• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


KABABLAR


TİKƏ KABAB

Qoyun əti – 330 q, baş soğan - 60 q, göy soğan – 40 q, cəfəri və reyhan – 10 q, sumaq – 3 q, və ya nar şərab – 5 q, duz, istiot. Qoyun ətinin bud və ya bel hissəsindən 35-40 qramlıq tikələr kəsib duz və istiot vurulur, şişə taxılır və manqalda od üzərində qızardılır. Bəzən kebabın əvvəlində yazılmış qayda üzrə basdırma hazırlanır. Kebab hazır olan kimi masaya verilməlidir. Tikə kebabın yanında halqavarı doğranmış soğan və ya narşərab, (yay vaxtı şişdə qızardılmış pomidor) istiot və duz verilir.

LÜLƏ KABAB

Qoyun əti -330 q, quyruq yağı – 20 q, baş soğan – 20 q, göy soğan – 40 q, cəfəri və reyhan – 15 q, buğda unu – 45 q, sumaq – 3 q, duz, istiot. Qoyun ətinin yumşaq hissəsi soğanla birlikdə ətçəkən maşından keçirilir, istiot və duz vurulub ciddi qarışdırılır. Qiymə soyumaq üçün 20 dəqiqə soyuducuya qoyulur. Qiymə bir qədər enli şişlərdə uzunsov formaya salınır. Lüləkebab manqalda közərmiş kömür üzərində qızardılmış. Lüləkebab süfrəyə verildikdə lavaşın içinə qoyulur. Lavaş hazırlamaq üçün mayasız bərk xəmir 1 mm qalınlığında yayılır və hər iki üzü yağsız tavada bişirilir. Lüləkəranın yanına halqavarı doğranılmış baş soğan, sumaq, yaxud şişdə qızardılmış pomidor verilir.

 

HƏVƏSKAR KABABI

Xammallar və hazırlanma qaydası tikə-kebabda olduğu kimidir. Burada qoyun cəmdəyi belinin qabırğa sümükləri ilə birlikdə 5-6 tikə ət kəsir və şişə taxıldıqda həmin tikələrin üstü bir tərəfə baxmalıdır.

TOYUQ KABABI

Toyuq əti – 300 q, baş soğan – 35 q, keşniş və cəfəri – 25 q, duz, istiot, sumaq. İlk emaldan keçirilmiş toyuq ətdən 40-50 qramlıq tikələr kəsilir, duz və istiot vurulur. Şişə taxılıb manqalda qızardılır. Hazır kebabın yanına halqavarı doğranmış baş soğan verili və üstünə göyərti səpilir. Hind toyuğu kebabı da belə hazırlanır.

 

 

CÜCƏ KABABI

Cücə - 285 q, xama – 10 q, baş soğan – 30 q, keşniş və cəfəri – 25 q, limon - 1/2 əd., və ya narşərab – 25 q, duz, istiot.İlk emaldan keçirilmiş cücə iki hissəyə bölünür, istiot və duz vurulub şişə taxılır. Xama ilə isladılıb manqalda qızardılır. Hazır kebabın yanında halqavarı doğranmış baş soğan verili və üstünə limon dilimi qoyulur.

TAVA KABABI

Qoyun əti – 220 q, ərinmiş yağ – 30 q, baş soğan – 40 q, yumurta – 2 əd., şəkər – 5 q, sirkə - 10 q, keşniş və şüyüd – 25 q, duz, istiot. Yay vaxtı şəkər və sirkə 50 q pomidorla əvəz edilir. Qoyun ətinin yumşaq hissəsi soğanla ətçəkən maşından keçirilir, istiot v duzu vurulub qarışdırılır. Hər pay üçün 3 ədəd girdə küftələr hazırlanıb yağda qızardılır, şəkər və sirkə vurulub şirə hazırlanır. Tava kebabına kiçik tavaya düzüb üstünə göyərti qarışdırılmış yumurta, habelə soğandan hazırlanmış şirə töküb hazır vəziyyətə gətirirlər. Süfrəyə verdikdə üstünə göyərti səpilir.

 

BADIMCANLA QUYRUQ KABABI

Badımcan – 350 q, qoyun quyruğu – 60 q, soğan – 40 q, cəfəri və şüyüd – 20 q, duz, istiot. Badımcan (xırdaları) təmizlənir, saplağı kəsilir. Qoyun quyruğu 15-20 q çəkidə doğranır və növbə ilə badımcanla şişə taxılır. Manqalda qızardılır, süfrəyə verdikdə badımcanın qabığı təmizlənir, quyruqla birlikdə xırdalanır, duz, istiot vurulur və üstünə göyərti səpilir.

KARTOF KABABI

Kartof – 350 q, qoyun quyruğu – 60 q, göy soğan – 40 q, cəfəri – 10 q, duz, istiot. Kartof soyulur, iriləri 40-50 qram çəkidə doğranır və qaynar duzlu suda pörtülür (15020 saniyə). Qoyun quyruğu 15-20 qram çəkidə doğranır, növbə ilə kartofla şişə taxılır və manqalda qızardılır. Hazır kebabın üstünə göyərti səpilir.

QARA CİYƏR KABABI

Qoyun qara ciyəri – 230 q, qoyun quyruğu – 60 q, cəfəri – 18 q, sumaq – 3 q, duz. Qara ciyər pərdələrdən təmizlənir. 30-40 qr çəkidə doğranır . Qoyun quyruğu 1015 qramlıq tikələrə doğranır və növbə ilə qara ciyərlə şişə taxılır. Manqalda qızartmazdan əvvəl qara ciyərə duzlu su çilənir. Hazır kebabın üstünə göyərti və sumaq səpilir.

 
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved