• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN III QURULTAY NÜMAYƏNDƏLƏRİNİN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ MÜRACİƏTİ


Möhtərəm cənab Prezident!
Avropa Azərbaycanlıları Konqresinin III Qurultayının nümayəndələri adından Azərbaycan diasporunun inkişafına verdiyiniz davamlı dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Fəaliyyət göstərdiyi beş il ərzində AAK Avropada yaşayan azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının müdafiəsi, milli-mənəvi dəyərlərimizin qorunması, zəngin mədəni irsimizin təbliği sahəsində öz imkanları daxilində bir sıra tədbirlər həyata keçirməyə müvəffəq olmuşdur. Bununla belə, biz inanırıq ki, AAK-ın mövcud potensialı daha böyük uğurlara imza atmağa imkan verir. AAK bundan sonra da doğma Vətənin milli maraqlarının müdafiəsi naminə bütün imkanlarını səfərbər edəcək və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha böyük naliyyətlər əldə etməyə çalışacaqdır.
Zati-aliləri!
Biz – Avropada yaşayan azərbaycanlılar respublikada Sizi rəhbərliyiniz altında ötən müddətdə ərzində həyata keçirilən quruculuq işlərini, iqtisadi və sosial islahatları qürurla izləyirik. Azərbaycanın qısa vaxt ərzində əldə etdiyi böyük nailiyyətlər onu regionun lider dövlətinə çevirmişdir. Azərbaycan Prezidenti kimi Sizin gərgin əməyinizin nəticəsi olan bu uğurlar xalqımızın və dövlətimizin daha xoşbəxt gələcəyi üçün etibarlı zəmin yaradır.
Biz Azərbaycanda həyata keçirilmiş siyasi islahtaları, insan hüquq və azadlıqlarının qorunması mexanizmlərinin təkmilləşdirilməsi sahəsində görülmüş işləri, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasına mart ayının 18-də keçirilmiş referendum zamanı edilmiş əlavə və dəyişiklikləri Avropa dəyərlərinə inteqrasiya və demokratik ənənələrin təşəkkülü istiqamətində atılmış mühüm addımlar kimi qiymətləndiririk.
Böyük məmnunluq hissi ilə qeyd etmək istərdik ki, Azərbaycan Respublikası bu gün yalnız Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda ölkə hüdudlarından kənarda yaşayan soydaşların da hüquqlarının qorunmasına diqqət və qayğı ilə yanaşır. Sizin və Sizin simanızda Azərbaycan dövlətinin diaspor quruculuğu işinə verdiyi xüsusi önəm hər bir soydaşımızı milli maraqlarımızın müdafiəsi işində daha fəal iştirak etməyə ruhlandırır, azərbaycanlılar arasında milli birliyin və həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır.
Təqdirəlayiq haldır ki, Azərbaycan dövlətinin diaspor siyasəti yalnız xaricdə yaşayan azərbaycanlılarla məhdudlaşmır,  gaha geniş miqyasa çıxaraq Türk dünyasının birliyi ideyalarının həyata keçirilməsinə xidmət edir. Ötən müddət ərzində Sizin təşəbbüsünüzlə keçirilmiş Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı və digər tədbirlər buna parlaq sübutdur.
Cənab Prezident!
AAK-ın III Qurultayının nümayəndələri adından bir daha Sizi əmin edirik ki, verdiyiniz tövsiyələrə uyğun olaraq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycançılıq ideyalarının həyata keçirilməsi, Azərbaycanın maraq və mənafelərinin müdafiəsi, soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik. 


Müraciət Avropa Azərbaycanlıları Konqresinin
III Qurultayında qəbul edilmişdir.
Almaniya, Mayns şəhəri,
 14 aprel 2009-cu il

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved