• V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib
  • V Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıbV Qlobal Bakı Forumunda gənclərin iştirakı ilə keçən plenar sessiyası maraqlı müzakirələrlə yadda qalıb
  • V Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıbV Qlobal Bakı Forumunda Avropanın gələcəyinə dair müzakirələr aparılıb
  • V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunubV Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub


KANADA AZƏRBAYCAN TƏŞKİLATLARI FEDERASİYASININ TƏSİS KONFRANSI


 

Kanada Azərbaycan Təşkilatları Federasiyasının təsis konfransı
 
    2005-ci il aprelin 16-da Kanadanın Toronto şəhərində Kanada-Azərbaycan əməkdaşlıq Assosiasiyası, Azərbaycan Təhsil və Mədəniyyət Mərkəzi, Kanada Azərbaycan Qadınları Assosiasiyası, Azərbaycan-Kanada Dostluq Cəmiyyəti, Kvebek Azərbaycanlıları Assosiasiyası, Ontario Azərbaycanlıları Cəmiyyəti, Kanada Azərbaycan Alyansının iştirakı ilə
Azərbaycan təşkilatları Federasiyasının ilk təsis konfransı keçirilmişdir.
    Konfransda Kanada Azərbaycan Təşkilatları Federasiyasının yaradılmasının əhəmiyyətindən, məqsədlərindən danışılmış və Azərbaycan diaspor quruculuğu problemlərinin həlli istiqamətində atılacaq addımların səmərəliliyini təmin etmək üçün Kanadadakı cəmiyyətlərin vahid bir mərkəzdən fəaliyyət göstərməsinin vacibliyi vurğulanmışdır.
    Konfrans iştirakçıları Azərbaycan icmalarının fəaliyyətini koordinasiya edən yeni qurumun yaradılması işini alqışladıqlarını bəyan etmişlər. İştirakçılar Federasiyanın yaranmasını təqdirəlayiq hadisə hesab etdiklərini və təşkilatların mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsinin ümumi məqsəd və amallara nail olmaq üçün münbit şərait yaradacağına əminliklərini vurğulamışlar.
    Konfrans iştirakçıları yeni yaranan Federasiyanın Kanadadakı Azərbaycan diasporunun getdikcə güclənməsində, təşkilatlanmasında və beləliklə də cəmiyyətlərin fəaliyyətinin pərakəndəliyinə son qoyulmasında, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə düzgün çatdırılmasında mühüm rol oynayacağını bildirmişlər.
    Konfransda çıxış edən Türk diasporunun nümayəndələri Azərbaycan icmalarının vahid mərkəzdən idarə olunmasının zəruriliyini vurğulayaraq, türk icmalarının həmin federasiyaya dəstək verəcəklərinə hazır olduqlarını bəyan etmişlər.
    Aparılmış müzakirələrin nəticəsində konfrans iştirakçıları Federasiyanın yaranması ilə bağlı Bəyannamə imzalamışlar. Konfransın sonunda qurumun Nizamnaməsinin hazırlanması, qeydiyyatı və ilk qurultayına hazırlıq işləri idarə heyətinə həvalə olunmuşdur.
   Təsis konfransının qərarında ölkəmizin iqtisadi inkişafının sürətləndirilməsində Azərbaycan icmalarının potensialından da istifadə edilməsi, dilimizin, milli mənəvi dəyərlərimizin yaşadılması və təbliği, Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və s. kimi mühüm məsələlərin Federasiyanın qarşısında əsas vəzifələr kimi qoyulduğu göstərilmişdir.
 
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved