• Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıbFransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb
  • Azərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunubAzərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunub
  • İstanbulda Novruz bayramı qeyd edilibİstanbulda Novruz bayramı qeyd edilib
  • Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib


Turizm


Son illər respublikamızda turizm sahəsində dövlət siyasətini həyata keçirən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, hüquqi-normativ aktların qəbul edilməsi, turizm sahəsində orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması sahəsində məqsədyönlü işlər görülməkdədir. Ötən illər ərzində ölkəmizdə turizm sahəsində çoxsaylı beynəlxalq tədbirlər keçirilmiş və beynəlxalq marşrutlar işlənmişdir.

Bildiririk ki, hüquqi-normativ aktların qəbul edilməsi çərçivəsində «Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün» Dövlət Proqramı Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmişdir. Qeyd olunan Proqramın tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikilmiş, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olunmuş, respublikamıza gələn turistlərin sayı ildən-ilə artmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilən «Azərbaycan Respublikası regionlarının-sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)» turizm sahəsi üzrə bəndlərinin tələbləri çərçivəsində sahibkarlığın inkişafı üçün müvafiq kreditlərin ayrılması, turizm obyektlərinin inşasının dəstəklənməsi, bir sıra hüquqi sənədlərin hazırlanması sahəsində işlər görülmüşdür. Dövlət Proqramı ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair silsilə Sərəncamların turizmə aid bəndlərinin icrasının təmin olunması məqsədilə, Lənkəran şəhəri, Tovuz, Gədəbəy, Oğuz, Masallı, Astara rayonlarının turizm inkişaf planı hazırlanmış və yerli icra hakimiyyəti orqanları ilə razılaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Bununla yanaşı, Nazirlik tərəfindən elan olunmuş tenderdə qalib gələn «Caspian Group Consalting» şirkətinin mütxəsəsisləri tərəfindən ABŞ Ticarət və İnkişaf Agentliyindən ayrılan qranta əsasən hazırlanan turizmin uzunmüddətli inkişafına dair master planın və Türkiyədən dəvət olunmuş mütəxəssislərin rəy, təklifləri əsasında Nazirliyin əməkdaşları tərəfindən turizm sahəsi üzrə kadr hazırlığının yaxşılaşdırılması, yataq yerlərinin sayının artırılması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, həmçinin turizmin inkişafının yeni mərhələsinə təkan verəcək «Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı» hazırlanmışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tələbinə uyğun olaraq «Turizm və rekreasiya zonalarının nümunəvi Əsasnaməsi» tərəfimizdən hazırlanmışdır. Eyni zamanda bildiririk ki, «Turizm və rekreasiya zonaları»nın ilkin mərhələdə müəyyən edilməsi məqsədilə 2004-cü ilin fevral ayında Nazirliyin əməkdaşları bölgələrə ezam olunmuş və rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə

Qeyd etmək istərdik ki, bu müddət ərzində turizm nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edilmiş və turistlərin istfadəsinə verilmişdir.

Dünya ölkələrində qeyd olunduğu kimi, hər il Azərbaycanda da 27-sentyabr «Ümumdünya Turizm Günü» kimi qeyd olunur. Həmin gün təşkil olunan tədbirlər çəriçivəsində həmçinin, hər il müxtəlif mövzularda - turizm sahəsində mövcud problemlər və onların həlli yollarının müzakirəsi, turizm sahəsində xidmət səviyyəsinin yaxşılaşdırılması, turizm infrastrukturunun yaradılması və s. mövzusunda «Ümumrespublika Daxili Turizm Konfransları» da keçirilir. Eləcə də, bu müddət ərzində turizm şirkətləri, turist xidməti obyektlərinin iştirakı ilə Daxili Turizm Sərgisi də keçirilmişdir.

Eyni zamanda, ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanınması məqsədilə Almaniya və Avstriya turizm şirkətləri və kütləvi informasiya vasitələrindən ibarət nümayəndələr üçün info-turlar təşkil edilmişdir. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri və kütləvi informasiya vəsaitələrindən ibarət nümayəndələr üçün Quba, Zaqatala və Lerik rayonlarına info - turlar təşkil olunmuşdur. Regionlara təşkil olunan info - turların nəticəsi, turist şirkətləri ilə mehmanxanalar arasında əməkdaşlığın yaranması və müqavilələrin bağlanmasıdır.

Bildiririk ki, turistlərə göstərilən xidmətin səviyyəsinin yaxşılaşdırılması məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən turizm xidməti obyektlərində çalışan nümayəndələr üçün mütəmadi olaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən dəvət olunan mütəxəssislər tərəfindən yemək-içmək servisi, mehmanxana idarəçiliyi və s. mövzularda tədris kursları təşkil edilir.

Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)»nın tələbləri çərçivəsində Bakı, Xaçmaz, Quba, Şamaxı, Şəki, Lənkəranda, eləcə də Dünya Bankının maliyyə vəsaiti hesabına Lahıcda turistlərə informasiyaların çatdırılması məqsədilə «Turizm İnformasiya Mərkəzləri» fəaliyyətə başlamışdır. Yuxarıda adıçəkilən informasiya mərkəzləri ilə yanaşı Abşeron yarımadasında istirahət edən turistlərə turizm xidmətləri haqqında dolğun informasiya çatdırılması məqsədilə Zuğulba qəsəbəsində yerləşən Gənclik beynəlxalq istirahət mərkəzində mövsümü «Turizm İnformasiya Mərkəzi» fəaliyyətə başlamışdır.

Yeni beynəlxalq turist marşrutlarının yaradılması çərçivəsində XIX əsrin əvvəllərində Respublikamızın Xanlar, Tovuz, Şəmkir, Ağstafa rayonlarında məskən salmış və Azərbaycanın tarixində, mədəniyyətində dərin iz qoymuş almanların yaşadığı ərazilərdə mədəni turizm marşrutunun yaradılması, alman yaşayış məskənlərinə aid abidələrin bərpa olunması, nümayiş obyekti kimi bu bölgədə olan tarix - mədəniyyət abidələrinin bərpası və turizm infrastrukturunun yaradılması məqsədilə «Azərbaycanda Alman yaşayış məskənləri» adlı layihəsi üçün tədbirlər həyata keçirilməkdədir. Adıçəkilən layihə çərçivəsində GTZ təşkilatı ilə birgə Gəncəbasar bölgəsinin turizm inkişaf planının hazırlanması nəzərdə tutulur. Bu marşrutla yanaşı, milli mənəvi dəyərlərin qorunması və xalqımıza çatdırılması həmçinin yeni turizm marşrutlarının yaradılması çərçivəsində «Gəmiqaya mədəni-turizm marşrutu»nun, Avropa Şurasının Kiyev təşəbbüsü çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan «Aleksandr Düma Qafqazda» və «Şərab Yolları» adlı marşrutların layihəsi işlənib hazırlanmışdır.

Azərbaycanın əlverişli coğrafi mövqeyini nəzərə alaraq, «İpək Yolu» kimi bir çox tarixi yolların ölkəmizin ərazisindən keçməsi, bu gündə qərbdən-şərqə, şimaldan-cənuba aparan turizm marşrutlarında Azərbaycan da iştirak edir. Qeyd etmək istərdik, ötən illərdə, İstanbuldan başlayıb Pekində bitən «İpək Yolunda Velosiped Turu» layihəsinin, Rusiyadan başlayıb Hindistanda bitən «XV əsr səyyahı Afanasi Nikitinin izləri ilə” adlı turizm marşrutu layihələrinin Azərbaycan ərazisindən keçməsi ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə təbliğ olunması baxımından olduqca səmərəlidir.

Ölkədaxilində keçirilən tədbirlər çərçivəsində 2004-cü ildə InWent ixtisasartırma və inkişafa dair beynəlxalq assosasiyası tərəfindən, Cənubi Qafqazda Qorunan ərazilər və turizmin inkişafına həsr olunmuş «Regional inkişaf, konservasiya və sərhədyanı əməkdaşlığın təcrübəsi və perspektivləri» mövzusunda seminar keçirilmişdir . Seminarda turist şirkətləri, qeyri hökumət təşkilatının nümayəndələri iştirak etmişdirlər.

Bununla yanaşı 2004-cü ildə milli İrsin qorunması layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında çalışan turizm sənayesinin nümayəndələri üçün beynəlxalq təşkilatlarla birgə təlim kursları keçirilmiş və şöbənin əməkdaşları orada mühazirələr oxumuşlar.

Azərbaycanda ilk dəfə olaraq 2003-cü ildə 26 sentyabr tarixində 1-ci Turizm Filmləri Festivalı keçirilmişdir. Tədbirin keçirilməsi ilə bağlı işlər haqqında məlumat vermək üçün kütləvi informasiya vasitələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunmuş və dövlət və özəl qurumların rəhbərlərinin, xarici qonaqların iştirakı ilə keçirilən festivala turizmlə bğlı hazırlanmış 70 dən artıq iş təqdim olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17.11.2003-cü il tarixli 229s nömrəli sərəncamı ilə təsdiq edilmiş “Çıraqqala” tarixi qoruğunun bərpasına dair Tədbirlər planının 9-cu bəndinin icrası ilə bağlı və Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli «Şabran şəhəri» tarix və mədəniyyət abidəsinin qorunması haqqında» sərəncamının dördüncü bəndinin icrası ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Yuxarıda qeyd olunanlarla yanaşı bildiririk ki, hər il yay turizm mövsümü öncəsi, turizm potensialı geniş olan rayonlarda fəaliyyət göstərən turizm xidməti obyektlərinin hazırlıq səviyyəsinin öyrənilməsi, yol infrastrukuturunun vəziyyətinin təhlil edilməsi eləcə də digər problemlərin həlli istiqamətində aidiyyəti üzrə köməkliyin göstərilməsi məqsədilə Nazirliyin əməkdaşları 30 rayona ezam olunurlar. Ezamiyyənin nəticəsi olaraq, mövcud problemlərin həlli üçün müvafiq qurumlara tərəfimizdən müraciətlər olunur və xidmət səviyyəsi, kadr hazırlığı sahəsində problemlərin həlli üçün tərəfimizdlən tədbirlər həyata keçirilir.

Turizm sahəsində əməkdaşıq haqqında Hökumətlərarası Sazişlər çərçivəsində müəyyən işlər görülmüşdür. Belə ki, son 5 il ərzində Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası, Belorus Respublikası, Qətər Dövləti, Yunanıstan Respublikası, Qazaxıstan Respublikası, İordaniya Haşimiyyə Krallığı, Fransa Respublikası, Tacikistan Respublikası, Misir Ərəb Respublikası və Litva Respublikası arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişlər bağlanmışdır. İmzalanmış Sazişlərin müddəalarının həyata keçirilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq tədbirlər görür və digər ölkələr ilə turizm sahəsində ikitərəfli əlaqələrin qurulması istiqamətində müvafiq işlər aparır. Hazırda Azərbaycan Respublikası ilə 26 ölkə (Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı, Avstriya Respublikası, Böyük Britaniya, İsrail, İran, Bəhreyn, Oman Sultanlığı, Macarıstan, Koreya, İsveçrə, Yaponiya, İndoneziya, Bruney Krallığı, Malayziya, San Marino, Mərakeş, Argentina, Meksika, Makedoniya, İsveç, Filippin, Kuba və Xorvatiya) arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş layihələri hazırlanmışdır.

Çoxtərəfli əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsinin turizm siyasətinin prioritet istiqamətlərindən biri olduğunu nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi Ümumdünya Turizm Təşkilatı (BMÜTT), Avropa Şurası, İslam Konfransı Təşkilatı (İKT), Müstəqil Dövlətlər Birliyinin Turizm şurası (MDB), Demokratiya və İqtisadi inkişaf naminə - GUAM təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) s. beynəlxalq təşkilatlarla turizm sahəsində çoxtərəfli əməkdaşlığın təşkil edilməsi, turizm sahələrində mövcud proqramlara qoşulma, beynəlxalq tədbirlərdə fəal iştirakın təmin edilməsi, həmçinin yeni təklif və layihələrin hazırlanması, əməkdaşlığa dair sənədlərin imzalanması istiqamətində səmərəli və mühüm fəaliyyətini davam etdirir.

Ümumdünya Turizm Təşkilatı (BMÜTT) turizm sahəsində çoxtərəfli əməkdaşlıq üzrə ən mühüm təşkilatlardan biridir. BMÜTT-nin əsas məqsədi beynəlxalq sülhün, qarşılıqlı anlaşmanın, iqtisadi inkişafın təmin edilməsində mühüm faktor olan turizmi inkişaf etdirməkdir. BMÜTT-na 2001-ci ilin sentyabr ayında qoşulmuş Azərbaycan Respublikası indiyədək Təşkilat tərəfindən təşkil edilən bir çox tədbirlərdə, o cümlədən Baş Assambleyalarda, Avropa üzrə Komissiyanın iclaslarında, tədris kurslarında və seminarlarda iştirak etmişdir. Bundan əlavə BMÜTT-nin fəaliyyəti hökumətlərə turizm məsələləri üzrə bir sıra tövsiyələr verməkdən və texniki yardımlar göstərməkdən ibarətdir. Bu məqsədlə 2002-ci ildə BMÜTT tərəfindən Azərbaycana texniki missiya göndərilmişdir. Təşkilatın eksperti ölkəmizin turizm potensialını öyrənərək təhlil etmiş və bununla əlaqədar müvafiq hesabat hazırlanmış və tövsiyələr vermişdir. BMÜTT-nin Baş Katibi cənab F.Franjialli iki dəfə (2002 və 2006-cı illərdə) Azərbaycana səfər etmişdir. BMÜTT-nin xətti ilə 2003-cü və 2007-ci ilin aprel aylarında Bakıda seminarlar keçirilmişdir. Seminarlarda turizm şirkətlərinin, mehmanxanaların, Mədəniyyət və Turizm Nazirliyinin rayon Mədəniyyət və Turizm şöbələrinin, universitetlərin nümayəndələri iştirak etmişdir. Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrində müasir turizm infrastrukturunun yaradılmasının təşviq edilməsinə, bu ölkələrin imicinin beynəlxalq turizm bazarına çıxarılmasına və rəqabət qabiliyyətli turizm məhsulunun yaradılmasına kömək edən “İpək yolu” layihəsi BMÜTT ilə əməkdaşlığın ən mühüm istiqamətlərindən biri sayılır.

İslam dünyası ilə mədəniyyət və turizm sahələrində çoxtərəfli əməkdaşlıq münasibətləri yüksək səviyyədə inkişaf etməkdədir. Bu əməkdaşlıq həm İslam Konfransı Təşkilatı, həm də onun ixtisaslaşmış institutları olan İSESKO, İRCİCA, SESRTCİC, İslam Texnologiyalar Universiteti və s. təşkilatlar çərçivəsində həyata keçirilir. 2006-cı ilin 9-12 sentyabr tarixlərində ölkəmiz İKT üzv dövlətlərinin Turizm Nazirlərinin V Konfransına ev sahibliyi etmiş və 2006-2008-ci illər ərzində Turizm Nazirlərinin İslam Konfransında sədrlik etmə hüququnu əldə etmişdir. Konfransda Turizmin inkişafı üzrə Qətnamə, həmçinin Bakı Bəyannaməsi qəbul edilmişdir. Sədrlik ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tədbirlər planı tərtib olunmuş və hal-hazırda onun həyata keçirilməsi istiqamətində işlər aparılır. Belə ki, 21-22 iyun 2007-ci il tarixlərində Bakı şəhərində “İKT-na üzv olan ölkələrin iqtisadiyyatında turizmin rolu” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi bir sıra tədbirlər həyata keçirir. Nazirliyin sifarişi ilə son beş il ərzində ölkəmizin turizm imkanlarını əks etdirən qırxdan çox reklam-çap məhsulları hazırlanmışdır. Bunlar: «Turistlər üçün məlumat» kitabçası, «Azərbaycan» açıqça dəsti, «Azərbaycanın otelləri», «Azərbaycanın tarixi və arxitektura abidələri», «Bakının teatr və muzeyləri» bukletləri, «Azərbaycan» və «Bakı» fotoalbomları, «İpək Yolu», «Xalçaçılıq» kitabçaları, Azərbaycanın, Şuşanın və Qarabağın turist xəritələri, «Azərbaycana Xoş Gəlmisiniz» CD diski və DVD formatda 10-20 dəqiqəlik filmlər. Qeyd olunan nəşrlər, CD və DVD-lər azərbaycan, ingilis, alman, ərəb, yapon, və rus dillərində hazırlanmışdır.

2002-ci ildən etibarən ildə altı dəfə «Azerbaijan Review» jurnalı rus və ingilis dillərində nəşr edilir. Respublikamızda turizm sahəsində görülən işlər haqqında ayda bir dəfə nəşr edilən «ATN» qəzetində məlumatlar dərc edilir. Adları çəkilən reklam-çap məhsulları Beynəlxalq turizm sərgilərində sərgi iştirakçılarına və ziyarətçilərə, respublikamızın xarici ölkələrdəki səfirlik və nümayəndəliklərinə çatdırılır. Respublikamızın turizm potensialını əks etdirən reklamlar xarici ölkələrdə nəşr edilən turizm xarakterli jurnallarda yerləşdirilir («ABTA», «Travel İQ», «Faints and Projects», «TTG Russia», «Travel Unravelled», «Qde otdıxatğ», «Otdıx v Rossii» və «World Travel Guide»).

2002-ci ilin aprel ayından başlayaraq hər il «AİTF» Beynəlxalq turizm sərgisi Bakı şəhərində keçirilir. Bu sərgidə iştirak edən xarici ölkələrin turizm şirkətlərinin sayı ildən ilə artır. Əgər 2002-ci ildə 5 ölkədən 26 şirkət iştirak edirdisə, 2007-ci ildə ölkələrin sayı 18-ə şirkətlərin sayı isə 60-a çatmışdır.

Eyni zamanda 2002-ci ildə Nazirlik cəmi 2 Beynəlxalq sərgidə iştirak edirdisə, son 5 il ərzində sərgilərin coğrafiyası genişlənmiş və iştirak etdiyiniz sərgilərin sayı 19 çatmışdır: London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Deli, Vyana, Mumbai, İstanbul, Tokio, Əl-Küveyt, Dubay, Kiyev, Tbilisi, Bəhreyn, Daşkənd, Maxaçkala şəhərlərində keçirilən Beynəlxalq turizm sərgilərdir. Bu sərgilərdə Nazirliklə birlikdə respublikamızda fəaliyyət göstərən bir sıra turizm şirkətləri və mehmanxana kompleksləri də təmsil olunurlar. Sərgilər zamanı respublikamıza olan maraqın ildən-ilə artmasının şahidi oluruq. Sərgidə iştirak edən turizm şirkətləri sərgi zamanı xarici ölkələrin turizm şirkətləri ilə danışıqlar aparır və əməkdaşlıq haqqında müqavilələr imzalayırlar.

2005-ci ildən başlıyaraq məşhur xarici televiziya kanallarında respublikanın turizm potensialını əks etdirən reklam çarxılar yayımlanır. «CNN» televiziya kanalı vasitəsi ilə 6 ay, «Euronews» televiziya kanalı vasitəsi ilə 3 ay müddətinə həmin reklam çarxıları yayımlanmışdır. 2007-ci ildən isə «National Geographic», «Travel Channel», «CNN», «Euronews» televiziya kanalların nümayəndələri ilə reklamın davamlı olaraq yayımlanması ilə əlaqədar danışıqlar aparılır. Həmçinin «Austrian Airlines» «British Airways» «AZAL» aviaşirkətlərinə məxsus təyyarələrinin bort jurnalarında və ekranlarında reklam çarxıları yerləşdirilmişdir.

2006-cı ildə «Cənnət görmək istəyən Azərbaycana gəlsin» şuarı altında «Turizm aləmi» fotomüsabiqəsi keçirilmişdir.

Azərbaycanın turizm potensialını dünyada tanıtmaq məqsədi ilə 2002-ci ildə www.azerbaijan.tourism.az saytı işlənib hazırlanmışdır. Qeyd olunan saytın adı beynəlxalq telekanallarda nümayiş olunan, Azərbaycanın turizm potensialını əks etdirən reklam çarxlarında, beynəlxalq turizm sərgilərinin rəsmi kataloqlarında, eləcə də digər rəsmi xarici mənbələrdə göstərilir. Sayt mütəmadi olaraq yeniləşdirilir.

Görülən bu işlər nəticəsində ölkəmizə gələn turistlərin sayının ildən ilə artması müşahidə olunur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved