• Azərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçiribAzərbaycan diasporu Strasburqda Türkiyəyə dəstək aksiyası keçirib
  • İzmirdə Xocalı abidəsi ucaldılacaqİzmirdə Xocalı abidəsi ucaldılacaq
  • Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib


RUSİYA FEDERASİYASINDA MİQRASİYA, YAŞAYIŞ ÜÇÜN İCAZƏ ALINMASI VƏ VƏTƏNDAŞLIĞA QƏBUL QAYDALARINA DAİR MƏLUMAT


 

RUSİYA FEDERASİYASINDA MİQRASİYA, YAŞAYIŞ ÜÇÜN İCAZƏ ALINMASI VƏ VƏTƏNDAŞLIĞA QƏBUL QAYDALARINA DAİR MƏLUMAT
Rusiya Federasiyasında xarici vətəndaşlarin miqrasiya qeydiyyatı
Əgər xarici vətəndaş Rusiyaya gəlməyi qərara alırsa, o xarici vətəndaşların Rusiyaya gəlmək üçün bəzi əsas qaydaları bilmə­lidir.
2007-ci ilin yanvar ayından “Rusiya Federasiyasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qey­diyyatı haqda” Federal Qanunla və Rusiya Federasiyası höku­mə­tinin “Rusiya Federasiyasında xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qeydiyyatının həyata keçirilməsinin Qaydalarının təsdiq olunması haqda” qərarı ilə xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınması ləğv edilmişdir və əvəzində xarici vətən­daşların Rusiya Fe­derasiyasında yaşayış yeri üzrə miqrasiya qey­diyyatı tətbiq edilir.
Rusiyada miqrasiyaya qeydiyyatına alınmanın proseduru əcnəbinin Rusiya Federasiyası ərazisinə gəlməsi barədə Federal Miqrasiya Xidmətinin ərazi orqanına dərhal məlumat verməsini tələb edir. Bundan sonra üç iş günü ərzində əcnəbinin miqrasiya qeydiyyatına alınması həyata keçirilməlidir. Bununla belə, bilmək lazımdır ki, miqrasiya qeydiyyatına alınma ilə bağlı bütün işləri Qəbul edən tərəfhəyata keçirir, əcnəbinin müxtəlif təşkilatlara müraciət edərək vaxt itirməsinə ehtiyac yoxdur.
Əcnəbi qalma yerinə gəldikdə Qəbul edən tərəfə pas­por­tunu, Rusiya Federasiyası ərazisinə daxil olarkən doldurulmuş miq­rasiya kartını təqdim edir. Bu zaman pasportun və miqrasiya kartının müsadirə edilməsinə yol verilmir.
Qəbul edən tərəf Rusiya vətəndaşları, Rusiya Federa­si­yasında daimi yaşayan xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər (yaşayış üçün sənədi olan), həmçinin əcnəbinin faktiki olaraq yaşadığı və ya işlədiyi hüquqi şəxslər, onların filialları və ya nümayəndəlikləri ola bilər.
Əcnəbini mehmanxanada yerləşdirdikdə, Qəbul edən tərəf qismində mehmanxananın müdiriyyəti çıxış edir. Mehmanxana müdüriyyəti bir sutka ərzində Federal Miqrasiya Xidmətinin ərazi şöbəsini məlumatlandırmaq, həmçinin əcnəbinin qeydiyyatı ilə əlaqədar bütün lazımi işləri həyata keçməyə borcludur və müəy­yən olunmuş qanunlara riayət olunmasına cavabdehlik daşıyır.
Qeydiyyata alınma üçün bütün lazımı işləri mehman­xa­nanın müdiriyyəti həyata keçirir.
Qəbul edən tərəf əcnəbinin təqdim etdiyi sənədlərə əsasən çatma yerinə gəldiyi haqda bildiriş blankı doldurur (irəlidə Bil­diriş).
Sonra qəbul edən tərəf bir sutka ərzində Bildirişi, əcnəbinin pas­portunun nüsxəsini və miqrasiya kartını Federal Miqrasiya Xidmətinin ərazi orqanına birbaşa və ya poçtla təqdim edir. Miqrasiya qeydiyyatına alınma üçün dövlət rüsumu alınmır.
 Poçt əlaqəsi təşkilatlarında Qəbul edən tərəfin doldurması üçün Bildiriş blankları təqdim edən xüsusi pəncərələr işləyir. Bildiriş blankları pulsuz təqdim olunur. Bildirişin qəbul olunması haqda xidmətə görə poçt rabitəsi təşkilatında Rusiya Federa­si­ya­sı hökümətinin 15 yanvar 2007-ci il tarixli 10 nömrəli qərarına mü­va­fiq olaraq ödəniş alınır. Hal-hazırda, bu ödənişin miq­darı 180 rubl təşkil edir.
Qəbul edən tərəfdən doldurulmuş Bildirişi və yuxarıda gös­tərilən nüsxələri alan Federal Miqrasiya Xidmətinin ərazi orqanı və ya poçt rabitəsi təşkilatı Bildirişə onu aldıqları haqda nişan qoyur və Bildirişin qopardılan hissəsini Qəbul edən tərəfə qay­tarır. Qəbul edən tərəf Bildirişin qopardılan hissəsini əcnəbiyə verir. Əcnəbidə qoyulmuş nişanla Bildirişin qopardılan hissəsinin olması onun miqrasiya qeydiyyatına düşdüyünü təsdiq edir.
Sənədlə təsdiqlənmiş üzrlü səbəblərlə əlaqədar (xəstəlik, fiziki imkansızlıq) qəbul edən tərəfin sərbəst olaraq miqrasiya qeydiyyatı orqanına bildiriş göndərməsi mümkün olmadıqda, əcnəbi müstəqil olaraq, qalma yerinə çatdığı haqda miqrasiya xidməti orqanlarını məlumatlandırmaq hüququna malikdir.
Rusiya Federasiyasında daimi yaşayan əcnəbi, həmçinin, qalma yerinə çatması barədə miqrasiya qeydiyyatının müvafiq orqanını birbaşa və ya müəyyən edilmiş qaydada qəbul edən tərəfin yazılı razılığı əsasında poçt vasitəsi ilə məlumatlandırmaq hüququna malikdir.
Qalma yerini tərk edərkən əcnəbi Bildirişin qopardılmış his­səsini bilavasitə və ya poçt rabitəsi yolu ilə Federal Miqrasiya Xid­məti Orqanına təqdim etmək üçün qəbul edən tərəfə verir. Qə­bul edən tərəf əcnəbinin getməsindən sonra iki iş günü ərzində Bil­dirişin qopardılmış hissəsini bilavasitə və ya poçt rabitəsi yolu ilə Federal Miqrasiya Xidməti Orqanına təqdim etməlidir.
Nəzərinizə çatdırırıq ki, əcnəbinin Rusiya Federasiyasında mü­vəqqəti qalma müddəti ona verilən vizanın müddəti ilə müəyyən edilir.
Rusiya Federasiyası ərazisinə vizasız olaraq gəlmiş əcnəbinin müvəqqəti qalma müddəti, Rusiya Federasiyasının qanunvericili­yində nəzərdə tutulmuş istisna hallardan başqa, 90 gündən artıq ola bilməz.
İcazə verilmiş qalma müddəti bitdikdə əcnəbi Rusiya Federa­siyasından çıxmalıdır. Vizanın və ya qalma müddətinin uza­dılması üçün Miqrasiya Xidmətinə əvvəlcədən, yuxarıda göstərilən müddət bitməmişdən qabaq müraciət etmək vacibdir.
Miqrasiya qeydiyyatının qaydalarının pozulması əcnəbinin in­zi­bati qaydada cəzalandırılmasına – 2000-5000 rubl məbləğin­də cərimələnməsinə səbəb ola, bəzi hallarda isə məcburi qaydada Rusiya Federasiyasının hüdudlarından ənara çıarılması ilə nəti­cələnə bilər. İnzibati köçürülməyə məruz qalan əcnəbiyə Rusiya Federasiyasına giriş 5 il müddətinə qadağan oluna bilər.
Pasportun, miqrasiya kartının və Bildirişin qopardılmış hissə­sinin surətinin olması onlar itirildikdə və hər hansı bir göz­lənilməz hallar baş verdikdə, əcnəbinin müvafiq sənədlərə malik olduğunu və miqrasiya qeydiyyatı qaydalarına riayət etdiyini təs­diq edə bilər.
Rusiya Federasiyasında müvəqqəti yaşamaq üçün icazə
Müvəqqəti yaşamaq üçün icazə xarici vətəndaşa Rusiya Fede­rasiyası Hökuməti tərəfindən təsdiq olunan kvota çərçivəsində ve­rilə bilər. Müvəqqəti yaşamaq üçün icazənin qüvvədə olma müd­dəti üç il təşkil edir.
Xarici vətəndaşlara müvəqqəti yaşamaq üçün icazə verilmə kvotası Rusiya Federasiyasının müvafiq subyektində demoqrafik vəziyyəti və xarici vətəndaşların yerləşməsi üzrə həmin subyektin imkanlarını nəzərə almaqla, dövlət hakimiyyət orqanlarının təklif­ləri ilə hər il Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq olu­nur.
Rusiya Federasiyası Hökuməti tərəfindən təsdiq olunmuş kvo­talardan kənar aşağıdakı əcnəbiyə müvəqqəti yaşamaq üçün icazə verilə bilər:
1) RSFSR ərazisində doğulmuş və keçmişdə SSRİ vətən­daşlığında olan və yaxud Rusiya Federasiyası ərazisində doğulan şəxslərə;
2) iş qabiliyyəti olmayan və Rusiya Federasiyasi vətəndaşlı­ğına malik iş qabiliyyətli oğul və yaxud qıza malik olanlara;
3) Rusiya vətəndaşlığında olan, heç olmasa, bir iş qabiliyyəti olmayan valideynə malik olana;
4) Rusiya Federasiyası vətəndaşı ilə nikahda olan və Rusiya Federasiyasında yaşamaq üçün yerə malik olana;
5) Rusiya Federasiyası hökuməti tərəfindən müəyyən olunmuş həcmdə Rusiya Federasiyasına investiyalar qoyan şəxslərə;
6) federal qanunla nəzərdə tutulan, digər hallarda.
Daxili işlər məsələləri ilə məşğul olan icra hakimiyyəti federal orqanınin ərazi orqanı xarici vətəndaşların Rusiya Federasiyasında müvəqqəti qalmaq üçün həmin orqana verilən ərizə əsasında və yaxud bu vətəndaşın yaşadığı dövlətdə Rusiya Federasiyasının diplomatik nümayəndəliyi və ya konsul idarəsinə əcnəbi tərəfindən verilən ərizə əsasında, altı ay ərzində əcnəbiyə ölkədə müvəqqəti yaşamaq üçün icazə verir və yaxud ona belə bir icazənin verilməsindən imtina edir.
Daxili işlər məsələləri ilə məşğul olan icra hakimiyyəti federal orqanının ərazi orqanı əcnəbinin ölkədə müvəqqəti qalmaq üçün ərizəsinə baxan zaman, məhkəmə pristavlar xidmətinə, təhlükə­sizlik, vergi, sosial təminat, səhiyyə, miqrasiya xidməti və digər işdə maraqlı olan orqanlara sorğu göndərir. Həmin orqanlar sorğu daxil olan gündən iki ay ərzində, əcnəbiyə ölkədə müvəqqəti qal­maq üçün maneə yaradan şərtlərin olub olmadığı haqqında məlu­matı sorğu göndərən orqana təqdim etməlidirlər.
Əgər əcnəbiyə ölkədə müvəqqəti qalmaq üçün icazə verilmək­dən imtina edilirsə o, keçmiş verilən ərizəyə imtina cavabı veril­diyi tarixdən ən azı bir il sonra həmin qaydada yenidən ölkədə müvəqqəti qalmaq icazəsi almaq məqsədilə ərizə verə bilər.
Ölkədə müvəqqəti qalmaq üçün ərizə özündə aşağıdakı məlumatları əks etdirir:
        soyadı, adı (rus və latın əlifbası ilə yazılmış), doğulduğu tarix və yer;
        cinsi;
        əcnəbinin vətəndaşlığı, icazənin verilmə haqqında qə­rarın verilməsi tarixi və nömrəsi.
        icazənin qüvvədə olan müddəti, icazəni verən icra ha­ki­miyyətin orqanının adı.
Ölkədə müvəqqəti qalmaq üçün icazənin verilmə qaydası və ölkədə müvəqqəti qalmaq üçün icazənin verilmə haqqında ərizə ilə bir vaxtda təqdim olunan icazə sənədlərinin siyahısı Rusiya Fe­derasiyası Hökuməti tərəfindən təsdiq olunur.
Ölkədə müvəqqəti qalmaq üçün icazənin ləğv edilməsi və yaxud müvəqqəti qalmaq üçün icazənin verilməsindən imti­nanın əsasları.
Xaricə müvəqqəti qalmaq üçün icazənin verilməsindən imtina və yaxud müvəqqəti qalmaq üçün icazənin ləğvi o hallarda baş verir ki, əgər həmin xarici vətəndaş:
             Rusiya Federasiyasının Konstitusiya quruluşunun əsasla­rı­nın zorla dəyişdirilməsinə yönəlmiş hərəkətlər edir, digər hərə­kət­ləri ilə, Rusiya Federasiyası və yaxud Rusiya Federa­si­yasının vətən­­daşlarının təhlükəsizliyinə təhdid yaradır;
             terror (ekstremist) aktlarını maliyyələşdirir, planlaşdırır, belə aktların həyata keçirilməsinə dəstək verir və ya onları törədir, yaxud buna bərabər digər hərəkətlərlə terror (ekstre­mist) fəaliy­yətinə dəstək verir;
             ölkədə müvəqqəti qalmaq üçün icazə ərizənin verilməsin­dən əvvəlki beş il ərzində Rusiya Federasiyasının ərazisindən inzibati qovulmaya və yaxud deportasiyaya məruz qalmışdır;
             saxta və yaxud yanlış sənədləri təqdim etmişdir və yaxud özü haqqında bilə-bilə düzgün olmayan məlumatlar vermişdir;
             məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə ağır və yaxud xüsusi ağır cinayətə görə mühakimə olunmuşdur, təhlükəli residivistdir;
             Rusiya Federasiyası və yaxud onun hüdudlarından kə­narda törədilən, müvafiq federal qanunla cinayət hesab edilən ağır və yaxud daha ağır cinayətlərə görə icra müddəti bitməmiş və üzərindən götürülməmiş məhkəmə hökmü vardırsa;
             bir il ərzində bir neçə dəfə (iki və daha çox) Rusiya Fe­derasiyasının qanunvericiliyini – xarici vətəndaşların Rusiya Fede­rasiyası ərazisində qalma (yaşayış) rejiminə dair qaydaları pozdu­ğuna görə inzibati məsuliyyətə cəlb olunmuşdur;
             xarici vətəndaş (əmək qabiliyyəti olmayan xarici vətən­daşlar istisna olmaqla) dövlətin köməyi olmadan özünü və ailə üzvlərini Rusiya Federasiyasında yaşayış minimumu çərçivəsində saxlamaq imkanlarının olduğuna dair sübutlar təqdim edəbil­mirsə;
             ölkəyə daxil olduğu tarixdən sonrakı üç il ərzində Rusiya Federasiyası ərazisində Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş yaşayış yerin yoxdursa;
             daimi yaşayış məqsədilə Rusiya Federasiyasından xarici dövlətə köçmüşdürsə;
             altı aydan çox müddət ərzində Rusiya Federasiyası hü­dud­larından kənardadırsa;
             müvəqqəti yaşayış üçün icazə almaq məqsədilə Rusiya Federasiyasının vətəndaşı ilə nikaha girmiş və bu nikah məhkəmə tərəfindən qanuni hesab edilməmişdirsə;
             narkomaniya xəstəliyinə düçardırsa və yaxud insanın im­mun çatışmazlığı virusu ilə yaranan (HİV-infeksiya) xəstəliyinin olmadığı haqqında sertifikat təqdim etmirsə, yaxud ətrafdakı in­sanlara təhlükə yaradan infeksiya xəstəliklərindən əziyyət çəkirsə. Belə xəstəliklərin siyahısı və onların müəyyən­ləşdirilməsi qay­daları Rusiya Federasiyasının Hökuməti tərəfindən təsdiq olunur.
Rusiyada yaşamaq üçün icazə sənədi
Yaşamaq üçün icazə sənədi – xarici vətəndaşa, yaxud vətəndaşlığı olmayan şəxslərin Rusiya Federasiyasında daimi yaşamaq, həmçinin onların Rusiya Federasiyasından və Rusiya Federasiyasına sərbəst gedib-gəlmək hüququnu təsdiq edən sənəddir. Vətəndaşlığı olmayan şəxsə verilən yaşamaq üçün icazə sənədi eyni zamanda onun şəxsiyyətini təsdiq edən sənəddir.
Ölkədə müvəqqəti qalma üçün icazənin qüvvədə olduğu müddətdə mövcud qanunvericiliyin imkan verdiyi təqdirdə xarici vətəndaşa onun xahişi ilə yaşamaq üçün icazə sənədi verilə bilər.
Yaşamaq üçün icazə sənədi əcnəbiyə beş il müddətinə verilir. Yaşamaq üçün icazə sənədinin qüvvədə olma müddəti bitəndən sonra əcnəbinin ərizəsi ilə onun müddəti beş ilə qədər uzadıla bilər. Yaşamaq üçün icazə sənədinin müddətinin uzadıl­ması hallarına məhdudiyyət qoyulmur. 
Yaşamaq üçün icazə sənədi aşağıdakı məlumatları özündə əks etdirir: soyadı, adı (rus və latın əlifbası ilə yazılmış), doğul­duğu tarix və yer, cinsi, əcnəbinin vətəndaşlığı, icazənin verilmə haqqında qərarın verilməsi tarixi və nömrəsi, icazənin qüvvədə olan müddəti, icazəni verən icra hakimiyyəti orqanının adı.
Yaşamaq üçün icazə sənədi haqqında ərizənin verilməsi ilə eyni vaxtda verilən, yaşamaq üçün icazə sənədinin verilmə qaydası və sənədlərin siyahısı, həmçinin, yaşamaq üçün icazə sənədinin yeni­dən qeydə alınması qaydaları Rusiya Federasiyasının Höku­məti tərəfindən təsdiq olunur.
Yaşamaq üçün icazə sənədinin verilməsi, onun ləğvi, yaxud verilməsindən imtinanın əsasları. (Bax: Ölkədə müvəqqəti qalmaq üçün icazənin ləğv edilməsi və yaxud müvəqqəti qalmaq üçün icazənin verilməsindən imtinanın əsasları).
Rusiya Federasiyası vətəndaşlığı
Rusiya Federasiyasının vətəndaşlığı əldə olunur:
a) Şəxs Rusiya Federasiyası ərazisində doğulmuşdursa;
b) Rusiya Federasiyası vətəndaşlığına qəbul;
c) Rusiya Federasiyası vətəndaşlığının bərpası;
d) “Rusiya Federasiyası vətəndaşlığı haqqında” Federal Qanunda və Rusiya Federasiyasının beynəlxalq müqavilələr ilə nəzərdə tutulmuş digər səbəblərə görə.
Rusiya Federasiyası vətəndaşlığına qəbul ümumi və sadələşmiş qaydada həyata keçirilir.
Rusiya vətəndaşlığını ümumi qaydada (ərizənin baxılması 1 ilə qədər davam edir) xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər qəbul edə bilər:
Yaşamaq üçün icazə sənədi aldığı gündən etibarən Rusiya Federasiyası ərazisində fasiləsiz olaraq 5 il yaşayan xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs ümumi qaydada Rusiya Fede­rasiyası vətəndaşlığına qəbul olunmaq üçün müraciət etmək hüququna malikdir.
Yaşamaq üçün icazə sənədi alana qədər ən azı bir il müd­dətində müvəqqəti yaşayış izni əsasında Rusiya Federasiyası ərazisində yaşamalıdır.
Rusiya Federasiyası ərazisində 5 il müddətində fasiləsiz yaşa­maq tələbi 1 ilə qədər o zaman azaldıla bilər ki, aşağıdakı şərtlər­dən biri yerinə yetirilmiş olsun:
        şəxsin elm, texnika, mədəniyyət sahəsində yüksək nailiy­yətləri olduqda;
        şəxs Rusiya Federasiyası üçün maraq kəsb edən sahələr üzrə mütəxəssis olduqda;
        federal qanuna uyğun olaraq şəxs qaçqın hesab edildikdə.
        Keçmiş SSRİ-nin tərkibində olmuş dövlətlərin üç ildən az olmamaq şərtilə müqavilə əsasında Rusiya Federasiyası Silahlı Qüvvələrində, digər qoşun birləşmələrində və ya hərbi orqanlarda hərbi xidmət keçmiş vətəndaşları Rusiya Federasiyası ərazisində 5 il müddətində fasiləsiz yaşadığına dair sübutlar və yaşamaq üçün icazə sənədi təqdim etmədən Rusiya Federasiyası vətəndaşlığına qəbul olunmaq üçün müraciət etmək hüququna malikdir.
Rusiya Federasiyası vətəndaşlığına qəbul olunmaq üçün aşağı­dakı tələblərə riayət olunması vacibdir:
        Rusiya Federasiyası Konstitusiyasına və Rusiya Fede­ra­­si­yası qanunvericiliyin riayət olunması;
        Rusiya Federasiyası ərazisində yaşamaq üçün qanuni mən­bəyə malik olmaq;
        şəxsin başqa ölkənin vətəndaşlığından imtinası haq­qında ərizə ilə xarici dövlətin səlahiyyətli orqanına müraciət etməsi (Ru­siya Federasiyasının qoşulduğu beynəlxalq müqavilə və ya “Ru­si­ya Federasiyası vətəndaşlığı haqqında” Federal qanunla nə­zərdə tutulduğu halda, yaxud digər ölkənin vətəndaşlığından imti­na şəxs­dən asılı olmayan səbəblərə görə mümkün deyilsə, şəxsin digər ölkənin vətəndaşlığından imtinası tələb olunmur);
        Rusiya Federasiyası vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən şəxslər rus dilini bilməlidirlər.
Rusiya Federasiyası vətəndaşlığını sadələşmiş qaydada (ərizə­nin baxılma müddəti 6 aya qədərdir, yaşama icazəsi tələb olunmur) xarici vətəndaşlar və vətəndaşlığı olmayan aşağıdakı şəxslər qəbul edə bilər:
        Valideynlərindən heç olmasa biri Rusiya Federasiyası vətəndaşıdır və Rusiya Federasiyası ərazi­sində yaşayır;
        SSRİ vətəndaşlığına malik olub, SSRİ tərkibinə daxil olan dövlətlərdə yaşamış, bu ölkələrin vətəndaşlığını qəbul etmə­miş və bunun nəticəsində vətəndaşlığı olmayan şəxslərdir;
        1 iyul 2002-ci ildən sonra Rusiya Federasiyası idarələrində orta peşə və yaxud ali peşə təhsili alan SSRİ-nin tərkibinə daxil olan dövlətlərin vətəndaşları olan şəxslər;
        RSFSR ərazisində doğulmuş və keçmiş SSRİ-nin vətən­daşlığına malik olmuş şəxslər;
        üç ildən az olmayaraq Rusiya Federasiyası vətəndaşı ilə nikahda olanlar;
        iş qabiliyyətinə malik deyillər və on səkkiz yaşına çat­mış Rusiya Federasiyası vətəndaşları olan övladlara malik şəxslər.
 
Rusiya Federasiyasina iş­lə­mək
məq­sə­di­lə ge­dən şəxs­lər üçün yad­daş
Siz Ru­si­ya­ Fe­de­ra­si­ya­sı­na ge­dir­si­niz. Bu öl­kə­də Azər­bay­can Res­pub­li­ka­sı­nı lə­ya­qət­lə təm­sil edin!­ Siz bu öl­kə­nin qa­nun­la­rı­na ria­yət et­mə­li­si­niz.
 1. Ru­si­ya əra­zi­si­nə da­xil ol­maq üçün si­zin şəx­siy­yə­ti­ni­zi təs­diq edən sə­nə­di­niz - pas­por­tu­nuz və onun rus di­li­nə tər­cü­mə olu­nmuş su­rə­ti (no­ta­rius­da təs­diq olun­maq­la) ol­ma­lı­dır.
2. Əgər siz Ru­si­ya­da iş­lə­mək is­tə­yir­si­niz­sə, miq­ra­si­ya kar­tı­nı dol­dur­duq­da Ru­si­ya­ya ge­diş məq­sə­di­ni­zi qeyd et­mək üçün “” sö­zü­nün al­tın­dan xətt çək­mə­li­si­niz. Diq­qət!!! əks hal­da si­zə Ru­si­ya əra­zi­sin­də iş­lə­mək ica­zə­si ve­ril­mə­yə­cək!!!
3. Miq­ra­si­ya kar­tı iki ey­ni məz­mun­lu his­sə­dən iba­rət­dir və sər­hə­di ke­çər­kən “A” ta­lo­nu his­sə­si sər­həd-bu­ra­xı­lış mən­tə­qə­si­nin əmək­daş­la­rın­da sax­la­nı­lır. Miq­ra­si­ya kar­tı­nın di­gər his­sə­si “B” ta­lo­nu, ar­xa tə­rə­fin­də sər­­həd bu­ra­xı­lış mən­tə­qə­si əmək­daş­la­rı tə­rə­fin­dən mü­va­fiq ştamp vu­rul­duq­dan son­ra si­zə qay­ta­rıl­ma­lı­dır.
4. Ru­si­ya­ya gəl­di­yi­niz ilk 3 iş gü­nü ər­zin­də ­Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin (FMX) ol­du­ğu­nuz yer üz­rə re­gio­nal böl­mə­sin­də qeydiyyata dur­ma­lı­sı­nız. Qeydiyyat üçün qə­bul edən tə­rə­fə aşa­ğı­da­kı sə­nəd­lə­ri təq­dim et­mə­li­si­niz
Ø            pas­port;
Ø            miq­ra­si­ya kar­tı.
Ø      İx­ti­ya­ri fi­zi­ki və ya hü­qu­qi şəxs qə­bul edən tə­rəf ola bi­lər. Qə­bul edən tə­rəf si­zin RF əra­zi­si­nə gəl­di­yi­niz 3 iş gü­nü ər­zin­də ol­du­ğu­nuz əra­zi üz­rə FMX-nin re­gio­nal böl­mə­si­nə və ya poçt şö­bə­si­nə gə­lə­rək bil­di­riş blan­kı­nı dol­dur­ma­lı­dır. Qə­bul edən tə­rəf bu­nu sə­nəd­lər­lə təs­diq edi­lən üzr­lü sə­­bəb­lər­dən edə bil­məz­sə, bil­di­riş blan­kı­nı siz şəx­sən dol­dur­ma­lı və təq­dim et­mə­li­si­niz. 5. Bil­di­riş blan­kı­nın kə­si­lən his­sə­si (bil­di­riş ta­lo­nu) uço­ta alın­dı­ğı­nız haq­qın­da mü­va­fiq qeyd apa­rıl­dıq­dan (ştamp vu­rul­duq­dan) son­ra si­zə ve­ril­mə­li­dir. 
 Yal­nız bu qay­da­la­ra əməl et­dik­də siz 90 gün ər­zin­də qa­nu­ni əsas­lar­la Ru­si­ya əra­zi­sin­də olan şəxs he­sab olu­nur­su­nuz.­
Diq­qət!!! Siz bil­di­riş ta­lo­nu­nu RF-də ol­du­ğu­nuz müd­dət ər­zin­də pas­port və miq­ra­si­ya kar­tı ilə bir­lik­də özü­nüz­də sax­la­ma­lı­sı­nız.
6. Siz Ru­si­ya əra­zi­sin­də da­ha çox müd­də­tə qa­la bi­lər­si­niz, la­kin bu­nun üçün 90 gün­lük ica­zə müd­də­ti bit­mə­miş bu müd­də­tin uza­dıl­ma­sı (1 ilə qə­dər) və ya­xud mü­vəq­qə­ti ya­şa­maq üçün (3 ilə qə­dər) ica­zə al­ma­lı­sı­nız. Si­zin Ru­si­ya­da mü­vəq­qə­ti ol­maq müd­də­ti­ni­zin uza­dıl­ma­sı haq­qın­da qə­ra­rı­ Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin Re­gio­nal böl­mə­si qə­bul edir və bu haq­da miq­ra­si­ya kar­tı­nı­za mü­va­fiq qeyd edir. ­
7. Ru­si­ya əra­zi­sin­də ol­du­ğu­nuz müd­dət­də miq­ra­si­ya kar­tı­nı­zı itir­mi­si­niz­sə, 3 gün ər­zin­də­ Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin qey­diyyatda ol­du­ğu­nuz re­gio­nal böl­mə­si­nə mü­ra­ciət et­mə­li və miq­ra­si­ya kar­tı­nın dub­li­ka­tı­nı al­ma­lı­sı­nız. Pas­por­tu­nu­zu itir­dik­də isə, Azər­bay­can Res­pub­li­ka­sı­nın Rusiya Federasiyasındakı Sə­fir­li­yi­nə və ya Kon­sul­lu­ğu­na mü­ra­ciət et­mə­li­si­niz.
8. İş­lə­mək üçün ica­zə al­maq məq­sə­di­lə ­Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin qey­diy­yat­da ol­du­ğu­nuz əra­zi üz­rə re­gio­nal böl­mə­si­nə aşa­ğı­da­kı sə­nəd­lə­ri təq­dim et­mə­li­si­niz:
Ø      pas­port;
Ø      miq­ra­si­ya kar­tı (Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin Re­gio­nal böl­mə­si tə­rə­fin­dən mü­va­fiq qey­diy­yat və Ru­si­ya əra­zi­si­nə da­xil olar­kən gə­liş məq­sə­di­ni­zin “” ol­du­ğu gös­tə­ril­miş ol­ma­lı­dır);
Ø      2 ədəd 3X4 öl­çü­də­ fo­to­şə­kil;
Ø      xa­ri­ci öl­kə və­tən­da­şı­na iş ica­zə­si­nin ve­ril­mə­si üçün müəy­yən olun­muş döv­lət rü­su­mu­nun ödə­nil­di­yi­ni təs­diq edən qəbz.
9.   Ru­si­ya­da iş­lə­mək hü­qu­qu ve­rən ica­zə və­rə­qə­si (və­si­qə­si), və ya im­ti­na bil­di­ri­şi yu­xa­rı­da qeyd olu­nan sə­nəd­lə­rin təq­dim edil­di­yi gün­dən eti­ba­rən 10 gün ər­zin­də ve­ri­lir. İm­ti­na­ya 3 iş gü­nü ər­zin­də ­Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti tə­rə­fin­dən ye­ni­dən ba­xı­la bi­lər və ya bu­nun­la bağ­lı məh­kə­mə­yə şi­ka­yət et­mək olar. İca­zə aşa­ğı­da­kı hal­lar­da ve­ril­mir:
Ø      şəx­sin 18 ya­şı ta­mam ol­ma­dıq­da;
Ø      sə­nəd­lə­rin­də qey­ri-də­qiq və təh­rif olun­muş mə­lu­mat­lar ol­duq­da;
Ø      Ru­si­ya­ Fe­de­ra­si­ya­sın­da ol­ma (ya­şa­ma) re­ji­mi­ni poz­du­ğu­na gö­rə də­fə­lər­lə in­zi­ba­ti mə­su­liy­yə­tə cəlb olun­duq­da;
Ø      nar­ko­ma­ni­ya xəs­tə­si ol­duq­da; ­QİÇS-ə yo­lux­ma­dı­ğı haq­qın­da ser­ti­fi­ka­tı ol­ma­dıq­da, ha­be­lə təh­lü­kə­li xəs­tə­li­yi (be­lə xəs­tə­lik­lə­rin si­ya­hı­sı hö­ku­mət tə­rə­fin­dən təs­diq olu­nur) ol­duq­da və iş­lə­mək üçün ica­zə al­dıq­dan son­ra­kı 30 gün müd­də­tin­də be­lə xəs­tə­lik­lə­ri­nin ol­ma­dı­ğı ba­rə­də sə­nəd­lə­ri təq­dim et­mə­dik­də.
İca­zə sə­nə­di şəx­sən təq­dim edi­lir. Sə­nəd plas­tik kart şək­lin­də olur. İş­lə­mək hü­qu­qu ve­rən və­si­qə alın­dıq­dan son­ra, Ru­si­ya­da mü­vəq­qə­ti ol­maq ica­zə­ni­zin müd­də­ti bi­tə­nə­dək (ən ço­xu 90 gün) bu ica­zə­ni ver­miş miq­ra­si­ya xid­mə­ti şö­bə­si­nin əha­tə et­di­yi əra­zi­də (əmək mü­qa­vi­lə­si və ya mül­ki-hü­qu­qi mü­qa­vi­lə əsa­sın­da) özü­nü­zə iş ye­ri tap­ma­lı­sı­nız.
10. İşə qə­bul edil­dik­dən son­ra­ Fe­de­ral Miq­ra­si­ya Xid­­mə­ti­nin ol­du­ğu­nuz yer üz­rə re­gio­nal böl­mə­si­nə aşa­ğı­da­kı sə­nəd­lə­ri təq­dim et­mə­li­si­niz:
Ø     pas­port;
Ø     miq­ra­si­ya kar­tı;
Ø     iş­lə­mək ica­zə­si və­si­qə­si­nin su­rə­ti;
Ø     i­şə qə­bul olun­ma­nız haq­qın­da ara­yış.
11. Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin hə­min re­gio­nal böl­mə­si si­zin Ru­si­ya­da mü­vəq­qə­ti ol­maq ica­zə­ni­zin müd­də­ti­ni Ru­si­ya əra­zi­si­nə da­xil ol­du­ğu­nuz gün­dən eti­ba­rən 1 il­dən çox ol­ma­maq şər­ti­lə ar­tı­rır və bu­nun­la əla­­qə­dar miq­ra­si­ya kar­tı­nız­da mü­va­fiq qeyd edir.
12. Ru­­si­­ya əra­zi­sin­də ye­nə 1 il­dən çox ol­ma­yan müd­də­tə iş­­­lə­mək is­tə­yir­si­niz­sə, mü­vəq­qə­ti ol­maq ica­zə­ni­zin müd­də­ti bi­tə­nə­dək, siz ye­ni əmək və ya mül­ki-hü­qu­qi mü­qa­vi­lə­ni­zi təq­dim et­mək­lə ­Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin uço­ta alın­dığı­nız re­gio­nal böl­mə­si­nə mü­ra­ciət et­mə­li­si­niz.
Diq­qət!!! əks hal­da si­zə 2500 rubl­dan - 5000 rub­la­dək cə­ri­mə və ya Ru­si­ya əra­zi­si­nə 5 il ər­zin­də da­xil ol­maq­dan məh­rum edil­mək­lə in­zi­ba­ti qay­da­da öl­kə­dən çı­xa­rıl­ma tət­biq olu­na­caq!!!
13. Əgər siz Ru­si­ya əra­zi­sin­də 2 il­dən ar­tıq müd­də­tə iş­lə­mək is­tə­yir­si­niz­sə, Ru­si­ya əra­zi­sin­də mü­vəq­qə­ti və ya dai­mi ya­şa­yan əc­nə­bi sta­tus­la­rın­dan bi­ri­ni al­ma­lı­sı­nız. Qeyd olu­nan sta­tus­la­rı al­maq üçün siz Ru­si­ya­ Fe­de­ra­si­ya­sı qa­nun­ve­ri­ci­li­yi ilə müəy­yən edil­miş sə­nəd­lər­lə ­Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti­nin qeydiyyatda ol­du­ğu­nuz re­gio­nal böl­mə­si­nə mü­ra­ciət edə bi­lər­si­niz.
14. Azər­bay­can Res­pub­li­ka­sı qa­nun­ve­ri­ci­li­yi­nə əsa­sən xa­ri­ci öl­kə­lər­də iş­lə­yən Azər­bay­can və­tən­daş­la­rı Azər­bay­can Res­pub­li­ka­sı­nın iş­lə­dik­lə­ri öl­kə­də­ki sə­fir­li­yi­nə bu haq­da ya­zı­lı mə­lu­mat çat­dır­ma­lı­dır­lar.
Be­lə qey­diy­ya­ta alın­dıq­da siz Azər­bay­can Res­pub­li­ka­sı tə­rə­fin­dən əmək­çi miq­rant ki­mi ta­nı­nır­sı­nız və bu:
Ø      Ru­si­ya­ Fe­de­ra­si­ya­sın­da­kı əmək­ fəa­liy­yə­ti­ni­zin müd­­də­ti­nin ümu­mi iş sta­jı­na əla­və edil­mə­si;
Ø      Ge­ri­yə qa­yı­dar­kən Ru­si­ya­ Fe­de­ra­si­ya­sın­da qa­­zan­dı­ğı­nız və­sait he­sa­bı­na al­dı­ğı­nız məi­şət və ev əş­ya­la­rı­nın göm­rük rü­su­mun­dan azad edil­mə­si;
Ø      So­sial və di­gər hü­quq­la­rı­nı­zın Azər­bay­can Res­pub­li­ka­sı tə­rə­fin­dən qo­ru­na bil­mə­si üçün zə­ru­ri­dir.
Ə­la­və mə­lu­mat al­maq üçün aşa­ğı­da­kı ün­van­la­ra mü­ra­ciət edə bi­lər­si­niz:
Mosk­va şə­hə­rin­də:
AR-nın Ru­si­ya­ Fe­de­ra­si­ya­sın­da­kı Sə­fir­li­yi
­Ün­van: Mosk­va, Leont­yev dön­gə­si ev 16
Tel: (495) 629-16-49, 629-37-11, 629-45-84
 
AR-nın Sankt-Pe­ter­burq­da­kı Baş Kon­sul­lu­ğu
Ün­van:Sankt-Pe­ter­burq, II So­vets­ka­ya ev 27a­
Tel: (812) 717-38-91
 
Ü­mum­ru­si­ya Azər­bay­can Konq­re­si (ÜAK­)
Ün­van: Mosk­va, Pok­rovs­ki bul­va­rı ev 3
Tel: (495) 980-34-24
 
Ru­si­ya­ Fe­de­ral Miq­ra­si­ya Xid­mə­ti
Tel: (495) 698-00-78
ÜAK-nin hü­qu­qi yar­dım üz­rə regional qə­rar­gah­la­rı:
Mosk­va ş., Usie­viç küç. ev 12/14
Tel: (495) 151-15-15, 540-55-77
 
Sankt-Pe­ter­burq, Mo­xo­va­ya k, ev 15, ofis 13
Tel: ( 812) 275-97-08
 
Çe­bok­sa­rı ş., Pris­tan­sion­na­ya küç.1
Tel: ( 8352) 21-04-29
 
Nij­nıy Nov­qo­rod, Obu­xov küç.11
Tel: ( 8312) 46-82-06
 
Vol­qoq­rad ş, An­qars­ka­ya küç ev17
Tel: ( 8442) 37-69-48
 
Ros­tov Don ş., Tu­po­lev küç, ev 16
Tel: ( 8632) 55-41-55
 
Ye­ka­te­rin­burq ş., Ma­mi­na-Si­bir­ya­ka küç. 36/ 108
Tel: (3433) 55-94-40
Ulan-Ude ş, ul. Na­be­rej­na­ya küç. ev 14a­
Tel: ( 3012) 21-76-96
 
No­vo­si­birsk ş., Dzer­jins­ki pr, ev 77
Tel: ( 3832) 79-13-09
 
Xa­ba­rovsk ş., Okt­yab­rın 60 il­li­yi pr., ev.156
Tel: ( 4212) 27-44-56
 
Ba­kı şə­hə­rin­də:
Əmək və Əha­li­nin So­sial Mü­da­fiə­si Na­zir­li­yi
Ün­van: Ba­kı, S.Əs­gə­ro­va kü­çə­si 85
Tel: (+99412) 497 -71-34 Faks: (+99412) 497 -70-37
 
Dias­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si
Ün­van: Ba­kı, S.Vur­ğun 24
Tel: (+99412) 598-21-15
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved