• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


TÜRK DÖVLƏT VƏ CƏMİYYƏTLƏRİNİN XI DOSTLUQ, QARDAŞLIQ VƏ ƏMƏKDAŞLIQ QURULTAYININ "DİL VƏ MƏDƏNİYYƏT" KOMİSSİYASININ HESABATI


 Komissiya 2007-ci il noyabr ayının 18-də Milli Məclisin deputatı, filologiya elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Rafael Hüseynov və Türk Dil Kurumu Başkanı Şükrü Haluk Akalın həmsədrliyi ilə işinə başlamış, Milli Məclisin deputatı, Azərbaycan Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov və  Kırıkkale Üniversitesi öğretim üyesi Bilgehan Atsız Gökdağ komissiyanın katibləri seçilmişlər. Komissiyanın işində Türk dövlət və cəmiyyətlərindən 170 nümayəndə və 10  qonaq iştirak etmişdir.
Məruzəçilər Türkdilli xalqların qədim və zəngin mədəni irsinin təbliği, bu sahədə qarşılıqlı əməkdaşlığın inkişafı, müasir informasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi və s. məsələlərlə bağlı öz rəy və təkliflərini bildirmişlər. Mədəni irsimizin təbliği məqsədilə ortaq layihələrin həyata keçirilməsi məruzəçilərin üzərində dayandığı əsas təkliflərdən olmuşdur.
Daha sonra komissiyanın işində iştirak edən nümayəndələr söz alaraq müzakirə olunan məsələlər, habelə cari mövzularla bağlı öz fikir və təkliflərini səsləndirmişlər.
Komissiyanın iclasında Türkdilli ölkələrdən gəlmiş 10 nəfər nümayəndə məruzə ilə çıxış etmiş, 39 nəfər nümayəndənin məruzəsi yazılı şəkildə təqdim edilmişdir.

Aparılmış müzakirələr, irəli sürülmüş rəy və təkliflər əsasında komissiya aşağıdakı qərarları qəbul etmişdir:

1. Ölkələr arasında mədəni əlaqələrin genişləndirilməsi məqsədilə teatr, opera və balet, aşıq yaradıcılığı, musiqi (TÜRKEVİZİON) festivallarının, film, ədəbiyyat müsabiqələrinin təşkili, Türk dünyasının mədəniyyət və incəsənət əsərlərinin beynəlxalq miqyasda təbliği istiqamətində səylərin birləşdirilməsi;
2. Türkdilli xalqların yaşadığı ərazilərdə dəyişdirilmiş toponimikanın bərpası və qorunması istiqamətində məsləhətləşmə və danışıqların aparılması;
3. Dövlətlərarası münasibətlərdə müasir informasiya texnologiyalarının rolunun artırılması, bu məqsədlə zəngin məlumat bazasına malik İnternet saytların yaradılması;
4. Türk xalqlarının qədim tarixinin, zəngin mədəni irsinin tədqiq edilməsi və dünya miqyasında təbliği məqsədilə Türk Dünyası Elm və Mədəniyyət  Akademiyasının yaradılması;
5. Türk dünyasının ortaq mədəni dəyərlərinin beynəlxalq miqyasda təbliğinin təmin olunması məqsədilə vizual slaydların, məlumat blanklarının, mövcud əsərlərə uyğun indekslərin hazırlanması və bütün bunların vahid İnternet səhifəsində yerləşdirilməsi;
6. Türk dünyası mədəniyyət dəyərlərinin yayılması və təbliğatı məqsədilə ümumi radio və televiziya proqramlarının həyata keçirilməsi;
7. Türk dünyasının zəngin mədəni irsini özündə əks etdirən mədəniyyət abidələrinin, incəsənət əsərlərinin, folklor nümunələrinin və s. siyahısının tərtib edilməsi;
8. Mədəniyyət sahəsində fəaliyyət göstərən həmkarlar ittifaqlarının birgə fəaliyyətinin təmin edilməsi məqsədilə «Türk Dünyası Yazarlar Birliyi», «Türk Dövlət və Cəmiyyətlərinin Yayınçılar Birliyi» kimi birliklərin yaradılması;
9. Türk dillərində ortaq əlifba, müqayisəli sözlük, müqayisəli qrammatika, müqayisəli orfoqrafiya  üzrə birgə tədqiqatların aparılması;
10. Türk Dünyası Mədəniyyət Arxivinin yaradılması;
11. «Türk Dünyası Müəllif Hüquqları Fondu»nun yaradılması; 
12. Türk dünyasının görkəmli tarixi şəxsiyyətləri və mühüm tarixi hadisələri barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması məqsədilə ortaq ensiklopediyanın yaradılması; 
13. Birgə tədqiqatların səmərəsini yüksəltmək məqsədilə Türk dünyasının Arxeologiya və İncəsənət Tarixi Araşdırmalar Mərkəzinin qurulması;
14. Türk mədəniyyətinin inkişaf etdirilməsi və təbliği məqsədilə Türk Dünyası Muzeyinin yaradılması, Türk Dünyası Ensiklopediyası və Mədəniyyət bülleteninin nəşr edilməsi, Türk Dünyası Kitab Sərgisinin təşkili, Türk Dünyasının Memarı mükafatının təsis edilməsi, Türk Dünyası Mədəniyyəti İnformasiya mərkəzinin qurulması;
15. Türk dünyasında ənənə halını almış bayram və festivallardan Türkdilli xalqların mədəniyyətinin təbliği və turizm imkanlarının nümayiş etdirilməsi üçün istifadə edilməsi, Novruz bayramının ortaq mədəniyyət nümunəsi olaraq dövlətlər səviyyəsində birgə qeyd edilməsi və dünya miqyasında təbliği, bu məqsədlə olan fəaliyyətlərin türk dövlətləri Turizm və Mədəniyyət Nazirlikləri tərəfindən təşkil edilməsi;
16. Qurultay qərarlarının həyata keçirilməsinə qeyri-hökumət təşkilatlarının da cəlb edilməsi; bu məqsədlə olan fəaliyyətləri Türk cumhuriyyətlərindəki qeyri-hökumət təşkilatları tərəfindən keçirilməsi;
17. Türkdilli ölkələrdə türk xalqlarının mədəniyyət tarixinin öyrənilməsi üzrə mükafatların təsis edilməsi;
18. Müxtəlif həmkarlar qrupları arasında ünsiyyət imkanlarının genişləndirilməsi məqsədilə elektron poçt qruplarının və söhbət portallarının yaradılması;
19. Türk dünyasındakı mövcud tarixi əsərlərin bərpası üçün ortaq standartların müəyyənləşdirilməsi;
20. Türk xalqlarının qədim tarixinin, zəngin mədəni irsinin təbliği üçün birgə mədəni-kütləvi tədbirlərin - konsert proqramlarının, musiqi festivallarının, mədəniyyət günlərinin, rəsm sərgilərinin, kino günlərinin təşkili;
21. Türk dünyası ziyalılarının mədəniyyət xadimləri arasında əlaqələrin genişləndirilməsi;
22. Dünyanın nüfuzlu muzeylərində Türk xalqlarının tarixi və mədəniyyəti haqqında məlumatları özündə əks etdirən guşələrin təşkil edilməsi;
23. Beynəlxalq mədəniyyət festivallarında Türk xalqlarının təmsil olunması üçün qarşılıqlı yardımlar göstərilməsi;
24. Türk dünyasının görkəmli rəssamlarının birgə sərgilərinin təşkili;
25. Türk xalqlarının ortaq milli-mənəvi və mədəni dəyərləri mövzusuna həsr olunmuş birgə elmi-praktik konfransların və mədəni-kütləvi tədbirlərin təşkili;
26. «Türk Xalqlarının Mədəniyyət Festivalı» layihəsinin hazırlanması və hər il Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayları çərçivəsində həyata keçirilməsi;
27. Türk xalqlarının tarixi, mədəniyyəti və müasir həyatı barədə dünya ictimaiyyətini daha dolğun məlumatlandırmaq məqsədilə  mərkəzi Avropada olmaq şərtilə tərkibində muzey, rəsm qalereyası və kitabxananı birləşdirən Türk Xalqlarının Mədəniyyət və Tarix Fondunun yaradılması;
28. Türk dünyasında istifadə ediləcək ümumi əlifbanın ilk növbədə kompyuterlərdə, kompyuter texnologiyasında,mobil telefonlarda və s. rabitə texnologiyasında standartlaşdırılmasının həyata keçirilməsi; bunun üçün Latin-5 işarəsi çərçivəsinə Türk Dünyası ümumi əlifbası hərflərinin yerləşdirilməsi üçün Türk Dövlət və Cəmiyyətlərinin ümumi səy göstərməsi;
29. Türk dünyasında hərf şifrələnməsinə ümumi bir ad verilməsi üçün fəaliyyətlər başlanmalıdır. Bu sahədə Türk Dil Qurumu tərəfindən bütün türk dünyasında bu mövzu ilə maraqlananların iştirak edəcəyi bir iclas keçirilməsi;
30. Türk dünyası ümumi uşaq ədəbiyyatının kitab, serial, cizgi filmləri, kompyuter oyunları şəklinə gətirilməsi üçün fəalliyətlərin başlanılması;
31. Türkiyədə başlanılan işarət dili fəaliyyətlərin Türk dünyasını əhatə edəcək şəkildə genişləndirilməsinə,Türk dünyasında işarə dili yaradılması üçün fəalliyyətlərin başlanılmasına;
32. Qaşqarlı Mahmudun 1000 illiyi münasibəti ilə əlaqədar 2008-ci ildə müxtəlif toplantıların keçirilməsi;
33. Türk şəhərsalma və memarlıq ənənələrinin araşdırılması,təbliğatı və həyata keçirilməsi sahəsində Türk dünyası şəhərsalma və memarlıq mövzusunda toplantıların keçirilməsinə  komissiya rəy birliyi ilə qərar vermişdir.

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved