• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


Dünya azərbaycanlıları ziyalılarının I forumu çərçivəsində "Azərbaycan ədəbiyyatının antologiyası" kompakt diskin təqdimatı olmuşdur


Antalyada keçirilən Dünya azərbaycanlıları ziyalılarının I forumu çərçivəsində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin AMEA-nın Ədəbiyyat İnstitutu ilə birgə hazırladığı “Azərbaycan ədəbiyyatının antologiyası” kompakt diskin təqdimat mərasimi olmuşdur.
Təqdimat mərasimində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan və türk diaspor təşkilatlarının rəhbərləri, tanınmış azərbaycanlı ziyalılar, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Respublikasının və Türkiyə Respublikasının dövlət və hökumət nümayəndələri, parlamentlərin üzvləri, ictimai birliklərinin, qeyri-hökumət təşkilatlarının rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.
Kompakt diskdə toplanmış əsərlər şifahi xalq ədəbiyyatından başlayaraq orta əsr klassik irsini əhatə edir, XII-XIX əsrlərin görkəmli şair və mütəfəkkirlərinin yaradıcılığı barədə söz açılır.
“Azərbaycan ədəbiyyatının antologiyası” diskinin müəllifi, AMEA Nizami adına Ədəbiyyat İnstitutu direktorunun müavini Emin Əfəndiyev disk haqqında ətraflı məlumat vermişdir.
Çıxışlarda xarici ölkələrdə yaşayan azərbaycanlı yazıçı və şairlərin əsərlərindən ibarət antologiyanın yaradılmasının məqsədəuyğunluğu vurğulanmışdır.
Tədbir Azərbaycan musiqisindən ibarət maraqlı konsert proqramı ilə başa çatmışdır.
Təqdimat mərasimində dövlət komitəsinin sədri Nazim İbrahimov iştirak etmişdir.

VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved