• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Bakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcəkBakı şəhərində Qlobal Gənc Liderlər Forumu keçiriləcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir


TÜRKİYƏ-AZƏRBAYCAN DƏRNƏKLƏRİ FEDERASİYASININ TƏSİS KONFRANSI


 

 
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı
 
     2004-cü ilin may ayının 28-də Türkiyə Respublikasının İsgəndərun şəhərində 18 Azərbaycan icma və birliklərini özündə birləşdirən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis konfransı keçirilmişdir.
     Konfransın işində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri, Avropa Azərbaycanlıları Konqresinin rəhbərliyi, Türkiyə Cümhuriyyətinin siyasi və ictimai xadimləri, bir sıra ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri də iştirak etmişlər.
     Konfransda öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbir iştirakçılarına təbrik məktubu oxunmuş və bundan sonra müxtəlif mövzularla bağlı məruzələr dinlənilmişdir. Aparılmış müzakirələrin yekunu olaraq qətnamə qəbul olunmuşdur. Qətnamədə qardaş Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirməyi Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının qarşısına məqsəd qoyduğu xüsusi qeyd olunmuşdur. Sənəddə TADF-in Dünya azərbaycanlılarının təşkilatlanmasını müstəqil Azərbaycan dövlətinin inkişafı baxımından vacib hesab etdiyi və bu sahədə əlindən gələni etməyə hazır olduğu da bəyan edilmişdir.
      TADF-in təsisçiləri Türkiyədəki həmvətənlərimizi bir araya gətirmək, onların Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək amalına sadiq qalaraq, eyni zamanda dünya azərbaycanlılarının vahid bir təşkilatda birləşdirilməsinin tarixi zərurət olduğunu qeyd edərək, TADF-in Avropa Azərbaycanlıları Konqresinin tərkibinə daxil olmasını məqsədəuyğun hesab etmişlər.
      Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADF) təsis olunması ilə bağlı rəsmi razılıq protokolunu qardaş ölkənin 18 şəhərindəki Azərbaycan Kültür və Dayanışma mərkəzlərinin rəhbərləri imzalamış və Türkiyədə fəaliyyət göstərən digər Azərbaycan dərnək və qurumlarını da Federasiya ətrafında sıx birləşməyə çağırmışlar. Hazırda təşkilatın üzvlərinin sayı 20-yə çatmışdır.
      Təsis konfransında Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının I qurultayının mümkün qədər qısa vaxt ərzində Ankara şəhərində çağırılması qərara alınmışdır.
      Tədbirin sonunda Azərbaycan Prezidentinə ünvanlanmış müraciətdə TADF-in ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və onu siyasi kursunun davamçısı kimi cənab İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi Azərbaycançılıq ideyasının gerçəkləşdirilməsinə layiqli töhfəsini verməyə çalışacağı bəyan edilmişdir.
     Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təsis olunması ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən çoxsaylı cəmiyyət və dərnəklərin bir araya gətirilməsi, onların fəaliyyətinin əlaqələndirilməsi istiqamətində atılmış addımların növbəti göstəricisidir.
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved