• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


AVROPA AZƏRBAYCANLILARI KONQRESiNiN III QURULTAYININ YEKUNLARINA DAİR MƏLUMAT


Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinin 9.2. maddəsinə əsasən təşkilatın Ali orqanı olan qurultayların iki ildən bir keçirilməsi nəzərdə tutulmuşdur. Qurultayla əlaqədar Dövlət Komitəsinin nəzdində yaradılmış Təşkilat Komitəsi Avropa Azərbaycanlıları Konqresinin III Qurultayının 2009-cu ılın aprel ayının 14-də Almaniya Federativ Respublikasının Frankfurt şəhərində keçirilməsini qərara almışdır.
2009-cu ılın aprel ayının 14-də Almaniyanın Frankfurt şəhərindəki Marrıiott otelində Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı öz işinə başlamışdır. Qurultaya Avropanın 25 ölkəsindən 79 nümayəndə və qonaq qatılmışdır. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazım İbrahimov, Azərbaycanın Almanıyadakı Fövqəladə və Səlahiyyətli  səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının deputatı Haqqı Kəskin, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, DAK həmsədri Sabir Rüstəmxanlı, AAK-ın üzvü olan diaspor təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak etmişlər.
Qurultay «Biz 50 millyonluq xalqıq» filminin nümayişi ilə başlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov qurultay iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırmışdır. Azərbaycan dövlətının diaspor siyasətindən ərtaflı danışan Dövlət Komitəsinin sədri AAK-ın fəaliyyətini yüksək qiymətləndirmişdir. Komitə sədri bu qurultayın çox önəmli dövrə təsadüf etdiyini də vurğulamışdır.
AAK prezidenti Natiq Ağamirov qurultay iştirakçıları qarşısında hesabat məruzəsi ilə çıxış etmişdir. Natıq Ağamirov qeyd etmişdir ki, Avropa Azərbaycanlıları Konqresi təsis edilərkən Avropada yaşayan soydaşlarımız arasında əlaqələrin yaradılması və inkişaf etdirilməsi, onların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycanla bağlı həqiqətlərin Avropa ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlərin görülməsi qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Ötən dövr ərzində AAK öz imkanları daxilində Avropada güclü Azərbaycan diasporunun formalaşdırılmasına səy göstərmiş, soydaşdarımızın təşkilatlanması istiqamətində tədbirlər görməyə çalışmışdır. AAK Avropadakı Azərbaycan icmalarının fəaliyyətinin koordinasiya edilməsi, onların ictimai-siyasi proseslərə təsir imkanlarının artırılması, azərbaycanlıların hüquq və azadlıqlarının qorunması istiqamətində bir sıra işlər görmüşdür. AAK doğma Vətənin milli maraqlarının müdafiəsi, onun zəngin mədəni irsinin təbliği sahəsində səylərini əsirgəməmiş, Azərbaycanda gedən sosial-iqtisadi inkişaf prosesləri, onun qarşılaşdığı problemlər barədə Avropa ictimaiyyətini məlumatlandırmağa çalışmışdır.
Natiq Ağamirov Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin yaradılması təcrübəsinin səmərəliliyini nəzərə alaraq, digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzlərinin yaradılması və mərkəzə əlaqələndirici şəxsin təyin edilməsi təklifini irəli sürmüşdür.
N.Ağamirov eyni zamanda indiki mərhələdə diaspor işinin könüllülüklə yanaşı, peşəkarlıq tələb etdiyini nəzərə alaraq, diaspor quruculuğu işinin incəliklərini tədris edən təhsil mərkəzinin yaradılması təklifi ilə də çıxış etmişdir. 
Azərbaycan Respublikasının Almaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Pərviz Şahbazov çıxış edərək, son vaxtlarda Almaniyada Azərbaycan diaspor təşkilatlarının xüsusi fəallığının müşahidə olunduğunu diqqətə çatdırmışdır. Səfirin sözlərinə görə, Azərbaycanın həm regionda, həm də beynəlxalq aləmdə rolu və nüfuzu getdikcə yüksəlir. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xarici ölkələrdə yaşayan azərbaycanlılara xüsusi diqqət yetirir. Həm ölkəmizin nüfuzunun, əhəmiyyətinin  artması, həm də dövlət başçısının qayğısı Azərbaycan diasporunun qarşısında duran vəzifələri də getdikcə artırır.
MM-in üzvü, DAK-ın həmsədri Sabir Rüstəmxanlı qeyd etmişdir ki, Ermənistanla sərhədləri açmaqla türk dünyasının birliyini pozmaq yolverilməzdir, müxtəlif adlar altında Azərbaycan-Türkıyə dostluğuna zərbə endirməkdir. Millət vəkilinin sözlərinə görə, Türkiyə-Azərbaycan birliyini nəzərə almayan heç bir iqtidar uzun müddət yaşaya bilməz və Türkiyə rəhbərliyi də bu gerçəyi anlayaraq sərhədlərin açılması məsələsini müzakirəsini dayandırmalıdır. S.Rüstəmxanlı lobbi quruculuğunun gucləndirilməsi zərurətindən danışaraq, dünyanın bir çox ölkəsində olduğu kimi bizdə də “Azərbaycanın dostları” proqramının hazırlanmasının vacib olduğunu vurğulamışdır. 
Almaniya Bundestaqının türk deputatı Haqqı Kəskin də sərhədlərin açılması məsələsinə dair mövqeyini açıqlamışdır. O, qeyd etmişdir ki, bu məsələ ciddi narahatlıq doğurduğundan, AKP, CHP, MHP millət vəkilləri ilə görüşmüş, sərhədlərin açılmasının iki qardaş ölkə arasında münasibətlərə kölgə salacağını diqqətə çatdırmışdır. H.Kəskin Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu və bir milyon soydaşımızın öz yurd-yuvasından didərgin düşdüyü bir şəraitdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu bildirmişdir. Bundestaq üzvünün sözlərınə görə, dünyadakı ermənı lobbisi, işğal edilmiş torpaqların qaytarılmasını gündəmdən kənarda tutmağa, soyqırım iddialarını beynəlxalq aləmin diqqətində saxlamağa çalışır, bu məsələni  parlamentlər səviyyəsinə qaldırıb konkret qərarlara nail olmaq istəyir. Buna görə də, artıq yeni strategiyalar həyata keçirməyə ehtiyac duyulur.
AAK-ın I vitse-prezidenti Başar Kömür Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatların Avropada yaşayan azərbaycanlıları dərindən narahat etdiyini vurğulamışdır. O, qeyd etmişdir ki, sərhədlərin açılması Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini ləngidə bilər. 
B.Kömür b\ildirmişdir ki, Ermənistanın neçə illərdir Azərbaycana qarşı ışğalçı sıyasət yürütməsinin dünyada tanıdılması və bu faktın bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi müxtəlif sənədlərdə öz əksini tapmasında Azərbaycan və türk diasporunun böyük əməyi var. “Bir millət-iki dövlət”, “Bır millətin iki diasporu ola bilməz” kimi prinsiplərə söykənərək birgə fəaliyyət göstərən Azərbaycan və türk diasporları bütün səylərini birləşdirərək xalqımızın haqq səsinin dünyaya yayılmasına müvəffəq olmuşlar. “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakıda Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərının I Forumunun və Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının keçirilməsi dövlət başçımızın türk dünyasının birliyinə və güclənməsinə verdiyi dəyərin və böyük önəmin göstəricisidir.
 Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsinə ilk reaksiya verən diaspor təşkilatı olan Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar B.Kömürün fikirlərini təsdiqləyərək, Türkiyə ictimaiyyətinin də sərhədlərin açılmasına razı olmadığını bildirmişdir. O, Türkiyədə yaşayan azərbaycanlıların mətbuatda sərhədlərin açılması ilə bağlı yayılmış məlumatlardan narahat olduğunu və bununla əlaqədar TADF-in Türkiyə Prezidentinə və Baş nazirinə müraciət ünvanladığını söyləmişdir. 
  Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Türkiyənin Ermənistanla sərhədlərini açması barədə mətbuatda gedən məlumatların Azərbaycanda da böyük narahatlıq doğurduğunu vurğulamışdır. Dövlət Komitəsinin sədri diaspor nümayəndələrinin də bu məsələdən narahatlığının başadüşülən olduğunu bildirmişdir. Nazim İbrahimov bildirmişdir ki, Azərbaycan cəmiyyəti bu məsələdə Prezident İlham Əliyevin mövqeyini tam dəstəkləyir, çünki bu mövqe dövlətçiliyimizin möhkəmləndirilməsi məqsədi daşıyır.
Çıxış edən digər natiqlər də Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məlumatları narahatlıqla izlədiklərini vurğulamışlar. Çıxışlarda AAK-ın ötən dövrdəki fəaliyyəti qənaətbəxş qiymətləndirilmiş, Avropadakı soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması, mədəni irsimizin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində bundan sonrakı dövrdə qarşıda duran vəzifələr barədə rəy və təkliflərini söyləmişlər.
Çıxışlar zamanı həmçinin Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı mətbuatda yayılmış məlumatlarla əlaqədar Azərbaycan Türk diaspor təşkilatları Koordinasiya Şurasının toplantısının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü. Toplanitı iştirakçıları qeyd etdilər ki, bu toplantı zamanı  sərhədlərin açılması məsələsinə Azərbaycan və türk diaspor təşkilatlarının münasibəti ifadə olunmalıdır.
Daha sonra çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin fəxri prezidenti Sahil Qasımov bu yaxınlarda II qurultayını keçirmiş qurumun fəaliyyəti, gördüyü işlər barədə danışmışdır. Sahil Qasımov BAK-da birləşən diaspor təşkilatlarının son vaxtlarda GUAM ölkələrinin diaspor qurumları ilə əlaqələri genişləndirdiyini bildirmişdir.   Çıxışlar bitdikdən sonra qurultayın qətnaməsi qəbul olunmuşdur. Qətnaməyə əsasən Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsinin müvafıq maddəsinə uyğun olaraq, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi (Gürcüstan,  Marneuli şəhəri), Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi (Almaniya, Berlin şəhəri), “Vahid Azərbaycan” Cəmiyyəti (Almaniya, Köln şəhəri), Frankfurt Azərbaycan Cəmiyyəti (Almaniya, Frankfurt şəhəri), Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti (Bolqarıstan, Burqas şəhəri), «Vətən» cəmiyyəti (Danimarka, Kopenhagen şəhəri), «Ocaq» Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi (Latviya, Riqa şəhəri), Norveç «Azərbaycan» Gənclik Assosiasiyası (Norveç, Oslo şəhəri), Polşa Azərbaycanlıları Assosiasiyası (Polşa, Varşava şəhəri), «Dostluq» Ukrayna-Azərbaycan cəmiyyəti (Ukrayna, Xarkov şəhəri) və İsveçrə  Azərbaycanlıların Mədəniyyət Mərkəzi (İsveçrə, Surix şəhəri) quruma üzv qəbul edilmişdir.
Qərara alınmışdır ki, AAK-a üzv təşkilatların Qurultayda irəli sürülmüş rəy və təklifləri nəzərə alınmaqla «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində Fəaliyyət Proqramı» əsasında Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramı tərtib edilsin. Qurultayın qətnaməsində nəzərdə tutulur ki, 2007-ci il iyul ayının 6-dan Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin yaradılması təcrübəsi təqdir edilsin. Bu təcrübənin səmərəliliyini nəzərə alaraq, digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici şəxs təyin edilsin.
Qurultayda AAK-ın gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan  təşkilatların ətrafındakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsı yaradılması təklif olunmuşdur. Qurultay bu işin təşkilini və qısa müddətdə gənclərin forumunun keçirilməsini Norveç-Azərbaycan Gənclər Təşkilatının sədri Ramin Əliyevə  həvalə etmişdir.
Qətnaməyə uyüun olaraq AAK-ın strukturunda da dəyişiklik edilmışdır. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə edilən dəyişikliklərə görə, iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilmışdır. TADEF sədrı Bilal Dündar və BAK-ın fəxrı prezidenti Sahil Qasımov I vitse-prezidentlər, Belarus Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov, Estoniya Parlamentinin üzvü Eldar Əfəndiyev, Ukrayna Azərbaycanlıları Konqresinın sədri Akif Gülməmmədov, Strasburq Azərbaycan Evinin rəhbəri Mustafa Alınca, Almaniyadakı Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patzer-İsmayılova isə vitse-prezident seçilmişlər. Sonra İcraiyyə Komitəsinin 27 nəfərdən ibarət yeni tərkibi seçilmişdir.
Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının İdarə Heyəti sədrinin müavini, Mayns-Azərbaycan Cəmiyyətinin sədri, əvvəlki tərkibdə AAK-ın I vitse-prezidenti olan Başar Kömür qurultayda AAK-ın prezidenti seçilmişdir.
  Qurultayın qətnaməsində Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayının 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçirilməsi qərara alınmışdır.  (Qurultayın Qətnaməsinin tam mətni əlavə olunur)
Sonda Avropa Azərbaycanlıları Konqresinin III qurultayının iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə əlaqədar mətbuatda yayılmış məlumatlardan narahatlıq ifadə edən bəyanat qəbul olunmuşdur. (Əlavə olunur)
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved