• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


AVROPA AZƏRBAYCANLILARI KONQRESİ QURULTAYI NÜMAYƏNDƏLƏRİNİN ERMƏNİSTAN-AZƏRBAYCAN, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ İLƏ ƏLAQƏDAR DÜNYA İCTİMAİYYƏTİNƏ, BEYNƏLXALQ TƏŞKİLATLARA, XARİCİ ÖLKƏLƏRİN PARLAMENTLƏRİNƏ, DÖVLƏT VƏ HÖKUMƏT BAŞÇILARINA MÜRACİƏTİ


Hörmətli xanımlar və cənablar!
Biz Avropa Azərbaycanlıları Konqresinin II Qurultayının nümayəndələri sizə müraciət edərək bəyan edirik ki, artıq 20 ilə yaxındır ki, Ermənistanın Azərbaycan ərazisinə davam edən hərbi müdaxiləsi nəticəsində Cənubi Qafqazda sülh və sabitlik üçün ciddi təhlükə yaranmışdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz torpaqlarını işğal edərək minlərlə günahsız adamı qətlə yetirmiş, 1 milyona yaxın insanı isə dədə-baba torpaqlarından didərgin salmışlar.
Humanizm əsri olan XXI yuzillikdə – münaqişilərin sülh yolu ilə həll edildiyi dövrdə Ermənistan beynəlxalq hüquq normalarına məhəl qoymayaraq hərbi qüvvələrini işğal etdiyi Azərbaycan torpaqlarından çıxarmaqdan imtina edir. Bu gün Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş ərazilər nəzarətsiz zonaya və transmilli cinayətkar qruplar üçün əlverişli dayaq nöqnəsinə çevrilmişdir.
Qara dəniz, Xəzər dənizi və İran körfəzi arasında «Böyük Ermənistan» yaratmaq xülyasına düşən erməni millətçiləri «dənizdən dənizə» üydurma dövlət planını reallaşdırmaq iddiası ilə Azərbaycan torpaqlarını işğal etməklə yanaşı, Gürcüstan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməkdədir. Regionda sülh və sabitlik üçün ciddi təhlükə mənbəyi olaraq qalan Ermənistan Azərbaycan Respublikasının ərazisinə hərbi müdaxilə edərək, torpaqlarımızın 20 faizinə qədərini işğal emişdir. Öz məkrli niyyətlərinə nail olmaq üçün terror ənənələrinə sadiq qalan ermənilərin 1992-ci ilin fevralında Xocalı şəhərində həyata keçirdiyi qətliamlar nəticəsində 613 nəfər azərbaycanlı işgəncələrlə qətlə yetirilmiş, yüzlərlə insan yaralanmış və girov götürülmüşdür.
Ümumiyyətlə, Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı 20 minədək azərbaycanlı həlak olmuş, 50 mindən çox insan yaralanmış və ya əlil olmuşdur. 890 yaşayış  məntəqəsi, 150 min ev, 7 min inzibati bina, 693 məktəb, 855 uşaq bağçası, 695 sağlamlıq mərkəzi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 9 tarixi yer, 464 tarixi abidə və muzey, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü, 2300 km su kəməri, 2000 km qaz kəməri, 15 min km elektrik xətti, 280 min hektar meşə, 1 milyon hektar əkin sahəsi, 1200 km irriqasiya sistemi tamamilə dağıdılmışdır.
Beynəlxalq ictimaiyyətin bütün tələblərinə baxmayaraq Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlamaqda davam edir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbut etdiyi  822, 853, 874 və 884 saylı qətnamələr hələ də yerinə yetirilməmiş qalmaqdadır.  Ermənistan digər beynəlxalq təşkilatların işğalçı qoşunların Azərbaycan ərazilərindən çıxarılması barədə çağırışlarına da məhəl qoymamaqda davam edir. Bütün bunlar isə regionda sülh və sabitlik üçün ciddi təhlükədir.
Erməni millətçiləri tərəfindən dəfələrlə terror və soyqırımlara məruz qalmış Azərbaycan xalqı növbəti dəfə humanizm prinsiplərini gözləyərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlı olduğunu bəyan etməkdədir. Millətlərlə sülh və mehriban qonşuluq şəraitində yaşamaq, digər xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşmaq Azərbaycan xalqına xas olan əsas keyfiyyətlərdəndir.
Azərbaycan hazırda Qafqaz regionunda aparıcı dövlətə çevrildiyindən bölgənin strateji əhəmiyyətini daha yaxşı anlayaraq sülhün və əmin-amanlığın təmin olunmasına çalışır. Bu gün Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi və həm də digər beynəlxalq təşkilatlar Qafqaz regionunda sülhün və inkişafın qarantı rolunda demokratik Azərbaycanın çıxış etdiyini etiraf etməkdədirlər.
Hörmətli xanımlar və cənablar!
Biz beynəlxalq ictimaiyyəti Azərbaycanın haqq səsini duymağa, işğalçı Ermənistanın və erməni millətçiliyinin əsl mahiyyətini anlamağa çağırırıq. Azərbaycan xalqı Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tələblərinə uyğun nizama salınması üçün dünya ictimaiyyətinin ədalətli mövqe tutacağına ümid edir.

Müraciət Avropa Azərbaycanlıları Konqresinin
II Qurultayında qəbul edilmişdir
Bakı şəhəri,  10 mart  2007-ci il

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved