• Fransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıbFransa mətbuatı Azərbaycan torpaqlarının işğalından yazıb
  • Azərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunubAzərbaycan İsveçrədə keçirilən kino festivalında təmsil olunub
  • İstanbulda Novruz bayramı qeyd edilibİstanbulda Novruz bayramı qeyd edilib
  • Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib


III Ərazi Şöbəsi


III Ərazi Şöbəsi

 

Şöbənin əsas  vəzifələri:

 

1.     Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılarla Azərbaycan Respublikasının dövlət orqanları, eləcə də qeyri-hökumət təşkilatları ilə sıx əlaqələr qurmaq və  inkişaf etdirmək, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında informasiya almasına şərait yaratmaq;

2.     Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların Azərbaycan Respublikasının iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına cəlb etmək və inkişaf etdirmək;

3.     Dünya Azərbaycanlılarının mənəvi birliyinə və həmrəyliyinə xidmət edən ümummilli ideyaları, milli mənəvi dəyərləri öyrənmək, sistemləşdirmək və ardıcıl surətdə Azərbaycan Respublikasının vətəndaşları və xaricdə yaşayan azərbaycanlılar arasında yayılmasını təmin etmək;

4.     Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların bir-biri ilə əlaqə yaratmasına, təşkilatlanması işinə dəstək vermək, yaradılan ictimai, mədəni və digər birliklərin respublika ilə əlaqələrinə kömək göstərmək;

5.     Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların keçirdikləri kütləvi tədbirlərdə iştirak etmək və Azərbaycanın müvafiq dövlət və qeyri-dövlət təşkilatlarının iştirakını təmin etmək;

6.     Diaspora ilə işin təmin olunması və aparılması sahəsində digər ölkələrin təcrübəsinin öyrənilməsinə və tətbiq olunmasına yardım göstərmək;

7.     Azərbaycan Respublikası qanunvericiliyindən, Azərbaycan Respublikası fərman və sərəncamlarından, Nazirlər Kabinetinin qərarlarından irəli gələn digər vəzifələri yerinə yetirmək;

 

 

 

Şöbənin əsas funksiyaları:

 

  1. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılarla iş sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə dair təkliflər hazırlayır və bu sahədə qəbul olunmuş qərarları həyata keçirir;
  2. Müəyyən olunmuş qaydada şöbənin fəaliyyət sahəsinə daxil olan məsələlər üzrə hüquqi aktların layihələrini hazırlayır və təqdim edir;
  3. Azərbaycan dilini, mədəniyyətini, mənəvi dəyərlərini Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılar vasitəsi ilə yerində geniş təbliğ edir;
  4. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların öz mədəni irsinin qorunub saxlanmasında və inkişaf etdirilməsində yardım məqsədi ilə mədəniyyət mərkəzləri, mədəni-maarif təşkilatları, kitabxanaları, arxivləri, muzeyləri, teatrlarına və digər yardımçı kollektivlərinə müvafiq dövlət orqanları, şöbələri ilə birgə yardımı təşkil edir;
  5. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlılarla bağlı dövlət proqramlarını işləyib hazırlayır və həyata keçirir;
  6. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların vəziyyəti və onlarla aparılan iş haqqında hesabatlar, illik məruzələr hazırlayır;
  7. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların problemləri ilə bağlı dəyirmi masalar, seminarlar, beynəlxalq konfranslar keçirir;
  8. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların yığcam yaşadığı regionlarda müvafiq təşkilatlarla birgə ana dilində məktəblərin və mədəniyyət mərkəzlərinin açılmasını və fəaliyyətini təşkil edir;
  9. Müvafiq beynəlxalq tədbirlərdə müəyyən edilmiş qaydada iştirak edir və öz səlahiyyətləri çərçivəsində Dövlət Komitəsini təmsil edir;
  10.  Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların ictimai birliklərinin Respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirakına kömək göstərir;
  11.   Elm və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa, Azərbaycan Respublikasının    tədris müəssisələrində təhsil almasında  xaricdə yaşayan azərbaycanlılara yardım edir;
  12.  Komitənin Əsasnaməsi ilə şöbəyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları yerinə yetirir.

 

 

 

 

Şöbənin hüquqları:

 

  1. Mövcud şəraitə uyğun iş istiqamətlərini müəyyən edir, əlaqədar təşkilatlara şöbəni maraqlandıran məsələlər üzrə müraciət edir, lazım gəldikdə sənədlərlə tanış olur;
  2. Səlahiyyətləri çərçivəsində konfranslar, müşavirələr, seminarlar keçirir, sərgilər və digər tədbirlər təşkil edir;
  3. Şöbənin səlahiyyətinə aid problemlərin öyrənilməsi üçün qanunvericiliyə uyğun olaraq mütəxəssislər və ekspertlər cəlb edir;
  4. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliyada yaşayan azərbaycanlıların məktəb və digər mərkəzləri üçün ana dili dərsliklərinin, müvafiq tədris proqramlarının və vəsaitlərinin hazırlanmasında iştirak edir;
  5. Türkiyə Respublikası, Orta Asiya Respublikaları, Gürcüstan, Yaxın Şərq Ölkələri və Yeni Zelandiya ilə Avstraliya üzrə məlumat toplamaq, onları ümumiləşdirmək və analitik təhlil aparmaq məqsədi ilə Komitənin müvafiq struktur  bölmələri ilə əlaqə saxlayır, keçirdikləri tədbirlərdə iştirak edir;
  6. Səlahiyyətlərinə aid məsələlər üzrə metodiki və təlimat xarakterli məsləhətlər və izahatlar verir;

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved