• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


ÖZBƏKİSTAN BEYNƏLMİLƏL MƏDƏNİYYƏT MƏRKƏZİNİN DİREKTORU NASRİDDİN MUHAMMADİYEVİN ÇIXIŞI


-Hörmətli cənab İlham Əliyev!
Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğan!
Şimali Kipr türk xalqının lideri cənab Mehmet Əli Tələt!
Hörmətli qonaqlar!
Əziz azərbaycanlı dostlar!
Mən ölkəm adından bugünkü forum, mötəbər dostluq və qardaşlıq
bayramı münasibətilə hamınızı ürəkdən təbrik edirəm.
Əziz dostlar, Özbəkistan türkəsilli millətin məmləkətidir. Bu gün məmləkətimizdə yaşayan 27 milyon əhalinin 80 faizini özbəklər, 20 faizini isə 130-dan çox digər millətlərin nümayəndələri təşkil edir. Müstəqilliyimizin ilk illərindən başlayaraq, məmləkətimizin rəhbəri İslam Kərimovun başçılığı ilə aparılan milli siyasət özbəklərlə bərabər, milli azadlıqların hüquqlarının, adət-ənənələrinin qorunması üçün etibarlı zəmin olmaqla bərabər onlar üçün gözəl şərait yaradılmışdır.
Ölkəmizdə Beynəlmiləl Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Bu ilin yanvarında həmin təşkilatın 15 illiyini qeyd etdik. Bu mərkəz Özbəkistanda fəaliyyət göstərən 140-dan çox milli mədəniyyət dərnəyini özündə birləşdirir. Həmin qurumların 50-dən çoxu türkdilli xalqlara aiddir.
Bugünkü Forumda Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının üzvləri və Axıska Türkləri Milli Mədəniyyət Mərkəzinin rəhbəri Ömər Salmanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.
Əziz dostlar, Azərbaycan mədəniyyət mərkəzlərinə, eyni zamanda, Azərbaycan-Özbəkistan, Azərbaycan-Türkiyə müştərək mərkəzlərinə hökumət tərəfindən daim diqqət yetirilir. Onların üzvləri hökumətdə təmsil olunur, səmərəli fəaliyyət göstərirlər. Onların fəaliyyəti yüksək qiymətləndirilir. Məsələn Axıska türklərinin lideri Ömər Salman Özbəkistanın “Dostluq ordeni” ilə təltif olunmuş, milli azlıqların daha 7 nümayəndəsi “Özbəkistan qəhrəmanı” mükafatına layiq görülmüşdür.
Bu gün biz azərbaycanlılar və türklər ilə birlikdə Azərbaycanın, Türkiyənin və Özbəkistanın milli müstəqillik bayramlarını birgə qeyd edir, tədbirlər, festivallar, konsertlər keçiririk. Gələcəkdə bu cür tədbirlər davam etdiriləcəkdir.
Dəyərli dostlar, icazənizlə, çıxışımın ardını türk dilində davam etdirmək istəyirəm. Türk xalqlarının böyük şairi Əlişir Nəvai belə demişdir: “Əgər türk boyları yüz, min olsa da, hamısı mənimdir, türk xalqınındır”. Yəni o zaman Nəvainin yazdığını bütün türk xalqları oxuyurdu. Çünki ərəb əlifbası hər yerdə oxunurdu. Odur ki, indi bizim vahid əlifbamızın yaranması mühüm önəm daşıyır. Azərbaycandan sonra Özbəkistanda da latın əlifbasının tətbiqi planlı şəkildə həyata keçirilməkdədir. İndi Özbəkistanda bütün orta məktəblərin hamısı, ali məktəblərin isə üçüncü kursunadək latın əlifbası ilə oxuyurlar. Onlar üçün kitablar, dərgilər, qəzetlər də latın əlifbasında buraxılır və dövlət səviyyəsində 2010-cu ildə latın əlifbasına keçid tamamlanacaqdır. Mən düşünürəm ki, bu, kitablarımızın, dərgilərimizin, qəzetlərimizin oxunmasına imkan yaradacaqdır.
Əziz dostlar, Türkiyənin keçmiş cümhurbaşqanı, rəhmətlik Turqut Özal XXI yüzilliyin türk xalqlarının əsri olacağını demişdir. İndi bu böyük ideyanı həyata keçirmək hamımızın vəzifəsidir. Bu yolda hamınıza yorulmadan çalışmaq, uğurlar və qələbələr arzulayıram.
Bu böyük Forumu təşkil edən Azərbaycan hökumətinə, şəxsən cənab İlham Əliyevə və Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarına və bu işdə əməyi olan bütün insanlara Özbəkistan nümayəndə heyəti adından minnətdarlığımı bildirirəm.
Türk xalqlarının böyük bayramı Novruza az qalıb. Bu imkandan istifadə edərək, hamınızı bu gözəl bayram münasibətilə ürəkdən təbrik edirəm.
Qarşıdan gələn bahar bayramı Azərbaycan üçün, bütün türk dünyası üçün zəfərli və uğurlu olsun. Diqqətinizə görə təşəkkür edirəm.
 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved