• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


1918-Cİ İLİN MART AYINDA AZƏRBAYCANLILARA QARŞI TÖRƏDİLMİŞ SOYQIRIMININ 90-CI İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR BƏYANAT


1918-Cİ İLİN MART AYINDA AZƏRBAYCANLILARA QARŞI ÖRƏDİLMİŞ SOYQIRIMININ 90-CI İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN VƏ TÜRK DİASPOR ƏŞKİLATLARI KOORDİNASİYA ŞURASININ BƏYANATI 

Zəngin mədən irsə, qədim tarixə malik türk xalqları daim regionda sülhün və sabitliyin təminatçısı kimi çıxış etmiş, beynəlxalq əməkdaşlığın, bölgədəki millətlər arasında dostluq və mehriban qonşuluq münasibətlərinin qurulmasında önəmli rol oynamışdır. Etnik və dini tolerantlıq Türk xalqlarını səciyyələndirən ən mühüm keyfiyyətlərdən olmuşdur. Lakin çox təəssüf ki, tarixin müxtəlif mərhələlərində Türk xalqları ən ağır bəşəri cinayətlərə – terror və soyqırım aktlarına məruz qalmışlar. 1918-ci ilin mart ayında Azərbaycanın müxtəlif bölgələrində «Böyük Ermənistan» avantürasını həyata keçirməyə çalışan erməni şovinist millətçiləri tərəfindən türk xalqlarına qarşı törədilmiş soyqırımı aktları ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür.
1917-ci ildə Rusiyada yaranmış gərgin ictimai-siyasi vəziyyət Cənubi Qafqazda da proseslərin drammatikləşməsinə rəvac verdi. Erməni millətçiləri Oktyabr çevrilişindən sonra keçmiş Çar Rusiyasına daxil olan bütün regionlarda öz hakimiyyətini bərqərar etməyə çalışan bolşeviklər ilə ittifaq yaradaraq, Azərbaycan xalqının keşməkeşli tarixində daha bir faciəli səhifə açmağa nail oldular. Erməni terrorçularından təşkil olunmuş Bakı Kommunası bütövlükdə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədilə 1918-ci ilin mart ayının 31-də bu mənfur planlarını bolşevik bayrağı altında reallaşdıraraq,  Azərbaycanın ayrı-ayrı bölgələrində kütləvi qətllər həyata keçirdilər. Həmin günlərdə erməni millətçiləri tərəfindən törədilmiş vəhşiliklər Azərbaycan xalqının yaddaşında əbədi həkk olunmuşdur. Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəranda törədilmiş kütləvi terror aktları nəticəsində minlərlə azərbaycanlı məhz milli mənsubiyyətinə görə öldürüldü, onlarla kənd yandırıldı, bir sıra milli-mədəni abidələr dağıdılaraq məhv edildi.
31 Mart soyqırımının statistikası bu bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Belə ki, hadisələr zamanı Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur. Təkcə Bakıda erməni terrorçuları tərəfindən öldürülənlərin sayı 30 minə çatmışdır. Şamaxı qəzasında 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində isə  92 kənd tamamilə yerlə yeksan edilmişdir. Şamaxı qəzasında 7 min nəfər öldürülmüşdür ki, onlardan 1653 nəfəri qadın, 965-i uşaq olmuşdur. Azərbaycanın tarixi ərazisi olan İrəvan quberniyasında 1920 ev yandırılmış, 131 min 900 nəfər isə qətlə yetirilmişdir.
Bütün bu cinayətlərə beynəlxalq ictimaiyyətin laqeyd münasibəti, erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı növbəti soyqırım və deportasiya aktlarının törədilməsinə stimul verən əsas amillərdən biri olmuşdur. 1917-22-ci illər ərzində təkcə İrəvan Quberniyasının azərbaycanlı əhalisinin sayının 375 min nəfərdən 1922-ci ildə 70 min nəfərə qədər azalması, 1948-ci ildə yüz min nəfərdən çox azərbaycanlının Ermənistandan deportasiya edilməsi dünyanın bütöv bir xalqa qarşı həyata keçirilən zorakılıq siyasətinə biganəliyinin nəticəsidir.
Lakin azərbaycanlılara qarşı törədilmiş cinayətlər bununla da yekunlaşır. 1992-ci ilin fevralında erməni millətçiləri daha bir dəhşətli soyqırıma – Xocalı cinayətinə imza atmışlar. Xocalı şəhəri bütövlüklə yandırıldı, dağıdıldı, dinc əhali amansız qırğına məruz qaldı, 613 nəfər, onlardan 56-sı xüsusi qəddarlıq və işgəncələrlə qətlə yetirilmiş,  o cümlədən 106 qadın və 63 uşaq öldürülmüş, 487 nəfər şikəst olmuş, 230 ailə öz başçısını itirmiş, 150 nəfər itkin düşmüş, əsir götürülmüş 1275 nəfər soydaşımız amansız işgəncələrə məruz qalmışdır. Lakin bu rəqəmlər belə Xocalı soyqırımının dəhşətləri barədə tam təsəvvür yaratmaq gücündə deyil. Bu soyqırımı zamanı insanlar ən qəddar üsullarla öldürülmüş, adamların dərisi soyulmuş, qulaqları kəsilmiş və başlarının dərisi soyulub çıxarılmışdır. Qadınlara qarşı heç bir mənəviyyata, əxlaqa sığmayan, barbar ənənələrinə əsaslanan qətl metodlarından istifadə edilmişdir.
İnsan hüquqları haqqında Ümumi Bəyannamə, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya, Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad.6) və digər beynəlxalq hüquqi aktlar 31 mart və Xocalı soyqırımlarının beynəlxalq cinayət kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir. Lakin təəssüf ki, beynəlxalq birliyin üzvü olan bəzi ölkələrin parlament və hökumətləri XX əsrin sonlarında bütün dünyanın gözü qarşısında törədilmiş, sənədlər, video və foto materiallarla təsdiq olunan bu cinayətlərə laqeyd qalmaqla yanaşı, 1915-ci ildə Türkiyə ərazisində törədildiyi iddia olunan sözdə «erməni soyqırımı» iddialarını fakt kimi qəbul etməyə üstünlük verir. Bütün bunlar isə beynəlxalq ictimaiyyətin ədalətli qərarını gözləyən türk xalqlarında dərin məyusluq hissi doğurmaqdadır.
Azərbaycan və Türk diaspor təşkilatlarının Koordinasiya Şurası bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, erməni millətçilərinin türk xalqlarına, xüsusilə də azərbaycanlılara qarşı törətdikləri terror və soyqırımı aktlarını pisləməyə çağırır, beynəlxalq təşkilatları, dünya ölkələrini hadisələrə obyektiv qiymət verməyə dəvət edir. Koordinasiya Şurası əmindir ki, dünya birliyi regionda sülhə və təhlükəsizliyə ciddi təhdidlər yaradan təcavüzkar Ermənistanı öz işğalçılıq, terror və soyqırımı siyasətinə son qoyması üçün zəruri addımlar atacaq, bununla da regionda sabitliyin bərqərar edilməsinə öz töhfəsini verəcəkdir.

 
Bəyanat Azərbaycan və Türk diaspor təşkilatları
Koordinasiya Şurasının
illik toplantısında qəbul edilmişdir

27 mart 2008-ci il
Almaniya, Berlin şəhəri

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved