• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN III QURULTAYININ QƏTNAMƏSİ


Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı AAK prezidentinin hesabat məruzəsini və nümayəndələrin çıxışlarını nəzərə alaraq, ötən müddət ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər sahələrdə görülmüş işləri qənaətbəxş hesab edir.
Qurultay Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının son illər ərzində qazandığı iqtisadi nailiyyətləri alqışlayır, respublikada demokratik ənənələrin təşəkkülü sahəsində atılmış addımları təqdir edir və Azərbaycanın Avropaya inteqrasiya siyasətini dəstəklədyini bəyan edir.
Qurultay Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin dünya azərbaycanlıları arasında milli həmrəyliyin möhkəmləndirilməsi, türkdilli xalqların birliyinin təşəkkülü istiqamətində davamlı səylərini yüksək qiymətləndirir. Qurultay əmindir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin uğurla davam etdirilməsi güclü Azərbaycan diasporunun formalaşmasına, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha böyük nailiyyətlərin əldə edilməsinə zəmin yaradan başlıca amildir.
Qurultay AAK rəhbərliyinin «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində» Fəaliyyət Proqramının qəbul edilməsi təşəbbüsünü yüksək qiymətləndirir. Qurultay hesab edir ki, 2007-ci ildə hazırlanmış və 2008-ci ildə İcraiyyə Komitəsinin iclasında təsdiq edilmiş «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində» Fəaliyyət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi sahəsində görülmüş işlər təşkilatın qarşısına qoyduğu məqsədlərin həyata keçirilməsi istiqamətində mühüm əhəmiyyətə malikdir.
Qurultay Avropada yaşayan azərbaycanlılar arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi sahəsində AAK-ın və ona üzv təşkilatların fəaliyyətini müsbət qiymətləndirir. Diaspor quruculuğu işinə azərbaycanlıların daha geniş kütləsinin cəlb olunması, habelə ziyalıların bu prosesdə fəal iştirakının təmin edilməsinə yönəlmiş səylər təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılması üçün yeni imkanlar açır.
Azərbaycan həqiqətlərinin təbliği istiqamətində həyata keçirilmiş tədbirlər, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, tarixin müxtəlif mərhələlərində xalqımızın məruz qaldığı terror və soyqırım faktlarına Avropa ölkələri ictimaiyyətinin diqqətinin cəlb olunması yönündə atılmış addımlar Azərbaycan diasporunun daha çevik və müasir təbliğat texnologiyalarından istifadə etmək əzmini ifadə edir. Bu baxımdan, Avropanın müxtəlif şəhərlərində təşkil olunmuş etiraz aksiyaları, elmi-praktiki konfranslar, foto və rəsm sərgiləri, kütləvi informasiya vasitələri tərəfindən  Azərbaycanla bağlı məlumatların yayılması təcrübəsinin genişlənməsi təqdirəlayiqdir. 
Qurultay ayrı-ayrı ölkələrin parlament üzvləri, ictimai xadimləri, elm adamları, dövlət və hökumət nümayəndələri ilə əlaqələrin yaradılması istiqamətində atılmış addımları təqdir edir və bu təcrübənin gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirir.
AAK ötən dövr ərzində Avropada yaşayan azərbaycanlıların insan hüquq və azadlıqlarının qorunması sahəsində də müəyyən nailiyyətlər əldə etmişdir. Qurultay hesab edir ki, bu sahədə fəaliyyəti daha da təkmilləşdirməyə ehtiyac var.
Qurultay AAK-ın digər xalqların, xüsusilə də türkdilli millətlərin diaspor qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi səylərini alqışlayır və bunu Azərbaycan diasporunun güclənməsi, Azərbaycanın milli maraqlarının daha geniş miqyasda müdafiə olunması baxımından mühüm amil kimi qiymətləndirir.
Milli-mənəvi dəyərlərimizin qorunub saxlanıması, mədəni irsimizin təbliği AAK-ın əsas fəaliyyət istiqamətlərindən biridur. Ötən dövr ərzində bu məqsədlə dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlər, incəsənət ustalarının konsert proqramları. Azərbaycanlı rəssamların sərgiləri, beynəlxalq mədəniyyət festivallarında xalqımızın layiqincə təmsil olunması istiqamətində atılmış addımlar qurultay tərəfindən qənaətbəxş hesab edilir.
Bunula yanaşı, Qurultay hesab edir ki, AAK-ın fəaliyyətinin operativliyinin təmin edilməsi, çevik və müasir iş metodlarının tətbiqi istiqamətində bəzi tədbirlərin görülməsinə ehtiyac duyulur.
Avropa Azərbaycanlıları Konqresinin III Qurultayı yuxarıda qeyd olunanları, habelə nümayəndələrin rəy və təkliflərini əsas götürərək
QƏRARA  ALIR:
1. Avropa Azərbaycanlıları Konqresinin II  Qurultayından keçən dövr ərzində Avropada yaşayan soydaşlarımızın təşkilatlanması, onların ictimai-siyasi fəallığının artırılması və yaşadıqları cəmiyyətə inteqrasiyası, diaspor təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı istiqamətindəki fəaliyyəti qənaətbəxş hesab edilsin.
2. AAK Nizamnaməsinin 4/////. maddəsinə  uyğun olaraq aşağıda adları qeyd olunan təşkilatların üzvlüklə bağlı müraciəti qəbul edilsin:
 Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi
             (Gürcüstan,  Marneuli şəhəri)
  Almaniyadakı Azərbaycanlıların Koordinasiya  Mərkəzi (Almaniya, 
              Berlin şəhəri)
 “Vahid Azərbaycan” Cəmiyyətinin (Almaniya, Köln şəhəri);
 Frankfurt Azərbaycan Cəmiyyəti (Almaniya, Frankfurt şəhəri);
 Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti (Bolqarıstan,Burqas şəhəri)
 «Vətən» cəmiyyəti ( Danimarka, Kopenhagen şəhəri)

 «Ocaq» Latviya-Azərbaycan Mədəniyyət Mərkəzi
                    (Latviya, Riqa şəhəri)
 Norveç «Azərbaycan» Gənclik Assosiasiyası (Norveç, Oslo şəhəri)
 Polşa Azərbaycanlıları Assosiasiyası (Polşa, Varşava şəhəri)
 «Dostluq» Ukrayna-Azərbaycan cəmiyyəti (Ukrayna, Xarkov şəhəri)
 İsveçrə  Azərbaycanlıların Mədəniyyət Mərkəzi (İsveçrə, Surix şəhəri)
3. İcrayyə Komitəsi Avropadakı Azərbaycan icmalarının fəallığının artırılmasını təmin etmək və AAK-ın fəaliyyətini gücləndirmək məqsədilə aşağıdakı məsələlərlə bağlı tədbirlər görsün:
3.1. AAK-a üzv təşkilatların Qurultayda irəli sürülmüş rəy və təklifləri nəzərə alınmaqla «Avropa Azərbaycanlıları Konqresinin 2007-2009-cu illər ərzində Fəaliyyət Proqramı» əsasında Konqresin növbəti qurultaya qədər fəaliyyət proqramı  tərtib edilsin.
3.2. Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətinin operativliyini, qəbul ediləcək qərarların icrasını təmin etmək məqsədilə AAK-ın strukturuna aşağıdakı dəyişikliklər edilsin: 
 iki birinci vitse-prezident və beş vitse-prezident vəzifələri təsis edilsin;
 2007-ci il iyul ayının 6-da Almaniya Federativ Respublikasında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirmək məqsədilə Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin yaradılması təcrübəsi təqdir edilsin. Bu təcrübənin səmərəliliyini nəzərə alaraq digər Avropa ölkələrində də AAK-a üzv təşkilatların fəaliyyətini əlaqələndirən koordinasiya mərkəzləri yaradılsın və mərkəzə bir nəfər əlaqələndirici şəxs təyin edilsin.
3.3. Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində tədbirlər görsün.
3.4. Qurultayın Təşkilat Komitəsinə tapşırılsın ki, qurultayda səslənmiş fikir və təklifləri ümumiləşdirərək İcrayyə Komitəsinə, habelə üzv təşkilatlara təqdim etsin;
3.5. Görülmüş işlərə qiymət vermək, habelə qarşıda duran vəzifələri müəyyənləşdirmək məqsədilə ildə bir dəfədən az olmamaq şərtilə AAK-ın İcraiyyə Komitəsi iclaslarının keçirilməsi təcrübəsini davam etdirsin.
3.6. Qurultayda AAK-ın gənclər qolunun gücləndirilməsi, konqresdə təmsil olunan  təşkilatların ətrafındakı gənclərin potensialından, imkanlarından səmərəli istifadə məqsədilə təşkilat komitəsı yaradılması məqsədəuyğun hesab edilsin. AAK-ın gənclər qolunun qurulması və qısa müddətdə gənclərin forumunun keçirilməsi il bağlı təşkilati məsələlərin həlli Norveç-Azərbaycan Gənclər Təşkilatına həvalə olunsun.
4. Avropa Azərbaycanlıları Konqresinin IV Qurultayı 2011-ci ildə Şərqi Avropa ölkələrinin birində keçirilsin.
Qurultay qəbul olunmuş qərarlarının yerinə yetirilməsində bütün AAK üzvlərinin fəal iştirak edəcəyinə, Avropada yaşayan azərbaycanlıların bundan sonra da milli maraqlarımızın müdafiəsi üçün səy və bacarığını əsirgəməyəcəyinə əmin olduğunu bəyan edir.
Qurultay hər bir azərbaycanlını doğma Vətənin mənafeyi naminə birliyə və həmrəyliyə çağırır, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması, xalqımızın zəngin mədəniyyətinin təbliği istiqamətində daha böyük əzmlə fəaliyyət göstərməyə dəvət edir.

 
Qətnamə Avropa Azərbaycanlıları Konqresinin
III Qurultayında qəbul edilmişdir.
Almaniya, Mayns şəhəri,
 14 aprel 2009-cu il

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved