• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


BALIQ YEMƏKLƏRİ


NƏRƏ BALIĞINDAN KABAB

Nərə balığı – 347 q, bitki yağı – 5 q və ya xama – 10 q, baş soğan – 24 q, göy soğan – 32 q, təzə pomidor – 100 q, limon - 1/5 əd., narşərab – 5 q, sumaq – 1 q, istiot - 0,1 q, duz. Nərə balığı adi qaydada təmizlənir. 40-50 qramlıq tikələrə doğranır, duz, istiot vurulur, xama ilə isladılıb 7-10 dəqiqə manqalda qızardılır. Hazır balıq kababı yanına təzə pomidor, doğranmış soğan və limon dilimləri qoyulur. Narşərab və sumaq ayrıca verilir.

KÜTÜM LƏVƏNGİ

Təzə kütüm – 253 q, qoz ləpəsi – 50 q, baş soğan – 30 q, ərinmiş yağ – 10 q, zoğal axtası – 25 q, kişmiş – 50 q, duz. Balıq bütöv şəkildə təmizlənir, içalatı çıxarılır və yuyulur. Yağda qızardılmış soğana döyülmüş qoz, isladılıb xırda doğranmış zoğal axtası və kişmiş qatılıb qiymə hazırlanır. Balıq duzlanır, içinə qiymə qoyulub sapla sarınır, qızdırıcı şkafda bişirilir. Süfrəyə verildikdə eninə tərəfə tikələrə doğranır.

LƏNKƏRANSAYAĞI SUF BALIĞI

Təzə suf – 350 q, buğda unu – 10 q, ərinmiş yağ – 35 q, baş soğan – 50 q, cəfəri – 15 q, limon - 1/5 əd., istiot - 0,1 q, duz. Kiçik ölçülü balıqları bütöv, paylıq balıqları isə tikə şəklində emaldan keçirir, duz, istiot vurur, unla urvalayır və hazır olunca qızardırlar. Qızardılmış balığın yanına halqavarı doğranmış baş soğan, limon dilimi qoyulur, üstünə yağ tökülür və göyərti səpilir.

LƏNKƏRANSAYAĞI QIZARDILMIŞ BALIQ

Balıq – 248 q, buğda unu – 10 q, ərinmiş yağ – 25 q, baş soğan – 40 q, pomidor – 50 q, limon – 10 q, cəfəri – 15 q, istiot, duz. Çapaq balığı təmizlənir, tikələrə doğranır. Balıq tikələrinə istiot və duz vurulur, un içərisində urvalanıb hər iki tərəfi tavada qızardılır. Qızardılmış balıq bir neçə dəqiqə qızdırıcı şkafa qoyulub hazır vəziyyətə çatdırılır. Süfrəyə verilən zaman balıq qızartması boşqaba qoyulub yanına halqavarı doğranmış baş soğan, pomidor və limon dilimləri düzülür, üstünə cəfəri göyərtisi səpilir.

 

QIZARDILMIŞ QIZIL BALIQ

Qızıl balıq – 248 q, buğda unu – 10 q, ərinmiş yağ – 25 q, baş soğan – 40 q və ya göy soğan – 50 q, narşərab – 5 q, cəfəri – 15 q, istiot - 0,1 q, duz. Qızıl balıq təmizlənir, girdə tikələrə doğranır. Duz, istiot vurulur, unla urvalanıb yağda iki tərəfi qızardılır və bir neçə dəqiqə qızdırıcı şkafda bişirilir. Süfrəyə verdikdə yanına doğranmış baş soğan və ya göy soğan düzülür, üstünə göyərti səpilir, yanına narşərab qoyulur.

BALIQ KOTLETİ

Balıq filesi -200 q, çörəyin yumşaq hissəsi - 50 q, ərinmiş yağ -30 q, süd və ya su -70 q, istiot - 0,2 q, duz - 4 q.

Nərə və ya uzunburun balığın filesi doğrayıb soğanla birlikdə ət çəkən maşınından keçirirlər. Çəkilmiş ətə duz, istiot və süddə isladılmış bayat çörəyin yumşaq hissəsini əlavə edib qarışdırırlar. Kotlet kütləsindən kotletlər və ya küftələr hazırlayırlar, suxarıya batırıb yağda qızardırlar. Hazır kotletlər təzə tərəvəzlə bəzədilir, narşərab qoyulur.

 

İÇİ DOLDURULMUŞ ÇƏKİ BALIĞI

Xammalların miqdarı və hazırlanması kütüm ləvəngidə olduğu kimidir.

 

ÖZ BUĞUNDA BİŞİRİLMİŞ KÜTÜM

Təzə kütüm – 253 q, ərinmiş yağ - 15 q, baş soğan – 30 q, quru alça – 3 q, lavaşana – 5 q, keşniş – 15 q, istiot - 0,1 q, duz. Təmizlənib yuyulmuş balıq tikələrə doğranır, azacıq qızardılır və dayaz qazana yığılır. Üzərinə yağda qızardılmış soğan, alça, lavaşana, su və istiot tökülüb öz buğunda bişirilir. Süfrəyə verdikdə üstünə xörəyin öz şirəsindən tökülür və göyərti səpilir. İçi doldurulmuş xəşəm: Məhsulların miqdarı və hazırlanması qaydası kütüm ləvəngidə olduğu kimidir.

TƏNDİRDƏ QIZARDILMIŞ KÜTÜM

Kütüm balığı – 250 q, pomidor – 50 q, xiyar – 50 q, baş soğan – 30 q, keşniş göyərtisi – 15 q, narşərab – 15 q, istiot, duz. Balıq təmizlənir, yuyulur və istiot və duz vurulub bütöv şəkildə təndirdə qızardılır. Süfrəyə verdikdə yanına təzə tərəvəz qoyulur və göyərti səpilir. Ayrıca narşərab verilir

BALIQ DOLMASI

Balıq əti – 150 q, soğan – 10 q, üzüm yarpağı – 45 q, keşniş – 20 q, qatıq -50 q, istiot və duz. Balığı (kütüm, suf, ağ balıq) təmizləyib sümükdən ayırırlar. Duz, istiot, xırda doğranmış baş soğan və keşnişlə qarışdırılır, ətçəkən maşından keçirilir. Üzüm yarpaqlarının saplağı kəsilir və qaynar suda pörtülür. Yarpağın hər birinə 25-30 qram qiymə bükülüb qazana yığılır. Üzərinə balığın sümüklərindən hazırlanmış bulyon tökülür və bişirilir. Süfrəyə verdikdə yanına qatıq qoyulur

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved