• Diaspor rəhbəri Misir parlamentində görüş keçiribDiaspor rəhbəri Misir parlamentində görüş keçirib
  • Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb


Dünya Azərbaycanlı Ziyalılarının Forumu iştirakçılarının bəyanati


Azərbaycan ziyalısı obrazı bu gün hər bir soydaşımızın düşüncəsində nurlu, işıqlı fikirlərə malik olan, yüksək mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən, ən mürəkkəb şəraitlərdə xalqa düzgün yol göstərən ləyaqətli vətəndaş, şəxsiyyət  anlayışını  təcəssüm etdirir. Zəngin tarixi irsə malik Azərbaycan xalqı ötən dövrdə  dünya mədəniyyətinə misilsiz töhfələr vermiş yüzlərlə ziyalı yetirmişdir. Onların bir çoxunun adı bu gün bəşəriyyətin ünlü simalarının sırasındadır. Azərbaycan ziyalısı Azərbaycan xalqı üçün əvəzolunmaz milli sərvət və ləyaqət rəmzidir.
Xalqın taleyinin həll olunduğu bütün məqamlarda həlledici sözü demək səlahiyyəti  məhz ona – Azərbaycan ziyalısına məxsusdur. 2006-cı ilin iyun ayının 5-də Türkiyənin Antalya şəhərində keçirilən Dünya Azərbaycanlı Ziyalılarının Forumu da bu tarixi ənənəyə sədaqətin ifadəsi kimi qiyməitləndirilməyə layiqdir.
Azərbaycan Respublikasının dünya birliyinə sürətlə inteqrasiya olunduğu, milli dövlətçiliyinin ideoloji-siyasi və iqtisadi dayaqalarını möhkəmləndirdiyi bir dövrdə regionda cərəyan edən proseslərin məkəzində dayanan Azərbaycan beynəlxalq aləmdə layiqli yerini tutmuş, demokratik təsisatların bərqərar edilməsi, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində önəmli addımlar atmışdır.
Bütün bu nailiyyətlər dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının qəlbini qurur hissi ilə doldurur, onların tarixi Vətənə bağlılığını artırır, soydaşlarımız arasında milli birliyin təşəkkülünə və möhkəmlənməsinə təkan verir.
 2006-cı ilin mart ayının 16-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayı soydaşlarımızın ümumvətən mənafeləri naminə Azərbaycan Respublikası ətrafında sıx birləşməsinin təntənəsi kimi tarixə düşmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünya azərbaycanlılarının ali forumundakı proqram xarakterli nitqi, habelə Qurultayın qəbul etdiyi qərarlar diasporumuzun həyatında yeni bir mərhələnin başladığının, xarici ölkələrdə yaşayan soydaşlarımızın vahid ideya və amal ətraında birləşmək əzminin parlaq təzahürü olmuşdur.
Qurultayın tarixi əhəmiyyətlərindən biri  də bu ali məclisin ötən dövr ərzində həmvətənlərimizin təşkilatlanması, keçmişimiz və bu günümüzlə  bağlı gerçəkliklərin dünya ictimaiyyətinə sistemli şəkildə çatdırılması, azərbaycanlıların bütöv etnos kimi özünütəsdiqi istiqamətində kifayət qədər ciddi nailiyyətlərə imza atdığını göstərməsi idi.
Azərbaycan tarixinin müasir mərhələsi ölkəmizin regionda cərəyan edən ictimai-siyasi proseslərin, beynəlxalq əhəmiyyətli layihələrin mərkəzində dayanması və aparıcı mövqeyi ilə əlamətdardır. Bununla belə,  Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən hələ də layiqli qiymətini almaması, xalqımıza qarşı yönəldilmiş çirkin təbliğat kampaniyası  azərbaycanlı ziyalıları səfərbərliyə çağırmaqla yanaşı, onları  daha fəal olmağa sövq edir və  dünya azərbaycanlılarının həmrəyliyi yolunda aparıcı qüvvə kimi çıxış etməsini zərurətə çevirir.
Biz – Dünya Azərbaycanlı Ziyalaları Forumunun iştirakçıları yuxarıda qeyd olunanları nəzərə alaraq, müxətilf ölkələrdə yaşayan soydaşlarımıza, eləcədə  elm və mədəniyyət xadimlərinə, yaradıcı şəxslərə müraciət edərək, onları Azərbaycançılıq ideyalarının təbliği, həmvətənlərimiz arasında milli həmrəyliyin, mənəvi dəyərlərin möhkəmləndirilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində fəal iştirak etməyə çağırırırıq.
Dünya Azərbaycanlı Ziyalıları Forumunun iştirakçıları Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarının II Qurultayındakı nitqindən irəli gələn vəzifələri, qurultayın qərar və tövsiyyələrini, azərbaycanlı ziyalıların diaspor quruculuğunda fəal iştirakını zəruri edən amilləri nəzərə alaraq aşağıdakıları bəyan edir:

1. Forum iştirakçıları Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarını, ölkəmizin dünya birliyinə inteqrasiyası prosesini, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, milli dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində fəaliyyəti dəstəkləyir və  uğurla nəticələnəcəyinə əminliklərini bildirirlər.

2. Azərbaycanın ictimai-siyasi həyatı ilə bağlı məsələlər yalnız Azərbaycanın daxilində müzakirə olunmalıdır. 

3. Forum Dünya Azərbaycanlılarının II Qurultayının qərarlarını alqışlayır və xarici ölkələrdəki Azərbaycan icmalarını həmin sənəddən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün öz səylərini səfərbər etməyə çağırır.

4. Azərbaycanlı ziyalıları məskunlaşdıqları  ölkələrdə fəaliyyət göstərən Azərbaycan icmaları ilə əlaqələri daha da möhkəmləndirməyə  dəvət edir.

5. Azərbaycanlı ziyalılara yaşadıqları dövlətlərin  ictimai-siyasi həyatında fəal iştirak etməyi tövsiyə  edir. 

6. Forum iştirakçıları Dünyanın müxətlif ölkələrində yaşayan azərbaycanlı ziyalıları - elm və mədəniyyət xadimlərini Azərbaycan diasporunun təşkilatlanması, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası istiqamətində səylərini gücləndirməyə çağırır.

 
7. Azərbaycanlı ziyalılar Dünya Azərbaycanlılarının II Qurultayının Qətnaməsinə uyğun olaraq «Azərbaycan diaspor təşkilatlarının fəaliyyət konsepsiyasının» yüksək səviyyədə hazırlanmasında  fəallıq göstərməli,  bu məqsədlə yaradılmış İşçi qrupuna  hərtərəfli kömək etməlidirlər. 

8. Forum Azərbaycan həqiqətlərinin, xalqımızın zəngin mənəvi irsinin dünya ictimiyyətinə çatdırmasına xidmət edən bədii əsərlərin, incəsənət nümunələrinin yaradılmasını və xarici ölkələrdə təbliğini, eyni zamanda bu istiqamətdə elmi araşdırmaların  nəticələrinin yayılmasını ideoloji mübarizədə əsas amil hesab edir və Azərbaycan Respublikasının müvafiq dövlət və hökumət strukturlarının bu işdə ziyalılara lazımı dəstək verəcəyinə əminliyini bildirir.

Bəyanat Dünya Azərbaycanlı Ziyalıların Forumunda qəbul edilmişdir
Türkiyə Respublikası, Antalya şəhəri 5 iyun 2006-cı il

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved