• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


AVROPA AZƏRBAYCANLILARI KONQRESİNİN TƏSİS KONFRANSI


 

Avropa Azərbaycanlıları Konqresinin təsis konfransı
 
     2003-cü ilin mayında Türkiyənin İzmir şəhərində keçirilən “ Azərbaycan diasporu: reallıqlar və perspektivlər” mövzusunda dünya Azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin növbəti konfransı zamanı Avropada fəaliyyət göstərən icma və birliklərin vahid təşkilatda birləşdirilməsi məsələsi bir daha müzakirə olunmuşdur. Konfransda dünyanın müxtəlif ölkələrində, xüsusilə Avropada fəaliyyət göstərən icma və birliklərin nümayəndələri iştirak etmişdir. Aparılan müzakirələr zamanı Avropada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birləşdirilməsinin zəruriliyi və bu məsələnin bütün dünyada gedən qloballaşma, inteqrasiya proseslərinin tələbi ilə meydana çıxdığı qeyd edilmişdir.
      Bu ideyanın reallaşdırılması zəruriliyini nəzərə alaraq, 2004-cü ilin aprel ayının 17-də Berlin şəhərində Avropa Azərbaycanlıları Konqresinin  təsis konfransı keçirilmişdir.
     Avropa Azərbaycanlıları Konqresinin yüksək səviyyədə keçirilmiş təsis konfransına dünyanın 28 ölkəsində fəaliyyət göstərən 50-dən çox diaspor təşkilatlarından 264 nümayəndə qatılmışdır. Konfransda Rusiya Federasiyası, Ukrayna, Belorus, İsveç, İsveçrə, Norveç, Danimarka, Fransa, Hollandiya, Avstriya, Çexiya. Bolqarıstan, Rumıniya, Macarıstan, Belçika, Finlandiya, Polşa, Estoniya, Litva və Almaniyadakı Azərbaycan icmalarının nümayəndələri, Türkiyə Böyük Millət Məclisinin, Almaniya Bundestaqının üzvləri, eyni zamanda Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri iştirak etmişlər. Konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunmuşdur.
     Avropa Azərbaycanlıları Konqresinin   təsis konfransı yalnız Avropa azərbaycanlılarının vahid təşkilatda birləşdirilməsini təsbit edən qərarların qəbulu ilə deyil, həm də Azərbaycan həqiqətlərinin, respublikamızın qarşılaşdığı problemlər, ölkəmizin nailiyyətləri və perspektivləri ilə bağlı reallıqların Avropa ictimaiyyətinə çatdırılması ilə də yadda qalmışdır. Konfransda “ Azərbaycan Avropa Məkanında-Avropa dəyərləri: demokratiya, dünyəvilik, qanunun aliliyi vətəndaş cəmiyyətinin normalarına çevrilir”, “Azərbaycan-Almaniya münasibətləri müasir mərhələdə”, “Azərbaycan iqtisadiyyatında yeniləşmə və dinamika”, “Bakı-Tbilisi-Ceyhan Xəzər regionu və Aralıq dənizi ölkələri arasında körpüdür”, “Azərbaycanda turizm potensialının imkanları” mövzularında məruzələr dinlənilmişdir.
     Təsis konfransında “Azərbaycan diaspor quruculuğunun çağdaş durumu və inkişaf perspektivləri” mövzusunda geniş müzakirələr aparılmışdır. Bu müzakirələr səmərəli keçmiş və Azərbaycan dövlətinin inkişafı diaspor quruculuğunun sürətləndirilməsini şərtləndirən amil kimi dəyərləndirilmişdir. Həmin ideyanın həyata keçirilməsində qarşıya çıxan çətinliklər və maneələr, gələcəkdə görüləcək işlər, dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsinin əsas prinsipləri ətrafında ciddi fikir mübadiləsi aparılmışdır.
    Müzakirələrdən sonra Avropa Azərbaycanlıları Konqresinin Nizamnaməsi qəbul edilmiş və qurumun rəhbər orqanları seçilmişdir.
     Sözügedən sənədlərdə bir daha Avropa Azərbaycanlıları Konqresinin   yaranmasının zəruriliyini ifadə edən amillər, təşkilatın öz qarşısına qoyduğu məqsəd və vəzifələr, azərbaycanlıların vahid bir təşkilatda birləşdirilməsi istiqamətində görəcəyi işlər barədə ətraflı məlumat verilmişdir. Təsis konfransının qətnaməsində vurğulanmışdır ki, Avropadakı Azərbaycan icmaları Azərbaycan Respublikası Prezidentinin –ümummilli lider Heydər Əliyevin ideyalarını həyata keçirməyə xidmət edən siyasətini dəstəkləyir, milli maraqlarımızın reallaşdırılması istiqamətində dövlət başçımızın həyata keçirdiyi tədbirlərin uğurlu nəticələr verməsində əllərindən gələni etməyə hazır olduqlarını bildirirlər.
     AAK-ın başlıca məqsədi Avropa ölkələri ərazisində Azərbaycan diasporunun vahid təşkilatda birləşdirilməsinə xidmət etməkdir. Bu regionda məskunlaşmış azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, insan hüquq və azadlıqlarının həyata keçirilməsinə dəstək vermək konqresin əsas vəzifələrindən biri kimi təsbit edilmişdir. Təşkilatın əsasnaməsinə görə həmin vəzifələri həyata keçirmək üçün AAK dövrü nəşrlərdə, elektron kütləvi informasiya vasitələrində fəal təbliğat işi aparmalıdır. Bundan başqa, AAK-ın fəaliyyət sahələrindən biri də Azərbaycan, Qafqaz və Xəzər bölgələri ilə əlaqəli elmi-tədqiqat işlərini dəstəkləmək, fondlar, tədqiqat institutları, kitabxanalar və arxivlər təsis etməkdən ibarətdir.
    AAK öz nəzdində mətbuat bölməsi və komitələr yaratmaq səlahiyyətinə, müxtəlif mövzulara aid konfranslar, diskussiyalar, mətbuat üçün brifinqlər, kurslar, seminarlar, məruzələr, sərgilər, musiqili tədbirlər, təhsillə əlaqəli səfərlər təşkil etmək imkanlarına da malikdir. Təşkilat Avropada, MDB-də və digər region ölkələrdə fəaliyyət göstərən və Azərbaycan Respublikası ilə yaxşı münasibətlərə malik qurumlarla sıx dostluq və əməkdaşlıq münasibətləri saxlamağı qarşısına məqsəd qoymuşdur.
     Tədbirin sonunda 50-dən artıq icma və birliklərin iştirakı ilə rəsmi razılıq protokolu imzalanmış və AAK-ın təsis konfransının qətnaməsi eyni zamanda, konfrans iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti qəbul olunmuşdur.
     Azərbaycan xalqının XX əsrdə yaşadığı faciələr, məruz qaldığı terror və soyqırım aksiyaları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və digər faktların Avropa ictimaiyyətinə, burada fəaliyyət göstərən müxtəlif təşkilatlara obyektiv şəkildə çatdırması Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətində prioritet məsələlər sırasında dayanır.
    Avropa Azərbaycanlıları Konqresi ötən dövrdə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərmişdir. Təşkilatın strukturlarının təkmilləşdirilməsi məqsədilə müvafiq təkliflər hazırlanmışdır. Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələri əsasında AAK-ın Avropadakı Azərbaycan dərnəklərinin, icmalarının, federasiyalarının və bir çox başqa diaspor təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsində əhəmiyyətli rol oynadığını nəzərə alaraq, onun işinin səmərəsinin artırılmasında, strukturlarının formalaşdırılmasında fəal iştirak etməyə, Azərbaycanda gedən proseslər barədə ətraflı məlumatlandırmağa çalışır.
    Avropa Azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsi digər qitələrdə də oxşar təyinatlı qurumların təsis edilməsi üçün örnək rolunu oynamaqdadır. Dünya azərbaycanlılarını vahid təşkilatda birləşdirməyə xidmət edən bu işin davamı olaraq hazırda Asiyada fəaliyyət göstərən diaspor təşkilatlarını bir araya gətirmək istiqamətində tədbirlər həyata keçirilməkdədir.
 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved