• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


XƏMİR XÖRƏKLƏRİ


QİYMƏ XƏNGƏL

2 stəkan un, 210 qr baş soğan, 80 qr kərə yağı, 1 stəkan qatıq, 2 diş sarımsaq, 400 qr ət qiyməsi, duz, istiot

Əvvəlcə un, yumurta və sudan bərk xəmir yoğurulur. Sonra xəmir 1-2 mm qalınlıqda yayılıb, 5x5 sm ölçüdə tikələrə bölünür. Soğanın yarısı yağda qızardılır, yarısı isə qiyməyə qatılır. Sonra qiymə yağda qovurulur. Sarımsaq duzla əzilib qatığa qarışdırılır. Xəmir tikələri qaynayan duzlu suya salınıb bişirildikdən sonra süzülüb iri dayaz boşqablara tökülür, ortasına qiymə qoyulur, kənarlarına qovurulmuş soğan və sarımsaqlı qatıq tökülür.

SULU XƏNGƏL

Qoyun əti – 163 q, 1-ci sort buğda unu – 40 q, yumurta – 1/5 əd., noxud – 25 q, ərinmiş yağ – 25 q, baş soğan – 25 q, şərab sirkəsi – 10 q, keşniş və şüyüd – 10 q, quru nanə - 1,0 q, duz, istiot. Ətin döş, kürək və ya bel hissəsi götürülüb bişirilir və sümükdən ayrılır. Ayrıca olaraq əvvəlcədən 3-4 saat isladılmış noxud bişirilib. Bulyona qatılır. Un, yumurta və sudan xəmir yoğurulur, 1 mm qalınlığında yayılır və 2x3 sm ölçüdə kəsilib qaynar bulyonda bişirilir. Hazır olana yaxın üzərinə yağda qızardılmış soğan, doğranmış göyərti qatılır. Süfrəyə verilən zaman üstünə quru nanə səpilir, yanına ayrıca sirkə qoyulur.

GÜRZƏ

Yumurta, su, un ,duz

İçlik: Qızarılmış qiymə (mal əti, soğan, duz, istiot)

Yumurtadan, ilıq sudan və undan bərk olmayan xəmir yoğurulur. Xəmir 80-100 qramlıq kündələrə bölünür və kündələr dəsmalın üstünə qoyulur. 5 dəqiqəlik belə halda qalır (üstü örtülmüş). Hər kündə nazik yayılır. Xəmirin qalınlığı 1-2 mm olmalıdır. Xəmir nə qədər nazik olsa o qədər yaxşıdır. Sonra xəmirin üstündə armudu stəkanla diametri 8 sm ölçüdə dairələr kəsilir .

Hər kiçik dairənin ortasına qiymə qoyulur. Böyük barmaqla sizə yaxın olan ucu gətirib işarə barmaqla sıxaraq qıraqlarını bükün. Beləcə axıra qədər davam edirsiniz.

Qazana su töküb qazın üstünə qoyun. Suyu çox tökməyin, yoxsa dadlı olmaz! Bir az suya duz əlavə edin. Su qaynayan kimi, xırda kəsilmiş pomidor əlavə edin. Su qaynayır və siz gürzələri qazana atıb 5-10 dəqiqə bişirirsiniz. Alov orta olmalıdır. Bişərkən duzunu yoxlayın. Süfrəyə gürzə dərin boşqabda verilir, üstünə sarımsaqlı qatıq tökülür.

 

XƏŞİL

Buğda unu – 100 q, ərinmiş yağ – 25 q, doşab – 40 q, duz. Hər paya 150 qram su götürülür, duz qatılır və qaynadıqdan sonra tədricən içinə ələnmiş un vurulub qarışdırılır. Qazanın qapağını örtüb 15-20 dəqiqə bişirirlər. Süfrəyə verilən zaman xəşil boşqaba çəkilir, ortasına doşab və qaynadılmış yağ qarışığı tökülür.

FİRNİ

Düyü – 40 q, süd – 200 q, şəkər tozu – 10 q, kərə yağı – 10 q, darçın - 0,2 q, duz. Düyü 2-3 saat suda isladılır. Sonra sudan çıxarılıb qurudulur, həvəngdəstədə döyülür. Qaynayan südə qarışdıra-qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb şəbəkə şəklində darçın səpilir.

QUYMAQ

Buğda unu – 40 q, ərinmiş yağ – 20 q, şəkər – 10 q, darçın - 0,2 q, duz. Un yağda açıq qəhvəyi rəng alınca qovurulur. Sonra tavada arasıkəsilmədən qarışdırılmaqla qaynar su əlavə edilir, səthinə yağ çıxınca zəif od üzərində bişirilir. Tavanın dibində qazmaq əmələ gəlir. Quymaq süfrəyə boşqabda verilir, üstünə qazmaq qoyulur, şəkər və darçın səpilib yağ tökülür. Ev şəraitində quymağa müxtəlif ədviyyə qarışığı qatılır.

 

SUCUQ

Ev şəraitində hazırlanan buğda nişastası və ya qarğıdalı unu – 50 q, su – 110 q, ərinmiş yağ – 20 q, şəkər – 40 q, qoz ləpəsi – 40 q, zəfəran - 0,1 q, duz. Soyuq suda açılmış bağda nişastası və ya qarğıdalı unu qaynayan suya tökülərək arasıkəsilmədən qarışdırılır, şəkər, yağ və zəfəran şirəsi əlavə edilib hazır vəziyyətə gətirilir. Qoz ləpəsi xırda üyüdülür, yarısı sucuğa qatılır, qalan hissəsi isə xörək süfrəyə verilində onun üstünə səpilir.

 

MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved