• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


Dünya Azərbaycanlı Ziyalıları Forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti


Zati-aliləri, möhtərəm cənab Prezident!
Azərbaycanda milli dövlətçilik ənənələrinin qorunub möhkəmlənməsi, demokratik dəyərlərin bərqərar olması, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış uğurlu addımlar respublikamızın dünya birliyinə inteqrasiyasının sürətlənməsinə təkan vermiş, onun nüfuzunu artırmışdır. Ölkəmizin iqtisadi-siyasi, sosial-mədəni sahələrdə əldə etdiyi nailiyyətlər onun hüdudlarından kənarda yaşayan milyonlarla azərbaycanlının qəlbini böyük qürur  hissi ilə doldurur, soydaşlarımızın doğma Vətənə bağlılığını artırır, xalqımızın ümumi tərəqqisinə,  milli həmrəyliyin inkişafına xüsusi təkan verir. 2006-cı ilin mart ayının 16-da Bakıda keçrilmiş Dünya Azərbaycanlılarının II Qurultayı tarixə bu birliyin və həmrəyliyin parlaq təzahürlərindən biri kimi düşmüşdür. Sizin Qurultaydakı proqram xarakterli nitqiniz bir daha nümayiş etdirdi ki, dünya azərbaycanlılarının ümumi Vətən, vahid milli mənafe ətrafında səfərbər olması Azərbaycan Respublikasının dövlət siyasətinin tərkib hissəsidir.
Zati-aliləri!
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Sizin uğurla davam etdirməkdə olduğunuz Azərbaycançılıq ideyalarının təşəkkülü eyni zamanda, xarici ölkələrdə yaşayan azərbaycanlı ziyalıların bu prosesdə fəal iştirakından çox asılıdır. Azərbaycan ziyalısı tarix boyu ümummilli əhəmiyyət daşıyan proseslərin ön sıralarında gedən aparıcı qüvvəolmuşdur. Xalqımızın keşməkeşli və zəngin tarixi bunu dəfələrlə sübut etmişdir.
XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının  əksəriyyəti məhz ziyalı təbəqəsinin nümayəndələri olmuşlar.  Cümhuriyyətin süqutundan sonra amansız bolşevik repressiyyaları, totalitar sovet sisteminin təqibləri nəticəsində minlərlə ziyalımız məhv edilmiş, bir qismi isə ölkəni tərk etməyə məcbur olmuşdur. Lakin, bütün təzyiqlərə, mənəvi sıxıntılara baxmayaraq, xalqımızın mənəvi sərvəti  olan intelektual potensial tükənməmiş, milli məfkurəçiliyin inkişafında, cəmiyyəti ümumi mənafelər ətrafında birləşdirəcək idealların müəyyənləşdirilməsində həlledici rol oynamışdır.
 Azərbaycan ziyalıları müstəqilliyin ilk illərinin son dərəcə ağır və məsuliyyətli dövründə xalqımızın taleyində müstəsna rol oynamış tarixi bir hadisəyə imza ataraq, ölkəni siyasi xaosdan, parçalanmadan, silahlı qarşıdurmadan, vətəndaş müharibəsindən, iqtisadi böhrandan qurtarmaq üçün böyük dövlət xadimi Heydər Əliyevə müraciət etmişlər. Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə gəlişindən sonra Azərbaycanda baş vermiş müsbət ictimai-siyasi proseslər - milli dövlət quruculuğunun konseptual əsaslarının müəyyənləşdirilməsi, ölkədə sabitliyin bərqərar edilməsi, iqtisadi inkişaf yoluna qədəm qoyması Azərbaycan ziyalılarının nə qədər doğru bir addım atdığını təsdiqlədi.
Hələ Sovetlər İttifaqı dönəmində yüzlərlə azərbaycanlını totalitar sitemin təqib və repressiyalarından qorumuş Heydər Əliyev təcrübəli dövlət xadimi və böyük siyasətçi olaraq ziyalıların cəmiyyətin inkişafında rolunu həmişə yüksək qiymətləndirir, onlara hər tərəfli qayğı göstərirdi,. Təsadüfü deyildir ki, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Heydər Əliyevin ilk görüşü məhz ölkə ziyalıları ilə olmuşdur. O, həmişə ziyalıların  rəyini nəzərə alır, fikirəlirini dinləyir,  hər birinə qarşı həssaslıqla yanaşırdı.  Heydər Əliyev bir şəxsiyyət olaraq əsl azərbaycanlı ziyalısına məxsus bütün keyfiyyətləri özündə təcəssüm etdirən təkrarsız insan, qayğıkeş rəhbər idi.
Möhtərəm Prezident,
 Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olaraq bu ənənəyə sədaqətinizi dəfələrlə nümayiş etdirirsiniz. Dünya Azərbaycanlı Ziyalılarının Forumunun təşkili məhz Sizin ziyalılar təbəqəsinə verdiyiniz önəmin göstəricisi kimi qiymətləndirilməlidir.
Biz, Dünya Azərbaycanlı Ziyalıları Forumunun iştirakçıları xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, soydaşlarımızın doğma Vətənlə əlaqələrinin daha da inkişaf etdirilməsi,  dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşdirilməsi istiqamətində səylərinizi ürəkdən alqışlayırıq. İnanırıq ki, bu səylər öz bəhrəsini verəcək,  Azərbaycan diasporu ölkəmizin milli maraqlarını yüksək səviyyədə müdafiə edən, xalqımızın tarixi və müasir həyatı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa qadir olan, respublikamızın inkişafına və beynəlxalq birliyə inteqrasiyasına töhfə verə bilən qüvvəyə çevriləcəkdir. Biz, bu ali idealların gerçəkləşməsində,  dövlətimizin təqərrisi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz tədbirlərdə hər zaman Sizi dəstəkləyəcəyimizi bəyan edirik.
Əminik ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, milli dövlətçiliyimizin ideoloji-siyasi və sosial-iqtisadi dayaqlarının möhkəmləndirilməsi naminə gördüyünüz işlər ölkəmizi dünyanın ən inkişaf etmiş dövlətlər sırasına çıxaracaqdır.  
 

Müraciət Dünya Azərbaycanlı Ziyalılarının Forumunda qəbul edilmişdir.

Türkiyə Respublikası,
Antalya şəhəri, 05 iyun 2006-cı il

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved