• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


LİTVA RESPUBLİKASI HÖKUMƏTİ YANINDA MİLLİ AZLIQLAR VƏ MİQRASİYA DEPARTAMENTİNİN BAŞ DİREKTORU ANTANAS PETRAUSKASIN ÇIXIŞI


-Əziz dostlar!

Zati-aliləri cənab Azərbaycan Respublikasının Prezidenti!

Xanımlar və cənablar!

İcazə verin, Litva Respublikasının Baş naziri Gediminas Kirkilasın təbrik məktubunu oxuyum:

“Hörmətli cənab Prezident,

Xanımlar və cənablar!

Forumunuzun iştirakçılarını və qonaqlarını ürəkdən təbrik edirəm. Azərbaycan xalqına və dövlətinə firavanlıq, sabitlik, təhlükəsizlik və tərəqqi arzulayıram. Əminəm ki, ölkələrimiz arasındakı məsafənin uzaqlığına baxmayaraq, Litvanın və Azərbaycanın əlaqələri gələcəkdə daha çoxşaxəli və dinamik olacaqdır.

Dilləri və dini ənənələri müxtəlif olan ölkələrimizin insanlarını ümumi məqsəd - demokratik cəmiyyətin möhkəmləndirilməsi məqsədi birləşdirir. Milli azlıqların identikliyini qoruyub saxlamaq, etnoslararası münasibətlərin ahəngdarlığına təminat vermək Litva üçün bütün dövrlərdə çox vacib olmuşdur. Bu gün də Litvada türk etnik icmaları - artıq 600 ildən çoxdur öz canı və qəlbi ilə Litva torpağına qaynayıb-qarışan tatarlar və karaimlər inkişaf edirlər. Qeyd etmək fərəhlidir ki, ölkəmizin dirçəlişinin əvvəllərində təşəkkül tapan Litvanın Azərbaycan icması müstəqilliyin bərpası və Avropa dövlətləri ailəsinə qayıtmaq üçün səylər göstərmişlər.

Əminəm ki, bu Forum Litvanın türk icmalarını ümumi fəaliyyət üçün sıx birləşdirəcək, milli dəyərlərin qorunub saxlanılmasına stimul olacaq, Litva mədəniyyətini zənginləşdirəcək, vətəndaş cəmiyyətinin inkişafı proseslərində və bu icmaların tarixi vətənləri ilə Avropa İttifaqı arasında yeni əməkdaşlıq körpülərinin yaradılmasında rolunu artıracaqdır.

Forumunuza uğurlu iş, xaricdə yaşayan azərbaycanlılara və türklərə isə yeni yaradıcılıq planları və başlanmış işlərin yerinə yetirilməsi üçün əzmkarlıq arzulayıram. Qoy, ana dili, türk mədəniyyəti həmişə sizin qüvvət və birliyinizin mənbəyi olsun”.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved