• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


DÜNYA AZƏRBAYCANLILARI ZİYALILARININ I FORUMU


2006-ci  il iyunun 5-də Türkiyənin Antalya şəhərində Dünya azərbaycanlıları ziyalılarının I forumu öz işinə başlamışdır.
Forum iştirakçıları iyunun 4-də xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin açılışında iştirak etdilər. Bu münasibətlə keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov planetin müxtəlif guşələrində yaşayan azərbaycanlı sənət adamlarının xalqımızın mədəni irsinin beynəlxalq ictimaiyyətə tanıdılması sahəsində xidmətlərini qeyd etdilər, bu işin zəruriliyini vurğuladılar.
Forumu giriş sözü ilə açan Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verdi ki, tədbirdə dünyanın təqribən 40 ölkəsindən 300-ə yaxın nümayəndə - azərbaycanlı ziyalılar, Azərbaycan və Türkiyənin dövlət və hökumət rəsmiləri, deputatlar, diaspor təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edirlər.
Tədbirin iştirakçıları Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün və yeni müstəqil Azərbaycan dövlətinin qurucusu ümummilli liderimiz Heydər Əliyevin xatirələrini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndi.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrikinin mətnini oxudu (Azərbaycan Prezidentinin təbriki mətbuatda dərc olunur).
“Azərbaycan diaspor quruculuğunda və milli həmrəyliyin əldə olunmasında mədəni irsin rolu” mövzusunda məruzə ilə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğuladı ki, bu foruma Azərbaycan mədəniyyətinin inkişafına öz töhfələrini verən azərbaycanlılar toplaşmışlar. Nazir ölkəmizdə 6308 mədəniyyət abidəsinin olduğunu diqqətə çatdıraraq, dövlətimizin mədəni irsimizin təbliği və beynəlxalq mədəniyyət təşkilatlarında fəal iş aparılması sahəsində uğurlu addımlarından bəhs etdi. O, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki səylərini xüsusi qeyd edərək, İçərişəhər tarix-memarlıq qoruğu ilə yanaşı, Qobustan, Gəmiqaya və Şəki xanlarının sarayının da tezliklə YUNESKO-nun dünya mədəni irsi siyahısına əlavə olunması üçün tədbirlər həyata keçirildiyini söylədi. Əbülfəs Qarayev torpaqlarımızın 20 faizini işğal etmiş ermənilər tərəfindən mədəni irsimizin də təcavüzə məruz qaldığını bildirərək, xaricdə yaşayan azərbaycanlıları düşmən təbliğatına layiqli cavab vermək üçün daha fəal olmağa çağırdı.
Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov “Qloballaşma prosesi və milli mənəvi dəyərlərin qorunması” mövzusunda məruzəsində bildirdi ki, Prezident İlham Əliyevin foruma müraciətində də qeyd olunduğu kimi, Azərbaycan dövləti qloballaşan dünyada xaricdə yaşayan həmvətənlərimizdən xalqımızın mənafeyi naminə çox şey gözləyir və eyni zamanda, onların təşkilatlanması və daha səmərəli fəaliyyəti üçün hökumətimiz onlara hər cür yardım göstərməyə hazırdır.
Ümummilli liderimiz Heydər Əliyevin hələ keçmiş Sovet İttifaqı dövründə xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalılarla maraqlandığını, onların Vətənlə əlaqələrinin genişlənməsi üçün müxtəlif təşkilatların yaradılmasına göstəriş verdiyini diqqətə çatdıran Əli Həsənov, ulu öndərin ölkəmizin müstəqilliyinin ilk illərində, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edərkən Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü təsis etdiyini və bu əlamətdar günün Azərbaycanın milli bayramına çevrildiyini diqqətə çatdırdı.
Dünya azərbaycanlılarının qurultaylarının əhəmiyyətindən bəhs edən Əli Həsənov, bütün bu və ya digər tədbirlərin xalqımızın dahi oğlu Heydər Əliyevin dünya azərbaycanlılarının təşkilatlanması kimi müqəddəs amalına xidmət etdiyini vurğuladı. Natiq bu gün dövlətimizin dünya azərbaycanlılarını özünün milli sərvəti kimi dəyərləndirdiyini qeyd edərək, qloballaşan dünyada milli sərhədlərin, milli mənəvi dəyərlərin həmişə prioritet təşkil edəcəyini və bu baxımdan, azərbaycanlıların vətəndaşı olduqları ölkələrdə xalqımız və ölkəmiz haqqında müsbət imic formalaşdırmalarının zəruriliyini vurğuladı.
Sonra Milli Məclisin deputatı Qənirə Paşayeva, xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, xalq artisti Firəngiz Mütəllimova, əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev, amerikalı musiqiçi Cefri Verbok və digər məruzəçilər azərbaycançılıq ideyaları və milli mənəvi dəyərlərimizin təbliğində incəsənətin müxtəlif növlərinin əhəmiyyətindən bəhs etdilər.
Antalya valisinin müavini Erdem Özer şəhər rəhbərliyi adından forum içtirakçılarını təbrik etdi, tədbirin işinə uğurlar dilədi.
Axşam Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi və AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan ədəbiyyatının antologiyası” kompakt diskinin təqdimat mərasimi və Türkiyə incəsənət ustalarının konserti oldu.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved