• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


AVROPA AZƏRBAYCANLILARI KONQRESİ II QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ


Zati –aliləri möhtərəm cənab Prezident!
Avropa Azərbaycanlıları Konqresinin II Qurultayının Bakı şəhərində keçirilməsinə verdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
Qloballaşan dünyada xalqımızın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi ədalətin bərqərar edilməsi istiqamətində görülən ardıcıl işlər və yürüdülən məntiqli siyasət nəticəsində Azərbaycan günü-gündən güclənməkdədir. Bu baxımdan Sizin rəhbərliyiniz altında qazanılmış nailiyyətlər Vətənimizin işıqlı gələcəyinə, dövlətimizin daha da qüdrətlənməsinə ümidlərimizi artırır.
Azərbaycan özünəməxsus tarixi, milli-mənəvi dəyərləri, mədəniyyəti, maddi və mədəni sərvətləri ilə birlikdə dünya birliyinin tərkib hissəsidir. Müasir dəyərlərin və ənənələrin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlər onun Avropaya inteqrasiya siyasətinə sadiq qaldığını təsdiqləyir. Bu gün Azərbaycan dünya miqyaslı nəhəng iqtisadi layihələr həyata keçirir, Cənubi Qafqaz regionunun şəriksiz liderinə çevrilir.
Avropada yaşayan soydaşlarımız Azərbaycanda son illərdə qazanılmış böyük iqtisadi nailiyyətləri fəxrlə izləməkdədirlər. Respublikanın sürətli iqtisadi inkişafı, əhalinin sosial durumunun yaxşılaşdırılması və işsizliyin aradan qaldırılması istiqamətində atılmış məqsədyönlü addımlar hər bir azərbaycanlıya qurur və fərəh hissi doğurur.
Biz eyni zamanda siyasi münasibətlər sisteminin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində əldə olunmuş uğurları da yüksək qiymətləndiririk. Əminik ki, bütün bu müvəffəqiyyətlər Azərbaycanın öz müstəqilliyini möhkəmləndirməsinə, dünya birliyinin bərabərhüquqlu üzvü kimi beynəlxalq nüfuzunun artmasına əlavə təkan verəcəkdir. Doğma Vətənimizin uğurları xaricdə yaşayan azərbaycanlıları xalqımızın milli maraqlarının müdafiəsi istiqamətində daha əzmkar və qətiyyətli fəaliyyət göstərməyə sövq edir.
Zati-aliləri!
Dünyada mürəkkəb ictimai-siyasi proseslər xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və təbliği sahəsində diasporun qarşısında yeni vəzifələr qoyur. Düşünürük ki, qloballaşmanın geniş vüsət aldığı indiki zamanda Azərbaycan xalqının və dövlətinin maraqlarının təmin olunmasında diasporun rolu daha böyük əhəmiyyət kəsb edir. 
Azərbaycan dövlətinin diaspor quruculuğu işinə göstərdiyi diqqət xarici ölkələrdə yaşayan hər bir azərbaycanlını doğma Vətənin milli maraqları naminə daha fəal olmağa sövq edir. 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı, iyun ayının 7-də Türkiyənin Antalya şəhərində təşkil olunmuş Azərbaycan və Türk diaspor təşkilatlarının birgə  konfransı, Dünya Azərbaycanlı Ziyalılarının Forumu və 2007-ci ilin mart ayının 9-da  Bakı şəhərində  keçirilmiş  Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I  Forumu bu sahəyə verdiyiniz önəmin parlaq ifadəsidir.
Biz - Avropa Azərbaycanlıları Konqresinin II Qurultayının iştirakçıları Azərbaycan diasporunun inkişafına göstərdiyiniz diqqətə və qayğıya görə Sizə dərin təşəkkürlərimizi bildiririk. Əminik ki, həyata keçirdiyiniz tədbirlər respublikanın sosial-iqtisadi inkişafı, beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpası, ölkədə demokratik ənənələrin bərqərar edilməsinə şərait yaradacaq, Azərbaycanı müasir və inkişaf etmiş dövlətlər sırasına çıxaracaqdır. Avropada yaşayan azərbaycanlılar bu müqəddəs işdə daim Sizi dəstəkləyəcəklər. 
Möhtərəm cənab Prezident!
Qurultay iştirakçıları əmin edirlər ki, Sizin Dünya Azərbaycanlılarının II Qurultayındakı  və Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I  Forumundakı nitqinizdən irəli gələn tövsiyələrə uyğun olaraq Avropa Azərbaycanlıları Konqresi bundan sonra da doğma Vətənin mənafeləri naminə bütün imkanlarını səfərbər edəcək, soydaşlarımızın təşkilatlanması istiqamətində səylərini artıracaq, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışacaqdır.
Qurultay iştirakçıları Azərbaycan dövlətinin çiçəklənməsi, işğal edilmiş torpaqlarımızın azad edilməsi, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi, demokratik prinsiplərin təşəkkülü sahəsindəki səylərinizi alqışlayır və bu çətin, lakin şərəfli vəzifələrin yerinə yetirlməsində böyük uğurlar arzulayırlar.

Müraciət
Avropa Azərbaycanlıları Konqresinin
II Qurultayında qəbul edilmişdir.
Bakı şəhəri, 10 mart 2007-ci il

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved