• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


DOLMALAR


YARPAQ DOLMASI

Qoyun əti – 180 q, düyü – 30 q, baş soğan – 20 q, göyərti (keşniş, şüyüd və nanə) – 15 q, tənək yarpağı – 40 q, qatıq – 20 q, ərinmiş yağ – 10 q, duz, istiot, darçın. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, xırda doğranılmış göyərti (keşniş, şüyüd, nanə), duz, istiot və bəzi hallarda isladılmış noxud ləpəsi qatılır. Təzə üzüm yarpaqları qaynar suda pörtlədilir, duza qoyulmuş yarpaqlar isə yarımhazır vəziyyətə gəlincə suda bişirilir. Qiymə yaxşı qarışdırılır. Hər yarpağa orta hesabla 25 q qiymə bükülüb qazana yığılır, üzərinə su tökülüb hazır olana kimi (bir saat) bişirilir. Stola verildikdə ayrıca qabda qatıq qoyulur.

BADIMCAN DOLMASI

Qoyun əti – 163 q, badımcan – 300q, baş soğan – 20 q, ərinmiş yağ – 20 q, pomidor – 50 q, göyərti (reyhan, keşniş) – 15 q, darçın – 0,2 q, qatıq – 50 q, istiot -0,1 q, duz. Badımcanın saplağı ilə birlikdə üçü kəsilir, soyuq duzlu suya salınıb qaynayana kimi qızdırılır. 1-2 dəqiqə pörtülür. Uzununa kəsilib tumdan təmizlənir . qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır və badımcanlara doldurulur. Qiymə ilə doldurulmuş badımcanlar dayaz qazana yığılıb ətrafına pomidor dilimləri düzülür, az miqdar bulyon tökülüb öz buğunda bişirilir. Süfrəyə verildikdə üstünə öz sousundan tökülür. Ayrıca qabda darçınlı qatıq verilir.

POMİDOR DOLMASI

Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır, duz, istiot vurulur, arasıkəsilmədən qarışdırılaraq qızardılır. Qiyməyə doğranmış göyərti və darçın qatılıb qarışdırılır. Orta ölçüdə bərk pomidor seçilib təpəsi kəsilir və özəyi çıxarılır. Hazırlanmış pomidora qiymə doldurulur, dayaz qazana yığılır. Üzərinə pomidordan çıxarılmış özəyin yağda qızardılması ilə hazırlanmış sous əlavə edilib öz buğunda bişirilir.

BİBƏR DOLMASİ

Bibər yuyulur, özəyi çıxarılır. Qoyun ətindən quyruq və soğanla qiymə hazırlanır. Qiyməyə duz, istiot və pörtlədilmiş düyü qatılıb qarışdırılır. Həmin qiymə bibərə doldurulur, yağda qızardılır və üstünə azacıq bulyon tökülüb 15-20 dəqiqə öz buğunda bişirilir


KƏLƏM DOLMASI

Qoyun əti – 162 q, düyü – 20 q, noxud – 10 q, baş soğan – 15 q, kələm – 220 q, şabalıd – 50 q, keşniş – 15 q, pomidor – 50 q, şərab sirkəsi – 10 q, və ya limon turşusu – 2 q, şəkər – 5 q, və ya doşab - 15 q, darçın – 0,1 q, duz. Qoyun ətindən soğanla birlikdə qiymə hazırlanır. Qiyməyə düyü, soyuq suda isladılmış noxud ləpəsi, təmizlənmiş və xırda doğranmış şabalıd, pomidor, göyərti, istiot və duz vurulub ciddi qarışdırılır. Kələmi qaynar suda pörtüb, yarpaqları ayırır və hər pay üçün üç ədəd olmaqla kələmin içərisinə qiymə qoyulub kvadrat formasında bükülür. Qazana yığılır, üzərinə bulyon və ya su tökülür, bişirilir. Hazır olmasına 20 dəqiqə qalmış üzərinə şəkər və sirkədən edilir. Süfrəyə verdikdə kələm dolmasının üstünə bişirildiyi sousdan tökülüb darçın səpilir.

ALMA DOLMASI

Qoyun əti – 60 q, ərinmiş yağ – 10 q, alma – 200 q, baş soğan – 15 q, şəkər – 5 q, şərab sirkəsi – 10 q, zəfəran - 0,1 q, duz. Qoyun ətindən qiymə yağda qızardılır, üzərinə şəkər və sirkə əlavə edib hazır vəziyyətə çatdırılır. Orta ölçülü yumru almaların özəyi çıxarılır. Hazırlanmış almaya qiymə doldurulur və azacıq bulyonda bişirilir. Süfrəyə verildikdə üstünə yağda qızardılmış soğan qoyulur.

HEYVA DOLMASI

Qoyun əti – 108 q, heyva – 400 q, ərimiş yağ – 25 q, şabalıd – 25 q, şüyüd – 12 q, şəkər – 5 q, duz. Qoyun ətindən hazırlanmış qiyməyə duz, göyərti və qabıqdan təmizlənmiş şabalıd qatılır. Heyvanın içi çıxarılıb oraya qiymə doldurulur, üstünə bulyon töküb öz buğunda bişirilir.

ƏVƏLİK DOLMASI

Xammalların miqdarı və hazırlanma qaydası yarpaq dolmasında olduğu kimidir. Üzüm yarpağı əvəzinə əvəlik götürülür. Cökə və heyva yarpağından da bu cür dolma bişirilir.

SOĞAN DOLMASI

Qoyun əti – 163 q, baş soğan – 178 q, düyü – 15 q, qoyun quyruğu – 20 q, ərinmiş yağ – 20 q, qatıq – 50 q, darçın - 0,1 q, istiot - 0,1 q, duz. Qiymə bibər dolmasında olduğu kimi hazırlanır. Lakin ona qızardılmış soğan qatılır. İri baş soğanın özəyi çıxarılıb içərisinə qiymə yerləşdirilir. Qazana yığıb azacıq bulyon əlavə edərək öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və yanına darçın qatılmış qatıq qoyulur.

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved