• İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb
  • Almaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət edibAlmaniyadakı Azərbaycan diasporu Rusiya Prezidentinə müraciət edib
  • Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir Gürcüstan azərbaycanlıları ÜAK-ın ləğvinə dair qərara etiraz edir
  • Baybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edibBaybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edib


XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI AZƏRBAYCAN RESPUBLİKASINDA KEÇİRİLƏN SEÇKİLƏRDƏ NECƏ İŞTİRAK EDƏ BİLƏR?


 

XARİCİ ÖLKƏLƏRDƏ YAŞAYAN AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARI AZƏRBAYCAN RESPUBLİKASINDA KEÇİRİLƏN SEÇKİLƏRDƏ NECƏ İŞTİRAK EDƏ BİLƏR?
 
     Xa­ri­ci öl­kə­lər­də ya­şa­yan Azər­bay­can Res­pub­li­ka­sı
və­tən­daş­la­rı­nın Azərbaycan Respublikasında keçirilən 
seç­ki­lər­də iş­ti­rak hü­qu­qu­na da­ir
 
    A­zər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı olan və onun əra­zi­sin­dən kə­nar­da mü­vəq­qə­ti və ya dai­mi ya­şa­yan azər­bay­can­lı­lar Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də ya­şa­yan Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­ları ilə bə­ra­bər hü­quq­la­ra ma­lik­dir və bə­ra­bər və­zi­fə­lər da­şı­yır­lar. (“Xa­ric­də ya­şa­yan azər­bay­can­li­lar­la bağ­li döv­lət si­ya­sə­ti haq­qın­da” Azər­bay­can Res­pub­li­ka­sı­nın Qa­nu­nu. Maddə 4.2.)
–    A­zər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın döv­lət or­qan­la­rı­na seç­mək və se­çil­mək, ha­be­lə re­fe­ren­dum­da iş­ti­rak et­mək hü­qu­qu var­dır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sı. Maddə 56.)
-            İr­qin­dən, mil­liy­yə­tin­dən, di­nin­dən, di­lin­dən, cin­sin­dən, mən­­şə­yin­dən, əm­lak və­ziy­yə­tin­dən, qul­luq möv­qe­yin­dən, əqi­də­sin­dən, si­ya­si par­ti­ya­la­ra, həm­kar­lar it­ti­faq­la­rı­na və baş­qa ic­ti­mai bir­lik­lə­rə mən­su­biy­yə­tin­dən və ya di­gər sta­tu­sun­dan ası­lı ol­ma­ya­raq Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın seç­mək, se­çil­mək və re­fe­ren­dum­da iş­ti­rak et­mək hü­qu­qu var­dır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 3)
-            A­zər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 56-cı mad­də­sin­də və bu Mə­cəl­lə­nin 14-cü mad­də­sin­də nə­zər­də tu­tu­lan hal­lar is­tis­na ol­maq­la, Mil­li Məc­li­sə seç­ki­lə­rin, Pre­zi­dent seç­ki­lə­ri­nin, bə­lə­diy­yə­lə­rə seç­ki­lə­rin, re­fe­ren­du­mun ke­çi­ril­mə­si gü­nü (hə­min gün də da­xil ol­maq­la) 18 ya­şı­na çat­mış Azər­bay­can Res­pub­li­ka­sı­nın hər bir və­tən­da­şı­nın seç­mək, re­fe­ren­dum­da səs ver­mək, seç­ki­lə­rin (re­fe­ren­du­mun) ge­di­şi­ni mü­şa­hi­də et­mək, seç­ki­qa­ba­ğı (re­fe­ren­dum­ qa­ba­ğı) təş­vi­qat­da iş­ti­rak et­mək, bu mə­cəl­lə ilə nə­zər­də tu­tul­muş seç­ki hə­rə­kət­lə­rin­də və re­fe­ren­du­mun ha­zır­lan­ma­sı ilə bağlı hə­rə­kət­lə­rin hə­ya­ta ke­çi­ril­mə­sin­də iş­ti­rak et­mək hü­qu­qu - ak­tiv seç­ki hü­qu­qu var­dır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 12.1.)
-            Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­sinin 12.1-ci mad­­dəsində göstərilən tələbə cavab verən, Azərbaycan Respub­li­ka­sında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Prezident seçkiləri, Milli Məclisə seçkilər, bələdiyyə seç­kiləri və ya referendum zamanı səsvermədə iştirak edə bilərlər. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 12.2.)
-            Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­sinin 12.1-ci maddəsində göstərilən tələbə cavab verən, müvafiq bələdiyyənin ərazisində 5 ildən az olmayaraq yaşayan xarici ölkənin vətən­daşları bələdiyyə seçkiləri zamanı səsvermədə iştirak edə bilərlər (o şərtlə ki, onların vətəndaşı olduqları dövlətlərdə əcnəbilərin bələdiyyələrə seçkilər zamanı eyni hüquqları tanınmış olsun). (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 12.3.)
-            Azərbaycan Respublikası Konstitusiyasının 56-cı mad­dəsinin II hissəsinə uyğun olaraq, məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər seçkilərdə, habelə refe­rendumda iştirak etmək hüququndan - aktiv seçki hüququndan məhrumdurlar. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 12.3.)
-            Azərbaycan Respublikası Konstitusiyasının 56-cı mad­dəsində və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, aktiv seçki hüququna malik olan hər bir vətəndaşın referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsçüsü olmaq, Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş prezidentliyə, deputatlığa, bələdiyyə üzvlüyünə namizədlər üçün irəli sürülən tələblərə cavab verdikdə, Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ vardır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 13.1.)
-            Passiv seçki hüququ ilə bağlı məhdudlaşdırıcı hallar Azər­baycan Respublikası Konstitusiyasının 56-cı, 85-ci, 100-cü maddə­ləri ilə və bu Məcəllə ilə müəyyən edilir. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 13.2.)
-            Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddə­sinin III hissəsinə, 85-ci və 100-cü maddələrinə uyğun olaraq, aşağıdakı şəxslərin Milli Məclisin deputatı, Prezident, bələdiyyə üzvü seçilmək hüququ - passiv seçki hüququ yoxdur (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 13.3.):
·        məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza çəkən şəxslər;
·        Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-15.5-ci maddələrində nəzərdə tutulan cinayətlərə görə məhkum olunmuş şəxslər;
·        ikili vətəndaşlığı olan Azərbaycan Respublikası vətən­daşları (ikili vətəndaşlığı qalanadək);
·        xarici dövlətlər qarşısında öhdəlikləri olan Azərbaycan Res­publikası vətəndaşları (həmin öhdəliklərə xitam veri­lənədək).
-            Bu Məcəllənin 12.2-ci maddəsində göstərilən istisnalar nə­zərə alınmaqla, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Res­publikasında aktiv və passiv seçki hüququna malik deyildir (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 15.1.).
-            Bu Məcəllənin 12.3-cü maddəsində göstərilən istisnalar nəzərə alınmaqla, əcnəbilər Azərbaycan Respublikasında aktiv və passiv seçki hüququna malik deyildir (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 15.2.).
-            Əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, onların filial və nümayəndəlikləri (bundan sonra - xarici hüquqi şəxslər) seçkilər zamanı namizədlərin irəli sürülməsində, qeydə alınmasında, qeydə alınmış namizədlərin seçki kampaniya­larında iştirak edə bilməzlər. Bu, əcnəbilərin və vətəndaşlığı olma­yan şəxslərin fikir azadlıqlarını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 15.3.).
-            Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlə­dən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur. Bu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin fikir azadlığını və sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmır (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 15.4.).
-            Bu tələblərə riayət etməyən əcnəbilər, vətəndaşlığı olma­yan şəxslər, xarici hüquqi şəxslər qanunla müəyyənləşdirilmiş qaydada məsuliyyətə cəlb edilirlər (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 15.5.).
-            Bələdiyyə seçkiləri istisna olmaqla, seçkilərdə iştirak edər­kən Azərbaycan Respublikasının vətəndaşları yalnız bir namizədin lehinə səs verə bilərlər (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 10.1.).
-            Referendumda iştirak edərkən Azərbaycan Respublika­sının vətəndaşları referenduma çıxarılan hər bir suala bir cavab verə bilərlər (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 10.2.).
Qeyd: Azər­bay­can döv­lə­ti­nə mən­sub olan, onun­la si­ya­si və hü­qu­qi bağlı­lı­ğı, ha­be­lə qar­şı­lıq­lı hü­quq və və­zi­fə­lə­ri olan şəxs Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı­dır. Azər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­də və ya Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rın­dan do­ğul­muş şəxs Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı­dır. Va­li­deyn­lə­rin­dən bi­ri Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı olan şəxs Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­da­şı­dır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sı. Maddə 52.)  


Azər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti seç­ki­lə­rin­də və referendumda səs­ver­mə­nin təş­ki­li­nə da­ir
–    Səs­ver­mə gü­nü xa­ri­ci döv­lət­lər­də olan se­çi­ci­lə­rin səs ver­mə­si və səs­lə­ri­nin he­sab­lan­ma­sı üçün seç­ki mən­tə­qə­lə­ri se­çi­ci­lə­rin ol­du­ğu əra­zi­lər­də Azər­bay­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri­nin və ya kon­sul ida­rə­lə­ri­nin rəh­bər­lə­ri tə­rə­fin­dən kon­sul qey­diy­ya­tı­na dur­muş se­çi­ci­lə­rin sa­yı 50-dən ar­tıq ol­duq­da səs­ver­mə gü­nü­nə azı 30 gün qal­mış ya­ra­dı­lır. Bu cür seç­ki mən­tə­qə­lə­ri yal­nız re­fe­ren­dum və Pre­zi­dent seç­ki­lə­ri­nin ke­çi­ril­mə­si üçün ya­ra­dı­lır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. M a d d ə 35.6.)
–    Səs­ver­mə gü­nü xa­ri­ci döv­lət­də Azər­bay­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­li­yi və ya kon­sul ida­rə­si möv­cud de­yil­sə və ya Azər­bay­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­li­yin­də və ya kon­sul ida­rə­sin­də Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si­nin 35.6-cı mad­də­si­nə uyğun ola­raq seç­ki mən­tə­qə­si ya­ra­dıl­ma­yıb­sa, hə­min xa­ri­ci döv­lət­də olan Azər­bay­can Res­pub­li­ka­sı­nın və­tən­daş­la­rı səs­ver­mə­də iş­ti­rak et­mir­lər. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 16.4.)
–    A­zər­bay­can Res­pub­li­ka­sı­nın hü­dud­la­rın­dan kə­nar­da ya­ra­dıl­mış seç­ki mən­tə­qə­lə­ri üz­rə se­çi­ci si­ya­hı­la­rı Azər­bay­can Res­pub­li­ka­sı­nın mü­va­fiq dip­lo­ma­tik nü­ma­yən­də­li­yi­nin və ya kon­sul ida­rə­si­nin rəh­bər­lə­ri­nin se­çi­ci­lər haq­qın­da ver­di­yi mə­lu­mat­lar əsa­sın­da, səs­ver­mə gü­nü­nə azı 25 gün qal­mış mü­va­fiq mən­tə­qə seç­ki ko­mis­si­ya­sı tə­rə­fin­dən təs­diq edi­lir. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 46.8.)
–    A­zər­bay­can Res­pub­li­ka­sı­nın hü­dud­la­rın­dan kə­nar­da ya­şa­yan və ya uzunmüd­dət­li xa­ri­ci eza­miy­yət­də olan Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın se­çi­ci si­ya­hı­la­rı­na da­xil edil­mə­si üçün on­la­rın Azər­bay­can Res­pub­li­ka­sı­nın hü­dud­la­rın­dan kə­nar­da dai­mi ya­şa­ma­sı­ fak­tı, ha­be­lə Azər­bay­can Res­pub­li­ka­sı­nın dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri­nin və ya kon­sul ida­rə­lə­ri­nin müəy­yən­ləş­dir­di­yi uzun­müd­dət­li xa­ri­ci eza­miy­yət­lər­də ol­ma­sı ­fak­tı əsas gö­tü­rü­lür. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 47.4.)
–    Se­çi­ci­lə­rin se­çi­ci si­ya­hı­sı­na da­xil ol­ma­la­rı­nı təs­diq­lə­yən sə­nəd se­çi­ci və­si­qə­si­dir. Se­çi­ci və­si­qə­sin­də se­çi­ci­nin adı, so­ya­dı, ata­sı­nın adı, do­ğum ta­ri­xi, ya­şa­yış ün­va­nı, si­ya­hı­ya alın­dı­ğı seç­ki dai­rə­si­nin adı və seç­ki mən­tə­qə­si­nin nöm­rə­si və ün­va­nı gös­tə­ri­lir. Se­çi­ci və­si­qə­si­nin nü­mu­nə­si Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı tə­rə­fin­dən təs­diq olu­nur və mən­tə­qə seç­ki ko­mis­si­ya­la­rı tə­rə­fin­dən Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı­nın müəy­yən et­di­yi qay­da­da se­çi­ci­lə­rə ve­ri­lir (çat­dı­rı­lır). Hər bir və­tən­da­şın sorğu­su­na əsa­sən mü­va­fiq seç­ki ko­mis­si­ya­sı onun se­çi­ci­lər si­ya­hı­sı­na da­xil olub-ol­ma­ma­sı haq­qın­da mə­lu­mat ver­mə­li­dir. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 46.2.)
 
A­zər­bay­can Res­pub­li­ka­sı Pre­zi­den­ti seç­ki­lə­rin­də ­və referendumda səs­ver­mə­nin qay­da­la­rı­na da­ir
–    Seç­ki­lər və re­fe­ren­dum za­ma­nı səs­ver­mə giz­li ol­ma­lı­dır, bu isə se­çi­ci­lə­rin ira­də­si­nin ifa­də­si üzə­rin­də hər cür nə­za­rə­ti is­tis­na et­mə­li­dir. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 6.)
–    Xa­ri­ci döv­lət­lər­də olan ak­tiv seç­ki hü­qu­qu­na ma­lik Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı seç­ki mən­tə­qə­si­nə gəl­dik­də xa­ri­ci pas­port və ya onu əvəz edən sə­nəd əsa­sın­da se­çi­ci si­ya­hı­la­rı­na da­xil edi­lir­lər. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 47.8.)
    A­zər­bay­can Res­pub­li­ka­sı­nın əra­zi­sin­dən kə­nar­da ya­şa­yan seç­ki hü­qu­qu­na ma­lik Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı səs­ver­mə pro­se­sin­də aşa­ğı­da gös­tə­ri­lən sə­nəd­lər­dən is­ti­fa­də edir­lər:
Ø                     Ü­mum­və­tən­daş pas­por­tu;
Ø                     Xid­mə­ti pas­port;
Ø                     Dip­lo­ma­tik pas­port.
A­zər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si­nin 1.1.25-ci mad­də­si­nə əsa­sən seç­ki hü­qu­qu­na ma­lik Azər­bay­can Res­pub­li­ka­sı və­tən­daş­la­rı­nın şəx­siy­yə­ti­ni təs­diq edən və seç­ki pro­se­sin­də is­ti­fa­də et­dik­lə­ri sə­nəd­lə­rin si­ya­hı­sı Azər­bay­can Res­pub­li­ka­sı Mər­kə­zi Seç­ki Ko­mis­si­ya­sı­nın 21 iyun 2003-cü il ta­rix­li 3/21 say­lı qə­ra­rı ilə təs­diq edil­miş­dir.
–    Hər bir se­çi­ci şəx­sən və tək­lik­də səs ve­rir. Baş­qa şəxs­lə­rin əvə­zi­nə səs ver­mə­yə ica­zə ve­ril­mir. Seç­ki bül­le­te­ni se­çi­ci­dən baş­qa heç kə­sin da­xil ol­ma­sı­na ica­zə ve­ril­mə­yən, giz­li səs­ver­mə üçün xü­su­si ava­dan­lıq­la təc­hiz edil­miş otaq­da və ya ka­bi­nə­də dol­du­ru­lur. Seç­ki bül­le­te­ni­ni müs­tə­qil ya­zıb dol­dur­maq im­ka­nı ol­ma­yan əlil se­çi­ci, mən­tə­qə seç­ki ko­mis­si­ya­sı­nın üzv­lə­rin­dən və mü­şa­hi­də­çi­lər­dən baş­qa, is­tə­di­yi şəx­si kö­mək üçün otağa və ya ka­bi­nə­yə ça­ğı­ra bi­lər. Bu şəx­sin so­ya­dı və ini­sia­lı se­çi­ci­lər si­ya­hı­sın­da seç­ki bül­le­te­ni alın­ma­sı ba­rə­də se­çi­ci­nin im­za­sı ilə bir­gə gös­tə­ri­lir. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 104.9.).
–    Se­çi­ci dol­du­rul­muş seç­ki bül­le­te­ni­ni səs­ver­mə üçün nə­zər­də tu­tul­muş seç­ki qu­tu­su­na sa­lır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 104.10.)
–    Se­çi­ci seç­ki bül­le­te­nin­də səs ve­rə­cə­yi pre­zi­dent­li­yə na­mi­zə­din so­ya­dın­dan sağ­da­kı kvad­rat­da işa­rə qo­yur. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 200.2.).
–    Bir­dən çox boş kvad­rat­da işa­rə qo­yul­duq­da və ya heç bir işa­rə qo­yul­ma­dıq­da səs eti­bar­sız sa­yı­lır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 200.3.)
-            Referendum zamanı seçici səsvermə bülletenində referen­duma çıxarılan cavab variantlarının birini - "lehinə" və ya "əleyhi­nə" ("hə" və ya "yox", "razıyam" və ya "razı deyiləm") -seçərək sağda yerləşən boş kvadratda işarə qoyur. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 135.2.)
-             Hər iki boş kvadratda işarə qoyulduqda və ya heç bir işarə qoyulmadıqda səs etibarsız sayılır. (Azər­bay­can Res­pub­li­ka­sı­nın Seç­ki Mə­cəl­lə­si. Maddə 135.3.)
 
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved