• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


LATVİYA RESPUBLİKASININ İCTİMAİYYƏTİN İNTEQRASİYASI ÜZRƏ XÜSUSİ TAPŞIRIQLAR NAZİRİ OSKAR KASTENSİN ÇIXIŞI


-Hörmətli cənab Prezident!
Hörmətli Türkiyənin Baş naziri!
Hörmətli nazirlər!
Xanımlar və cənablar!
Möhtəşəm forumun bütün hörmətli qonaqları!
Bu cür vacib tədbirdə olmaqdan böyük şərəf hissi duyuram. Parlament və hökumət üzvlərindən ibarət Latviya nümayəndə heyətinin burada olması təsadüfi deyildir.
Son illər intensiv ikitərəfli əməkdaşlıq, o cümlədən Riqa ilə Bakı arasında gözəl siyasi və iqtisadi əlaqələr ilə yadda qalmışdır. Ölkələrimiz arasında çoxsaylı səfərlər olmuş, xüsusən də Prezident İlham Əliyevin Riqaya və Latviya Prezidenti xanım Vayra Vike-Freyberqanın Bakıya səfərləri baş tutmuşdur. Həmin səfərlər və həm Riqada, həm də Bakıda səfirliklərimizin açılması, paytaxtlarımız arasında birbaşa uçuşlar Azərbaycan ilə Latviyanın qarşılıqlı etimad və əməkdaşlığına əyani misallardır.
Azərbaycan xalqı Avropa İttifaqının və NATO-nun üzvü olan Latviyanın dəstəyinə hər zaman arxalana bilər. Azad iqtisadiyyat, dözümlülük və demokratik əsaslara söykənən cəmiyyətin qurulması kimi dəyərlər üzərində öz gələcəyini təmin etmək məqsədi ilə Azərbaycanın göstərdiyi səyləri yüksək dəyərləndiririk.
Mən, həmçinin qəti əminəm ki, ölkə hüdudlarından kənardakı diaspor təşkilatları ikitərəfli təmasların təkmilləşdirilməsində vacib rol oynaya bilər. Bizim timsalımızda bunu aydın görmək olar. Qərb ölkələrində yaşayan latışlar Latviyanın Avropa İttifaqına və NATO-ya qəbul olunmasında ölkəmizin maraqlarını müdafiə etmişlər.
Mən Latviyanın Prezidenti xanım Vayra Vike-Freyberqanın söylədiyi sözlərə istinad etmək istəyirəm: “Digər ölkələrdə yaşayan həmvətənlər hər bir millətin sərvətidir”. Latviyada 1700-dən çox azərbaycanlı yaşayır. Bəli, onların sayı böyük deyil, lakin ölkəmizdə olan digər böyük icmalar azərbaycanlılar qədər fəal deyillər.
Bu yaxınlarda Riqa Şəhər Şurası “Vəhdət” adlı yerli Azərbaycan cəmiyyəti tərəfindən irəli sürülmüş Azərbaycan Dostluq parkının tikilməsi planını təsdiq etmişdir. Gələn aylar ərzində Riqada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaqdır. Mən fərəh hissi ilə qeyd edirəm ki, Latviya hökuməti bütün etnik azlıqların təşəbbüslərini maliyyələşdirir.
Bir neçə il bundan əvvəl, mən parlamentin üzvü olarkən, Azərbaycan- Latviya parlamentlərarası dostluq qrupunun on üzvü var idi. İndi isə, Latviya parlamentinin üçdə bir hissəsi ölkələrimiz arasında dostluğu inkişaf etdirir. Demək istəyirəm ki, eyni vəziyyət Türkiyə ilə bağlı parlamentlərarası münasibətlərdə də müşahidə olunur. Türkiyə səfirliyinin Riqada açılmasından sonra əməkdaşlığımız daha da intensivləşmişdir.
Çox əfsuslar ki, Riqaya qayıdacağım təyyarənin uçuş vaxtı gec olacaq və mən gözəl Anadolu rəqqaslarının Riqada təşkil olunacaq çıxışına baxa bilməyəcəyəm.
Nəhayət, onu demək istəyirəm ki, ölkənizə gəlməzdən əvvəl, mən Azərbaycan haqqında Latviya mətbuatında nə qədər məqalələrin çap edildiyini öyrənmək üçün qəzetlərin məlumat bazasında axtarış apardım. İlk növbədə, Azərbaycanın adı ilə bağlı tarixi, iqtisadi, idman və digər xəbərlərin çoxluğundan məmnun oldum. Xoşuma gəlmiş məqalənin başlığı isə belə idi: “Azərbaycan - çiçəklənən və qonaqpərvər diyar!”.
Bir sözlə, mən ölkənizə daha böyük rifah arzulayır, Azərbaycanın gözəlliyinin şahidi olacaq bir çox qonaqların gəlməsini diləyirəm.
Sağ olun.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved