• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


QAZAXISTANIN YUNESKO YANINDA SƏFİRİ, YAZIÇI OLJAS SÜLEYMENOVUN ÇIXIŞI


-Cənab Prezident!
Cənab Türkiyənin Baş naziri!
Cənab Şimali Kiprin lideri!
Əziz dostlar!
Mən buraya bu gün Fransadan gəlmişəm, amma Sizə Qazaxıstandan, qazax xalqı adından atəşin salamlar gətirmişəm.
Məndən Azərbaycan və türk diasporlarının bu toplantısına YUNESKO beynəlxalq təşkilatından salam yetirməyi xahiş etmişlər.
Dünyada 40-dan artıq türkdilli xalq var. Bu gün biz burada filmə baxdıq, coğrafiyanı gördük. Tarix bizi Monqolustandan Aralıq dənizinədək əraziyə yaymışdır. Epoxaların məkanları xalqlarımızı bir-birindən ayırmışdır. Buna baxmayaraq, biz başlıca amalları eyni cür başa düşürük. Eləcə də ümumi bəlalarımızı eyni ağrı ilə qavrayır və ümumi sevincimizlə fəxr edirik. Ona görə də bütün türkdilli xalqlar sanki böyük türk superetnosunun, böyük türk dünyasının diasporlarıdır.
Bu yaxınlarda mən tezliklə buraxılacaq gözəl bir kitabın əlyazmasını oxudum. Bu, özümə müəllim hesab etdiyim Heydər Əliyevin bioqrafiyasına həsr olunmuş üçcildlik kitabdır. Orada əvvəllər bilmədiyim olduqca çox yeni materiallar var. Bu, Azərbaycanın bir insanın, böyük bir insanın bioqrafiyası prizmasından görünən, bir növ, ən yeni tarixidir. Bir daha düşündüm ki, əgər 80-ci illərin axırlarında Heydər Əliyev hakimiyyət sükanı arxasında olsaydı, Qarabağ faciəsi baş verməzdi, bir milyon azərbaycanlı didərgin düşməzdi. Bu kitabda 70-ci illərin sözləri, Brejnevin söylədiyi sözlər misal gətirilir. Ona tez-tez istinad etmirlər, amma mən indi sitat gətirirəm. O demişdi: “Azərbaycan iri addımlarla irəliləyir”. Bax, bu addımı, bu əzəmətli addımı onda Azərbaycana Heydər Əliyev vermişdi. Azərbaycan onun zəhməti sayəsində irəliləyirdi. Allaha şükür edirəm ki, Azərbaycan yenidən bu inkişaf yolundadır. Bu illəri o, çətinliklə keçmişdir, indi isə görürəm ki, iqtisadiyyat necə sürətlə inkişaf edir, mədəniyyət necə yüksəlir.
Üç il əvvəl mən Brüsseldə Dədə Qorqudun abidəsinin açılışında iştirak edərkən fəxr edirdim. Avropanın lap mərkəzində bu əfsanəvi müdrik insanın abidəsi açıldı. Bu yaxınlarda, Azərbaycan Prezidenti İlham Əliyevin gözəl, parlaq dövlət səfəri günlərində qürur duydum, Azərbaycan bayrağının Parisin baş küçəsində, Zəfər tağında necə dalğalandığını görəndə fəxr etdim.
“Azərbaycan iri addımla irəliləyir” və başa düşürəm ki, Heydər Əliyevin Azərbaycan xalqının zəngin, tox, firavan, yaxşı, arxayın yaşaması arzusu həyata keçirilə bilən arzudur. Amma xalq onun Vətəninin, respublikanın ərazi bütövlüyü bərpa olunduğu halda, sözün həqiqi mənasında, xoşbəxt ola bilər. Heydər Əliyevin bax, bu arzusu indi də qalır və şübhəsiz, nə vaxtsa çin olacaqdır. Yadımdadır, altı il əvvəl bax, burada, bu salonda dünya azərbaycanlılarının birinci qurultayı keçirilirdi. Heydər Əliyev qurultayda nitqini indi sizə demək istədiyim bu sözlərlə bitirdi: “Qoy, çaylarımız qurumasın. Qoy, ağaclarımız kəsilməsin. Qoy, çırağımız sönməsin”. Amin, qoy, belə olsun.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved