• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


FORUM İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ


Martın 9-da “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu iştirakçılarının şərəfinə rəsmi ziyafət verilmişdir.

Prezident İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt və onların xanımları ziyafətdə iştirak etmişlər.

Dövlətimizin başçısı İlham Əliyev ziyafətdə nitq söyləmişdir.

 

X X X

Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu münasibətilə gecə saat 23.00-da Milli Parkda möhtəşəm atəşfəşanlıq olmuşdur.

Paytaxtımızın sakinləri və forumun iştirakçıları atəşfəşanlığı seyr etmişlər.

 

FORUM İŞTİRAKÇILARININ ŞƏRƏFİNƏ

Xəbər verdiyimiz kimi, martın 9-da “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin adından Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu iştirakçılarının şərəfinə rəsmi ziyafət verilmişdir.

Prezident İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt və onların xanımları ziyafətdə iştirak etmişlər.

Dövlətimizin başçısı İlham Əliyev ziyafətdə nitq söyləmişdir.

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Hörmətli qonaqlar!

Sizin hamınızı Azərbaycanda bir daha ürəkdən salamlayıram.

Türkiyə, Azərbaycan diaspor təşkilatlarının birinci forumu başa çatdı, nəticələr çox uğurludur. Əminəm ki, forumun nəticəsi olan bizim birgə fəaliyyətimiz daha da güclənəcəkdir. Deyə bilərəm ki, bu gün Azərbaycanda çox böyük beynəlxalq tədbir keçirildi. Biz bunu Türkiyə, Azərbaycan diaspor forumu kimi nəzərdə tutmuşduq. Fəqət, bu gün 48 ölkənin nümayəndəsi Azərbaycandadır və geniş mənada, bu gün beynəlxalq birlik Azərbaycandadır, bizim ətrafımızdadır. Bu, bizi daha da zənginləşdirir. Forumda səslənən fikirlər, aparılan fikir mübadiləsi və ən önəmlisi, qəbul edilmiş qərarlar bizim işimizi daha da yüngülləşdirəcəkdir.

Mən əminəm ki, forumda iştirak etmiş bütün insanlar Azərbaycanla bir daha tanış olmaq imkanı əldə ediblər. Əminəm ki, ölkəmizdən ən gözəl təəssüratlarla ayrılacaqlar.

Forumun önəmi ondadır ki, bundan sonra Türkiyə və Azərbaycan diaspor təşkilatları vahid mexanizm kimi çalışacaq, öz fəaliyyətlərini əlaqələndirəcəklər. Forum çərçivəsində yaranan Əlaqələndirmə Şurasının əsas vəzifəsi məhz bundan ibarət olacaqdır. Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da bir-biri ilə əlaqə saxlayacaqlar. Əlbəttə, hansısa bir ölkədə Azərbaycan və türk diasporları bir-biri ilə əlaqədədir və birgə fəaliyyət göstərirlər. Amma bu forum gözəl imkan yaradır ki, bütün ölkələrdə fəaliyyət göstərən təşkilatlarımız bir-birini tanısınlar, bir-biri ilə əlaqə saxlasınlar və öz fəaliyyətlərini əlaqələndirsinlər. Ona görə forumun həm praktik nəticələri olacaqdır, eyni zamanda, bizim aramızda olan birliyi daha da möhkəmləndirir.

Türkiyə-Azərbaycan birliyi, qardaşlığı bu forumdan sonra daha yeni, daha yüksək pilləyə qalxıbdır. Biz çalışırıq və çalışacağıq ki, bütün imkanlardan istifadə edib birliyimizi daha da gücləndirək.

Bu gün eyni zamanda, Türkiyə Cümhuriyyəti səfirliyinin yeni binası da açıldı. Bu da çox gözəl tədbir idi. Görün, bir gün ərzində nə qədər gözəl tədbirlər keçirdik, bir-birimizə nə qədər yaxın olduq.

Mən bütün qonaqları bir daha ürəkdən salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Azərbaycana tez-tez gəlin və belə gözəl işlər, belə gözəl tədbirlər tez-tez keçirilsin və biz daim birlikdə olaq.

Bu badəni Türkiyə-Azərbaycan qardaşlığı şərəfinə, bütün türk dünyasının şərəfinə və bütün qonaqların şərəfinə qaldırıram.

Sağ olun.

X X X

Azərbaycanın incəsənət ustaları konsert proqramı ilə çıxış etdilər.

Sonra Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I forumu münasibətilə Milli parkda möhtəşəm atəşfəşanlıq oldu.

Prezident İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Şimali Kiprin lideri Mehmet Əli Tələt və onların xanımları, habelə forumun iştirakçıları və qonaqları atəşfəşanlığa tamaşa etdilər.

Ziyafətdə iştirak edən diaspor təşkilatlarının nümayəndələri, Almaniyadan, ABŞ-dan, Rusiyadan, Ukraynadan, Niderlanddan, İsveçdən, Norveçdən, Şərqi Avropadan və Baltikyanı ölkələrdən gəlmiş qonaqlar, ölkəmizin ziyalıları, incəsənət, mədəniyyət xadimləri Azərbaycan Prezidentinə və Türkiyənin Baş nazirinə yaxınlaşaraq səmimi söhbət etdilər, forumun təşkilinə və yüksək səviyyədə keçirilməsinə görə dövlətimizin başçısına təşəkkürlərini bildirdilər. Forumun Azərbaycan və türk diaspor təşkilatlarının sıx qarşılıqlı fəaliyyətinin güclənməsinə yeni təkan verəcəyini söylədilər.

Xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Baş nazir Rəcəb Tayyib Ərdoğanı və ailə üzvlərini böyük hörmət və ehtiramla yola saldılar.
 

MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved