələrə məxsus enerji ehtiyatlarının tədqiqi və qiymətləndirilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsi; neft və qaz istehsalçısı olan Türkdilli Ölkələrin İqtisadi Birliyinin (OPEK-in analoqu) yaradılması məsələsinə baxılması; Xəzər regionunun enerji imkanlarının Türkdilli dövlətlərin sosial-iqtisadi inkişafında daha səmərəli istifadəsi; neft və təbii qaz milli şirkətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi; Türkiyə Cümhuriyyətinin ərazisindən keçəcək boru xəttləri layihələrində əməkdaşlığın genişləndirilməsi;
8.  Türk dünyasında alternativ enerji mənbələrinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlığın yaradılması;
9.  Türkdilli ölkələrdəki nüfuzlu iqtisad universitetlərində «Türk dünyası iqtisadiyyatı» fənninin tədrisi, müvafiq statistik məcmu və elmi-praktiki toplunun dərc olunması, müştərək strateji proqramların reallaşması ilə bağlı regional seminar, konfrans və forumların keçirilməsi;
10. Türkdilli ölkələrin turizm imkanlarının artırılması, bu sahədəki potensialın daha səmərəli istifadə edilməsi yollarının axtarılması;
11. Xarici ölkələrdəki türkdilli iş adamlarının doğma ölkələrinin iqtisadiyyatına sərmayə qoymağa təşviq edilməsi məqsədilə müvafiq dövlət orqanları və ictimai təşkilatlar tərəfindən birgə tədbirlərin görülməsi, onların türk xalqlarının kompakt halda yaşadığı regionlara, o cümlədən İraqın Kərkük, Gürcüstanın Borçalı bölgələrinin, habelə Şimali Kiprin iqtisadiyyatına sərmayə qoymağa təşviq edilməsi;
12. Münaqişə bölgələrində yaşayan türkdilli xalqlara, o cümlədən, Azərbaycandakı məcburi köçkünlərə, habelə İraq türkmənlərinə yardım edilməsi məqsədilə birgə kampaniyaların keçirilməsi;
13. Türkdilli ölkələrin sosial-iqtisadi, mədəni inkişafının təmin edilməsi, milli dəyərlərin qorunması və təbliği sahəsində turizmin müstəsna önəmini nəzərə alaraq bu sahənin infrastrukturunun gücləndirilməsi, genişmiqyaslı təbliğat işlərinin aparılması və özünü doğrultmuş dünya təcrübəsinə əsaslanan iqtisadi mexanizmlərdən daha səmərəli istifadə edilməsi;
14. Azərbaycan-Türkiyə hökumətlərarası müştərək iqtisadi komissiyalar tərəfindən təsdiqini tapmış «Babaların Tarixi Zəfər və Şəhadət Yolu» beynəlxalq turizm  marşrutunun reallaşması ilə bağlı müəyyən edilmiş kompleks tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
15. Orta Asiyanın enerji resurslarının Azərbaycan və Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışı üçün əlaqələndirilmiş tranzit konsepsiyasının hazırlanması;
16. Traseka proqramı daxilində Türkdilli dövlətlərin eyni mövqe ilə çıxış etməsi və proqramın canlandırılması;
17. Hesabatda qeyd olunan bütün qərar və tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq əlaqələndirici qurumun yaradılması.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved