• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ NAZİM İBRAHİMOVUN ÇIXIŞI


-Möhtərəm cənab Prezident!

Möhtərəm Türkiyə Cümhuriyyətinin Baş naziri!

Hörmətli forum iştirakçıları!

Əziz qonaqlar!

Xanımlar və cənablar!

Təşkilat komitəsi və Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının İdarə heyəti adından sizi - bütün türkdilli xalqların həyatında böyük əhəmiyyətə malik olan Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun iştirakçılarını salamlayır və bu mötəbər tədbirin baş tutması münasibətilə hər birimizi təbrik edirik.

Türk dünyasının birliyi ideyası yüzillərdən bəri mövcud olsa da, yalnız XX əsrdə bu ideyanın reallaşması istiqamətində konkret addımlar atılmışdır. Bu mənada türk dünyasının iki böyük liderinin - Mustafa Kamal Atatürk və Heydər Əliyevin xidmətləri danılmazdır. Bu gün başımız üzərindən asılmış “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamları bu böyük şəxsiyyətlərin türk dünyasının birliyinə nə qədər böyük önəm verdiyinin əyani təsdiqidir.

Bu fikirlər həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Müasir dövrdə Azərbaycan və türk icmalarının üzərinə düşən başlıca vəzifə bu formula əsaslanaraq, xalqlarımızın mənafeləri naminə qarşılıqlı əməkdaşlığımızı daha da genişləndirməkdən ibarətdir.

Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişafı, ölkələrimizin milli maraqlarının müdafiəsi, mənəvi dəyərlərimizin, mədəni irsimizin təbliği baxımından çox mühüm vəzifələrin həyata keçirilməsini qarşıya məqsəd qoymuşdur. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu ali forum türk dünyasının birliyi ideyasının əhəmiyyətini bir daha nümayiş etdirir.

Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevin, Türkiyə Respublikasının Baş naziri zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğanın, qardaş Şimali Kiprin lideri cənab Mehmet Əli Tələtin forumda iştirakı toplantının türkdilli xalqlar üçün böyük önəmə malik olduğunu bir daha təsdiqləyir.

Biz indi tarixi bir mərhələnin astanasındayıq. Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu bu yeni mərhələnin başlanğıcı olacaqdır. Forumda yalnız Azərbaycan və türk icmaları deyil, bütün türkdilli xalqların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi, sosial-mədəni, ictimai-siyasi əlaqələrin dərinləşdirilməsi ilə bağlı bir sıra məsələlər müzakirə ediləcəkdir.

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunda dünyanın 48 ölkəsindən ümumilikdə 513 nəfər iştirak edir. Onlardan 173 nəfəri Azərbaycan, 150-dən çoxu türk diaspor təşkilatlarının rəhbərləridir. Foruma xarici ölkələrdən 170-dək qonaq dəvət olunmuşdur.

Forumda tanınmış alimlər və ziyalılar, iş adamları, siyasi və ictimai xadimlər iştirak edirlər. Xarici ölkələrin parlament nümayəndələri də foruma dəvət olunanlar arasındadırlar. Belə ki, Latviya, Estoniya, Litva, Ukrayna və Lüksemburq ali qanunvericilik orqanlarının üzvlərinin, Estoniya, Bolqarıstan, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrin dövlət və hökumət nümayəndələrinin forumda iştirakı bu toplantıya böyük marağın göstəricisi kimi dəyərləndirilə bilər.

Tədbirdə Azərbaycan Respublikası və Türkiyə Respublikasının dövlət və hökumət orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyətləri də iştirak edir.

Hörmətli forum iştirakçıları!

Xanımlar və cənablar!

Əminik ki, Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu türk dünyasının birliyinə, xalqlarımız arasında əlaqələrin inkişafına yeni məzmun verəcək, diaspor təşkilatlarımızın birgə fəaliyyətinin əsas prinsip və istiqamətlərini müəyyən edəcəkdir.

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun rəsmi hissəsi açıq elan edilir.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved