• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


ESTONİYA RESPUBLİKASININ MİLLİ MÜNASİBƏTLƏR NAZİRİ PAUL EERİK RUMMONUN ÇIXIŞI


-Cənab Prezident Əliyev!
Cənab Baş nazir Ərdoğan!
Xanımlar və cənablar!
Əziz dostlar!
Mən Sizi Estoniya Respublikası adından salamlayıram. Belə bir mötəbər məclisə dəvət olunmaqdan məmnunluq və şərəf hissi duyuram. Estoniyada ölkənin uğurlarına sanballı töhfələr verən fəal Azərbaycan icması mövcuddur.
Estoniyanın Konstitusiya quruluşuna uyğun olaraq, ölkədə hüquqi əsaslarla yaşayan bütün şəxslərə, etnik mənsubiyyətindən asılı olmayaraq, bərabər yanaşma təmin edilir.
Hər kəs Estoniyanın vətəndaşı olmaq və beləliklə, demokratiyanın bərqərar olunmasında iştirak etmək hüququna malikdir. Məsələn, bu gün Estoniya nümayəndə heyətinin üzvü olan, uzun illər ərzində siyasətçi təcrübəsi qazanmış azərbaycanlı Eldar Əfəndiyev Estoniya hökumətinin üzvü olmuş və bu yaxınlarda - bir neçə gün bundan əvvəl o, yenidən Estoniya parlamentinin üzvü seçilmişdir.
Estoniyada Azərbaycana və Azərbaycan xalqına rəğbətlə yanaşırlar. Estoniya NATO-ya üzv olmaq məqsədi ilə mürəkkəb hazırlıq prosesində Türkiyədən dəstək almışdır və indi biz Estoniya ilə Türkiyəni həmin təşkilatda yaxşı tərəfdaşlar kimi görürük.
İndi isə Estoniya Türkiyənin Avropa İttifaqına üzv olması işində öz dəstəyini verməyə hazırdır. Biz fin-uqor və türkdilli xalqlar, tarixi min illərlə ölçülən ulu babalarımızın Avrasiyaya açdığı yollarla və ümumi keçmişimizin telləri ilə bir-birimizə bağlıyıq. Biz bir-birimizi bu gün də dəstəkləyirik.
Estoniya nəinki Osmanlı imperiyasının, o cümlədən Bizans imperiyasının varisi sayılan Türkiyə Respublikasına dəstək verməkdən məmnundur. Bundan əlavə, Kiçik Asiya sivilizasiyaların beşiklərindən biri deyilmi? Müasir Türkiyə Avropanın özünəməxsus bir hissəsidir və Türkiyənin uğuru bütün dünya üçün olduqca vacibdir.
Biz estonlar, NATO çərçivəsində Estoniya hava məkanının təhlükəsizliyinin Türkiyənin hərbi təyyarələri tərəfindən qorunmasını şəxsən hiss edirik. Cənab Ərdoğan, biz Sizə minnətdarıq.
Azərbaycan ilə Estoniyanın taleyi əsrlər boyu bir-biri ilə bağlı olubdur. Bir çox eston hər zaman beynəlxalq şəhər sayılmış Bakıda iki əsr ərzində yaşayıb və eyni zamanda, minlərlə azərbaycanlı Estoniyada yaşayıb, oxuyub və işləyibdir.
XX əsrin əvvəllərində Bakı gözəçarpan iqtisadi artımı ilə seçilən, dünyanın ən sürətlə inkişaf edən şəhəri olmuşdur. Lakin bolşevik rejimi və onun komissarları bu cür gözəl şəhərin normal inkişafını əngəlləyərək, onu onilliklər boyu tərəqqidən saxlamışdır. İnsanlar öz sərvətlərinin bəhrəsindən, öz zəhmətlərinin nəticəsindən məhrum olmuşlar.
Bu gün Azərbaycan öz taleyini özü həll edir və öz sərvətlərinin sahibidir. Biz çox məmnunuq ki, Azərbaycan keçmiş sovet ölkələri arasında ən sürətlə inkişaf edən ölkədir.
Bir neçə il bundan əvvəl Heydər Əliyev Avropa Şurasına sədrlik etmiş Estoniyanın keçmiş xarici işlər naziri, daha sonra Baş naziri işləmiş və hazırda Avropa Komissiyasının sədr müavini Sim Kallasa Azərbaycanda səfərdə olarkən demişdir: “Azərbaycanın bir ölkə kimi yaşaması və bu gözəl torpağın normal inkişaf etməsi üçün Avropanın dəstəyinə ehtiyacı vardır”. Bu baxımdan, biz sizi dəstəkləyirik.
Biz sizin dövlətçiliyinizin və demokratiyanın, eləcə də iqtisadiyyatınız və mədəniyyətinizin davamlı inkişafına, Azərbaycan ilə Avropanın demokratik ölkələri arasında münasibətlərin genişləndirilməsinə arxalanırıq və ümumi maraqların səmərəli surətdə həyata keçirilməsinə inanırıq.
Hörmətli dostlar, diqqətinizə görə minnətdaram.
X X X
Forumun rəsmi hissəsi bağlı elan olundu.
Fasilədən sonra forum “Park İnn” mehmanxanasında işini davam
etdirdi. Mandat Komissiyasının sədri, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun məlumatı dinlənildi.
Redaksiya Komissiyasının, Katibliyin tərkibi müəyyənləşdirildi, forumun gündəliyi, reqlamenti və işçi orqanlarının, Dünya Azərbaycan və Türk Diaspor Təşkilatlarının Əlaqələndirmə Şurasının tərkibləri təsdiqləndi. Bildirildi ki, Şuranın həmsədrləri Azərbaycan və türk diaspor təşkilatları tərəfindən bu ilin sonunadək seçiləcək və iclasda təsdiqlənəcəkdir.
Litva parlamenti sədrinin müavini Gintaras Stepanaviçyus, Litva Prezidentinin müşaviri Halina Kobeskayte, Lüksemburq parlamentinin deputatı Jak-İv Henkes, Türkiyə parlamentinin deputatı Dursun Akdəmir çıxış edərək, Azərbaycanın dünyada artan nüfuzundan razılıqla danışdılar, forumun keçirilməsinin diaspor təşkilatları, eləcə də dövlətlərimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayacağını vurğuladılar. Azərbaycanın Avropa İttifaqına inteqrasiyasına dəstək verəcəklərini, digər həmkarlarını və dostlarını da Azərbaycana dəstək olmağa çağıracaqlarını bildirdilər.
Türk Dünyası Dostluq, Qardaşlıq və Əməkdaşlıq Fondunun prezidenti Əbdülxaliq Çay, Makedoniya türk icmasının başçısı Ərdoğan Sarac, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Akif Gülməmmədov və başqaları forumun işini yüksək qiymətləndirdilər, bunun iki qardaş ölkənin, eləcə də bütün türk dünyasının birliyində mühüm mərhələ açdığını söylədilər. Xüsusi vurğulandı ki, bu birlik dünyada ermənilərin qondarma “soyqırımı” təbliğatının, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının qarşısının alınmasında, habelə Xocalı soyqırımının dünya parlamentlərində tanınmasında, əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynayacaqdır.
Çıxışlar zamanı müxtəlif təkliflər səsləndi, gələcək fəaliyyət strategiyası müzakirə olundu.
Sonra “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası”, “Bakı bəyannaməsi”, “Türkdilli xalqlara müraciət”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına müraciət”, “1915-ci il hadisələri ilə əlaqədar erməni iddiaları haqqında Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumunun bəyanatı” qəbul olundu.
Bununla da forum başa çatdı.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved